“Nabat“ filmi daha
bir uğura imza atıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
2014-ci ildə istehsal olunan "Nabat" filmi Hindistanda keçirilən 13-cü Pune
Beynəlxalq Film Festivalında
beynəlxalq münsiflər
heyətinin "Xüsusi
vurğulama" mükafatına
layiq görülüb.
Mükafat C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasının
direktoru, prodüser Müşfiq Hətəmova
təqdim olunub. Film festivalın əsas
müsabiqə proqramında
yer alıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat,
quruluşçu rəssamı
Şahin Həsənli,
bəstəkarı Hamed
Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri
Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi
Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Tural
Palitra.-2015.-27 yanvar.-S.16.