“Azərbaycanda gənclərin polyak dilinə marağı çoxdur

 

Dosent Lyudmila Talıbova: “BSU-nunPolyak dili və mədəniyyəti mərkəzi”nin fəaliyyəti nəticəsində “Azərbaycan xalq nağılları” polyak dilinə tərcümə olunub

 

Müsahibimiz Bakı Slavyan UniversitetiPolyak dili və mədəniyyəti mərkəzi”nin direktoru, dosent Talıbova Lyudmila Rəhim qızıdır:

 

- Lyudmila xanım, Polyak dili və mədəniyyət mərkəzinin 2014-cü ildə gördüyü işlər haqqında nə deyə bilərsiniz?

- Mərkəzin keçirdiyi tədbirlərdən ən birinci olaraq, Tərcümə fakültəsinin III kurs tələbələri Təhməzova Ülviyyə və Hümbətov Qoşqarın “Ümummilli lider Heydər Əliyevin doğum gününün 91 illiyi münasibəti ilə” hazırladığı təqdimatı misal gətirmək istərdim.

Daha sonra yenidən Tərcümə fakültəsinin III kurs tələbələrinin hazırladığı “Azərbaycanın qüdrətli qadınları”na həsr olunan təqdimatını qeyd etdik. Təqdimatda Tomrisdən başlayaraq, Zərifə xanım Əliyevanın, birinci xanımımız Mehriban Əliyevanın və digərlərinin həyat və fəaliyyəti ilə bağlı maraqlı, dəyərli materiallar və şəkillər təqdim olundu.

Digər tədbirlərdən biri də “Bayraq Günüdür. Bu tədbirdə BSU-nun müəllim və tələbə heyəti ilə yanaşı, cənab səfir Mixail Labenda da iştirak edib. Tədbirdə Polşanın milli atributları haqqında dolğun məlumatlar paylanılıb.

Mərkəzin keçirdiyi ənənəvi maraqlı tədbirlərdən biriMilad bayramının adət-ənənələrinə həsr olundu. Tədbir Polşanın Azərbaycandakı səfirliyi ilə birgə keçirilibböyük marağa səbəb olub. Tədbirdə həmçinin Milad bayramının əvəzedilməz nəğməsi olanKolendada” tələbələr tərəfindən ifa olundu. “Müasir Polşa ilə bağlı” viktorina da keçirildi. Bu viktorinada da tələbələr iştirak edib, hədiyyələrə layiq görüldülər.

Mərkəzin maraqlı tədbirləri ilə yanaşı, möhtərəm qonaqları da oldu. Mərkəzin daimi və əvəzedilməz qonaqlarından sayılan cənab səfir Mixail Labenda hər zaman gözəl və özəl mühazirələri ilə tələbələrin diqqət mərkəzində oldu. Onun söylədiyi mühazirələr hər zaman böyük diskussiyaya səbəb olub. Bundan başqa, 2009-cu ildə Polşa dövlətinin prezidenti Lex Kaçinski, Norman Devis, Vroçlav Krakov, Danuta xanım Ximelovski, Kristof Zanussi, Adam Marşalek, Andjey Raciminski, Andjey Ananiç, Katarjına Xalasınska Maçukov, Yanuş Kaçmarek, Piotr Vozniak, Maria Kaçınska, Stanislav Dej, Boqdan Zdroyevski və başqaları mərkəzin qonaqları oldu.

Vurğulamaq istərdim ki, sentyabr ayında Polşanın Marii Küri Skladovska adına Universitetinin 4 tələbəsi BSU-də istehsalat praktikasında olub. Bundan başqa, məlumatlandırmaq istərdim ki, Polşa səfirliyinin keçirdiyi bütün tədbirlərdə polyakşünas tələbələr daim aktiv iştirak ediblər. Bunlara:

-Avropa İttifaqının keçirdiyiEuro village” tədbirində könüllü kimi,

- Polşanın Konstitusiyasına həsr olunan konsert proqramında,

- Polşanın Milli Müstəqillik Günübir çox tədbirləri misal gətirmək olar.

Bakı Slavyan Universitetinin rektoru professor Asif Hacıyevin təklifi ilə cənab səfir Mixail Labendanın dəstəyi ilə açdığı “Polyak Bazar Günü” məktəbini də iki dövlət arasında olan mədəni-elmi əlaqələrə misal gətirmək olar.

-Polyak dilinin Azərbaycan cəmiyyətində inkişafı hansı səviyyədədir?

- Azərbaycanda polyak dilinin inkişaf etməsində, əsasən, ulu öndər Heydər Əliyevin böyük və müstəsna rolu olubdur. Bu inkişaf yolunda növbəti addım Heydər Əliyevin Polşaya, daha sonra isə Polşa prezidenti Aleksandr Kvaşnevskinin Azərbaycana qarşılıqlı səfərləri olub. 2000-ci ildən etibarən Prezident Heydər Əliyevin göstərişindən sonra Bakı Slavyan Universitetində Slavyan filologiyası kafedrası yaradılıb. Burada çex, ukrayna, belarus dilləri ilə bərabər, polyak dili də tədris olunmağa başlandı. Beləliklə, polyak dili artıq ixtisaslaşaraq, elmi xarakter daşımağa başladı.

-Polyak dilinin təbliği istiqamətində hansı işlər görülür?

- 2006-cı ildən etibarən Bakı Slavyan Universitetinin nəzdində “Polyak dili və mədəniyyəti mərkəzi” yaradılıb. Mərkəzdə yalnız dilin özü deyil, həmçinin Polşanın tarixi, iqtisadiyyatı, coğrafiyası, etnoqrafiyası və mədəniyyəti də tədris edilir. Mərkəz təxminən iki min kitabdan təşkil olan gözəl kitabxanadan ibarətdir. Kitabxanada müxtəlif tipli kitablar: lüğətlər, məlumat kitabçaları, dərsliklər, klassikmüasir ədəbiyyatı əks etdirən əsərlər və başqa kitablar da mövcuddur. Mərkəzin daimi fəaliyyəti haqqında məlumatlar BSU-nun rəsmi saytında, səhifəsində 4 dildə (Azərbaycan, rus, ingilis, polyak) əks olunur. Mərkəzin fəaliyyəti nəticəsində bir sıra tərcümələr həyata keçirilib. “Azərbaycan xalq nağılları” polyak dilinə tərcümə olunub, Polşada çap olunub. Polyak xalq nağılları Azərbaycan dilinə tərcümə olunub və çapı gözlənilir. Uşaqlar üçün nəzərdə tutulan kitab “ Zuzannı Kavı” Azərbaycan dilinə tərcümə olunubçapa hazırlanır. Akademik Ramiz Mehdiyevin “10 let izmenivşie Azerbaydjan” kitabı polyak dilinə tərcümə olunubPolşada çapa hazırlanır. Rafael Hüseynovun “Məhsəti Gəncəvi” əsəri də polyak dilinə tərcümə olunubçap olunub.

- Gənclərin polyak dilinə olan marağını necə qiymətləndirirsiniz?

- Tələbələr polyak dilini iki fakültənin vasitəsilə mənimsəyir. Bunlar Beynəlxalq münasibətlər və Regionşünaslıq, Tərcümə fakültələridir. Bunlardan savayı, polyak dilində təhsil alan tələbələr üçün əlavə, əlverişli imkanlar da yaradılıb: Polşanın müxtəlif şəhərlərində keçirilən yay məktəbi, bakalavrlar üçün Varşava Dövlət Universitetində təşkil olunan birillik kurslar.

Burada, həmçinin magistr adını qazanmaq istəyənlər üçünimkan yaradılıb. Magistratura üzrə təhsil almaq üçün bu ildən etibarən Polşanın Torun şəhərində yerləşən Mikolay Kopernik adına Universitetdə təhsil almaq kimi gözəl şans yaradılıb.

Bütün bu əlaqələr Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyevin və akademik Kamal Abdullanın böyük əməyi, siyasəti ilə bağlı olubdur.

2000-ci ildən bu günə kimi Bakı Slavyan Universitetinin polyak dili üzrə təhsil alan 200 məzunu olub. Məzunlardan təxminən 20 nəfəri Polşada magistrant adını qazanıb. Qeyd etmək istərdim ki, Polşa universitetlərində təhsil alan tələbələrimiz hər zaman yüksək dilbilmə qabiliyyəti ilə fərqlənib. Bu da öz növbəsində universitetimizdə polyak dilini tədris edən müəllimlərin peşəkarlığından irəli gəldiyini aşkar edir. Polyak dilinin mənimsənilməsində buradakı yerli müəllimlərlə yanaşı, Polşadan gələn müəllimlərin də rolunu xüsusi qeyd etmək istərdim ki, bizim məzunumuz olan Kəmalə Ramazanova Krakovda yerləşən və Avropada ən məşhur və ən qədim Polşa Universiteti kimi tanınan Yagellon Universitetinin polyak dili üzrə magistrantı adını qazanıb.

Mən elə hesab edirəm ki, bu fakt Azərbaycanda polyak dilinin necə və hansı şəraitdə tədris olunmasının açarı, sübutudur. “Mövcud dili daha mükəmməl şəkildə, ancaq dil daşıyıcıları olan mütəxəssislər tədris etməlidir” kimi yaranan bu ümumi fikri misal gətirdiyim nümunə və bu kimi sübutlar inkar edir. Hal-hazırda 3 məzunumuz Polşanın Torun şəhərində yerləşən Nikolay Kopernik adına Universitetin Beynəlxalq münasibətlər fakültəsində magistratura üzrə təhsil alır. Qeyd etmək lazımdır ki, bütün tədris polyak dilində aparılır. Bütün bu perspektivləri nəzərə alıb, nəticə olaraq demək lazımdır ki, gənclərin polyak dilinə marağı çoxdurbu göstərici hər il daha da artmaqdadır.

Polşa və Azərbaycan arasındakı diplomatik əlaqələr hələ 15-ci əsrdə, Ağqoyunlu Uzun Həsənin hakimiyyəti dövrünə təsadüf edir və əsasən ticarət üzərində qurulub. Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil olan zaman təbii ki, Polşayla əlaqələr kəsilib. Ancaq, 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə Azərbaycan-Polşa münasibəti yenidən bərpa olunub.

-Mərkəzin 2015-ci ildə görəcəyi işlər hansılardır?

- 2015-ci ildə mərkəz ümummilli lider Heydər Əliyevin doğum gününün 92 illiyini qeyd edəcək. İlk dəfə alman dilinə tərcümə olunan Dədə Qorqud dastanının 200 illik yubileyi münasibətilə, həmin əsərdən bir fraqment polyak dilinə tərcümə olunaraq səhnələşdiriləcək. Mart ayının ortalarında isə mərkəz “Novruz bayramı”nı təmtəraqlı şəkildə qeyd etməyi planlaşdırır. Burada həm səfirliyin, həm də digər hörmətli qonaqların iştirakı da gözlənilir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-28 yanvar.-S.13.