Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri zamanı ölkəmizin Çanaqqala zəfərinin 100 illiyini Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın ciddi sınaqlardan çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə dövlət səviyyəsində verdiyi yüksək qiyməti və bəslədiyi böyük inamı bir daha ön mövqeyə çəkməsi deməkdir.

Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul edilmiş qərarlar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ən həlledici tarixi hadisəsinin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, Türkiyədə və ümumən türk dünyasında müstəqil dövlətçiliyin, torpaq və vətən ideallarının daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaqdır. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsil qardaşlıq nümunəsi göstərmiş, bu böyük qurtuluş savaşında könüllü olaraq iştirak etmişAnadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri zamanı ölkəmizin Çanaqqala zəfərini Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın ciddi sınaqlardan çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə dövlət səviyyəsində verdiyi yüksək qiyməti və bəslədiyi böyük inamı bir daha ön mövqeyə çəkməsi deməkdir. Bəyanatda bütövlükdə Azərbaycan xalqı adından çıxış edən möhtərəm Prezidentimizin Çanaqqala zəfərinin birlikdə qeyd ediləcəyi barədəki qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu günbirlik və bərabərlik içində olduqlarını, Çanaqqala savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini dünya ictimaiyyəti qarşısında nümayiş etdirməyə uğurla xidmət edir.

Azərbaycan tarixçilərinin Türkiyə Cümhuriyyətinin milli istiqlal uğrunda mübarizəsinə dair apardıqları tədqiqatlar, Azərbaycan ədəbiyyatındakı Çanaqqala döyüşlərinə və qardaşlıq köməyinə həsr olunmuş bədii əsərlər Çanaqqalanın qarşıdakı 100 illiyi tədbirlərində alimlərimizin dərin və əsaslı elmi söz deməsinə geniş imkanlar yaradır. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli alimləri Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə yad edilməsi ilə bağlı bəyanatını ürəkdən bəyənir və tam şəkildə dəstəkləyirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində A.Bakıxanov adına Tarix İnstitutunun bazasında Akademiyada fəaliyyət göstərən “Azərbaycanlılara qarşı soyqırımların tarixi” Komissiyası ilə birlikdə qarşıdakı aylarda XX əsr boyu bir neçə dəfə soyqırımları həyat keçirmiş Ermənistanın təcavüzkarlığına həsr edilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransda da Türkiyə Cümhuriyyətinin də tarixçi alimlərinin iştirakı təmin olunacaqbu tədbirdə Türkiyənin istiqlal hərbi, Çanaqqala savaşı hadisələri zamanı baş vermiş proseslərdən də geniş söz açılacaqdır. Müasir şəraitdə Azərbaycan və Türkiyə alimlərinin böyük beynəlxalq tədbirlərdə birlikdə vahid mövqedən çıxış etmələri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin, tarixzaman qarşısındakı birgə cavabdehlik hissinin real göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunmasına verdiyi yüksək dəyər ictimaihumanitar sahənin alimlərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyur. Bu, ortaq taiximizintaleyimizin ən mühüm hadisələrinin açılmış arxivlər əsasında birgə araşdırılmasına və vahid obyektiv mövqedən qiymətləndirilməsinə daha aktiv və məsuliyyətlə yanaşmağı tələb edir. Bu mühüm vəzifənin əhəmiyyətini və məsuliyyətini dərindən dəyərləndirən Azərbaycan alimləri ölkəmizin Prezidentinin ətrafında birləşərək Çanaqqala hadisələri zəminində əldə edilmiş çoxsaylı tarixi sənədlər və əsaslı elmi qənaətlər əsasında dünyaya haqqın, ədalətin və birliyin gücünü göstərmək üçün bütün imkanlarını səfərbər edəcəklər. AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların taixi” Komissiyasının apardığı işlər və həyata keçirdikləri tədbirlər həm Çanaqqala, həm də Dağlıq Qarabağ-Xocalı hadisələrinin daha dərindən tədqiq olunub öyrənilməsinə və beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırılmasına kömək edir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Qafqazşünaslıq İnstitutunun fəaliyyəti də Azərbaycanda və Türkiyə ərazilərində xalqlarımıza qarşı aparılmış soyqırımı hadisələrinin, əsassız iddiaların dərindən və əsaslı şəkildə öyrənilməsinə, hər iki ölkənin alimlərinin səylərinin yaxından əlaqələndirilməsinə geniş imkanlar yaradacaqdır.

Qeyd edək ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Humanitarİctimai Elmlər Bölməsi Aqrar Elmlər Bölməsi ilə birlikdə Azərbaycanda, Şərqi Anadoluda və Qərbi Azərbaycan ərazilərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi coğrafiyasını əks etdirən xəritələrin elektron variantlarının hazırlanması üzərində aparılır. Bundan başqa, AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında Akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan əməkdaşlarının Azərbaycanlılara qarşı soyqırımların tarixini, faciəli məqamlarını əks etdirən rəsm əsərlərindən ibarət sərginin təşkili üçün də hazırlıq tədbirləri həyata keçirilir.

Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək Azərbaycan-Türkiyə birlik və həmrəyliyi bizi Dağlıq Qarabağdakı əzəli torpaqlarımızın geriyə alınacağı günə daha da yaxınlaşdırır. Bütövlükdə Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin 100 illik nümayişləri Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur.

 

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

 

Palitra.-2015.-23 yanvar.-S.6.