Kaspi Liseyi
keyfiyyətli təhsil standartları ilə təhsilin
inkişafına mühüm töhfələr
verir
Azərbaycan təhsilinin inkişafında öz mühüm töhfələrini verən Kaspi Şirkəti son dövrlərdə təhsillə bağlı fəaliyyətini daha da genişləndirib. Kaspi Təhsil Mərkəzinin yeni filiallarının açılması ilə yanaşı, artıq Kaspi Liseyi uğurla və ən yeni tədris standartları ilə fəaliyyət göstərməyə başlayıb.
Şirkətdən aldığımız məlumata görə, Kaspi Liseyinin nəzdindəki Kaspi Uşaq Bağçası 08.10.2014-cü il tarixində öz fəaliyyətinə start verib. Onu da qeyd edək ki, müasir təhsil metodlarından istifadə edilərək hazırlanan məktəbəqədər hazırlıq proqramı Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil proqramı "na (kurikulumuna) tam uyğundur. Proqrama uşaqlarda sosial-emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe və yerləşmə haqda, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışların mənimsədilməsi, dinləmə və danışıq bacarıqlarının, rəqəmlər və sadə hesablama, ilkin oxu və yazı bacarıqlarının öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Bu proqram əsasında savad təlimi və nitqin inkişafı, uşaq ədəbiyyatı, nağıllar aləmi, riyaziyyat və məntiq, ətraf aləmlə tanışlıq, təsviri incəsənət, texnologiya, musiqi, intellektual oyunlar, ingilis dili tədris olunur. Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələ qururlar.
Əlavə olaraq, bağçada uşaqlar arasında əl qabiliyyəti, rəsm üzrə müxtəlif müsabiqələr, bilik və bacarıq yarışları təşkil olunur. Bu müsabiqələrdə qalib gələnlər mükafat və diplomlarla təltif olunurlar. Bundan əlavə, uşaqlar sirkə, kukla teatrına, zooparka, botanika bağına və s. yerlərə ekskursiyaya aparılır. Kaspi Uşaq Bağçasında tez-tez əlamətdar tədbirlər də keçirilir: “Məsələn, 5 dekabr 2014-cü ildə Kaspi Uşaq Bağçasında payız fəslinin başa çatması münasibəti ilə əyləncəli tədbir keçirilib.
Tədbir tamamilə payız fəslinə uyğun şəkildə təşkil olunub. Belə ki, səhnənin tərtibatından tutmuş, uşaqların geyimlərinədək hər şeydə ən çox qızılı rəngin fonunda payız fəslinin atributlarından istifadə olunmuş, həmçinin səsləndirilən mahnılar da "payız " mövzulu olub. Uşaqlar tərəfindən payız fəslini, həmçinin bu fəsillə əlaqədar bütün prosesləri - təbiət dəyişikliklərini, payız meyvələrini - özündə əks etdirən müxtəlif şeirlər, mahnılar və tapmacalar səsləndirilib, həmçinin maraqlı oyunlar keçirilib. Bundan başqa, uşaqların iştirakı ilə tərtib olunan əl işləri də nümayiş olunmuşdur.Tədbirin sonunda uşaqlar müxtəlif rəqs havalarını oynayıblar.
Dövlət Bayrağı Günü Kaspi Uşaq Bağçasında təmtəraqla qeyd olunub. Uşaqlar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyub, sonra vətənpərvərlik ruhunda şeirlər söyləyiblər”.
İbtidai siniflər
Kaspi Liseyində Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədris proqramı müasir təhsil və təlim metodları əsasında tədris olunur. Beynəlxalq təhsil proqramının tələb və təcrübələrinə uyğun olaraq şagirdlərimiz peşəkar və qayğıkeş müəllim heyəti tərəfindən milli şüur aşılanaraq təlim və təhsil alırlar.
Kaspi Liseyində şagirdlər bilik əldə etməklə yanaşı, biliyi əldə etmənin və istifadənin yollarını da öyrənirlər. Məqsəd şagirdləri milli dəyərlərə sahib, texniki inkişafi təqib və tətbiq edən, yeniliklərə asanlıqla adaptasiya ola bilən, nəticəyə yönəlik çalışan, yaradıcı və tənqidi təfəkkürə malik, hədəfi və amalı olan yeni nəslin nümayəndələri olaraq yetişdirməkdir. Liseydə təhsil tam orta təhsildir.
İbtidai təhsilin tədrisi aşağıdakı kimi aparılır:
İbtidai təhsil Təhsil Nazirliyinin proqramına uyğun aparılır. Əsas fənlərlə yanaşı 1-ci sinifdən etibarən həftədə 3 dəfə İngilis dili fənni tədris olunur.
İngilis dili fənninin tədrisində
şagirdlərdə dinləmə, oxuma, yazma, danışma öyrənmə
bacarığını inkişaf etdirmək
məqsədləri prioritetdir. 3-cü sinifdən
etibarən ikinci xarici dil - rus
dili tədris olunur. Şagirdlərdə
fərdi işləmə
bacarığının inkişafı
üçün tapşırıqların
işlənməsi saatı
təşkil olunur. Yaranan problemlərin həlli yollarını tapmaq, yeni fikir və
təklifləri müzakirə
etmək üçün
həftədə bir dəfə sinfin təşkili saatı keçirilir. Öyrənmənin, istirahətin və sosiallaşmanın səmərəli
təşkili məqsədi
ilə illik tədris proqramına uyğunlaşdırılmış ekskursiya və gəzintilər təşkil
olunur. Şagirdlərdə rəqabət ruhunu
yüksəltmək, qələbə
və məğlubiyyətə
dözüm hissini formalaşdırmaq məqsədi
ilə siniflərarası
yarışlar təşkil
olunur. Zehni və fiziki
yorğunluğu aradan
qaldıran, öyrənmənin
səmərəliliyini artıran,
uşağın hərtərəfli
inkişafında əhəmiyyətli
rolu olan dərnəklərin fəaliyyətinin
yekunu olaraq sərgilər təşkil
olunur.
Tədris ilinin sonu siniflərin
yekun tədbiri nümayiş olunur.
Şagirdlərin nailiyyətləri yarımilin
sonu sosial və təhsil fəaliyyətinin nəticələrinə
görə mükafatlarlandırılır.
Orta məktəb
Kaspi Liseyində orta təhsilin tədrisi aşağıdakı kimi
aparılır: Orta təhsil Təhsil Nazirliyinin proqramına uyğun aparılır. İngilis dili fənni həftədə 5 gün
tədris olunur.
İngilis dili fənni “Oxford”, “Cabmridge” proqramları əsasında hazırlanıb. İngilis
dili fənni dörd məzmun xətti üzrə dinləmə,oxuma, yazma, danışma öyrənmə bacarığını
inkişaf etdirir. Rus dili ikinci xarici
dil olaraq şagirdlərin müxtəlif
dillərdə anlama, yazma, danışma bacarığını inkişaf
etdirir. Şagirdlərin riyaziyyat, fizika,
kimya, biologiya, ingilis dili fənlərini
daha dərindən mənimsəmələri üçün
həftə içi və sonu əlavə
dərslər təşkil
olunur. Şagirdlərdə fərdi işləmə
bacarığının inkişafı
üçün tapşırıqların
işlənməsi saatı
təşkil olunur.
Burada əsas məqsəd şagirddə məsuliyyət
hissini artırmaq, sərbəst işləmək
bacarığını yaratmaqdır.
Yaranan problemlərin
həlli yollarını
tapmaq, yeni fikir və təklifləri
müzakirə etmək
üçün həftədə
bir dəfə sinfin təşkili saatı keçirilir.
Öyrənmənin, istirahətin və sosiallaşmanın səmərəli
təşkili məqsədi
ilə illik tədris proqramına uyğunlaşdırılmış ekskursiya və gəzintilər təşkil
olunur.
Şagirdlərdə rəqabət ruhunu yüksəltmək, qələbə
və məğlubiyyətə
dözüm hissini formalaşdırmaq məqsədi
ilə siniflərarası
yarışlar təşkil
olunur.
Zehni və fiziki yorğunluğu aradan qaldıran, öyrənmənin effektini
artıran, uşağın
hərtərəfli inkişafında
əhəmiyyətli rolu
olan dərnəklərin
fəaliyyətnin yekunu
olaraq sərgilər təşkil olunur.
Tədris
ili müddətində
illik tədbir planına uyğun olaraq sinif tədbir
hazırlayır və
çıxış edir.
Şagirdlərin nailiyyətləri yarımilin sonu sosial və təhsil fəaliyyətinin
nəticələrinə görə
mükafatlandırılır.
Şagirdlərin rahatlığı və yüksək səviyyədə tədrisə yiyələnmələri üçün Liseydə ən müasir imkanlar və şərait yaradılıb. Şagirdlərin gündəlik sağlam qidalanması üçün burada geniş yeməkxana mövcuddur. Həmçinin şagirdlərin məktəbə rahat gedib gəlmələri üçün avtobus xidməti mövcuddur. Məktəbdə oxuyan şagirdlərin vahid məktəb uniforması məktəb tərəfindən verilir.
Onu da qeyd edək ki, Kaspi Liseyini ziyarət etmək üçün “AÇIQ GÜNLƏR” təşkil olunur. Həftənin 1-5-ci günləri saat 11:00 - 16:00 arasında liseyə gələ bilərsiniz. Liseyə şagirdlərin qəbulu I - IX siniflər üzrə müsabiqə yolu ilə aparılır. Şagirdlərin liseyə qəbulu lisey direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır və bu barədə valideynlərə (digər qanuni nümayəndələrə) əvvəlcədən məlumat verilir. Liseyin I sinfinə hər il dekabrın 31-dək (31-i daxil olmaqla) 6 (altı) yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilir. Sentyabr ayından sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır.
Şagirdlərin I-IV siniflər üzrə qəbulu: fərdi müsahibənin nəticələrinə; onların psixoloji xarakteristikasına əsasən aparılır. Şagirdlərin V - IX sinfə qəbulu diaqnostik test imtahanının (Azərbaycan dili və riyaziyyat fənləri üzrə) nəticələrinə əsasən aparılır.
İlkin AĞAYEV
Palitra.-2015.-29 yanvar.-S.11.