Məzunların növbəti sınaq ili
Aprelin 1-dən 2016/2017-ci tədris ili üçün Azərbaycanın
ali təhsil müəssisələrinə
və tam orta təhsil
bazasında orta ixtisas
təhsili müəssisələrinə qəbul
imtahanlarında iştirak etmək üçün ərizə qəbulu
başlayıb. Ali təhsil müəssisələrinə və tam orta təhsil
bazasında orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq üçün
müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə
daxil olub, şəxsiyyəti
təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə
etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə
kartını internet ödəmə xidmətləri
vasitəsi ilə və ya 7725 nömrəsinə
boş SMS göndərməklə əldə
etmək olar.
I-IV ixtisas üzrə abituriyentlər
aprelin 6-dan
28-dək ərizələrini
təsdiq etməlidirlər
Qeyd edək ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin
ərizələrinin qəbulu
aprelin 1-dən 28-dək, V ixtisas
qrupunun və ya tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına
ərizələrin qəbulu
mayın 3-dən 17-dək aparılır.
I-IV ixtisas qruplarından
hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları
üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan
keçirlər. “Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini
təmin etməlidirlər.
Ərizənin təsdiqi TQDK-nın
məlumat bazasında
abituriyent barədə
olan məlumatların
tam olub-olmamasından asılı
olaraq iki üsulla həyata keçirilir. Belə ki,
bəzi kateqoriyaya daxil olan abituriyentlər
elektron ərizələrini
Sənəd Qəbulu
Komissiyalarına (SQK) müraciət
etmədən özləri
təsdiq edirlər.
Buraya Azərbaycan Respublikasının ümumi
təhsil müəssisələrini
cari ildə bitirən abituriyentlər,
ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü,
2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər, ilk peşə-ixtisas
təhsili müəssisələrini
2012/2013-cü və ondan
sonrakı tədris illərində bitirən qız abituriyentlər,
2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycanın
ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinə və
tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq üçün
ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər, I-IV ixtisas
qruplarının hər
hansı biri üzrə ərizələrinin
təsdiqini təmin edib, V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də
ərizə verən abituriyentlər daxildir.
Bundan başqa,
digər abituriyentlər
tələb olunan sənədləri təqdim
etməklə elektron ərizələrini müvafiq
SQK-larda təsdiq etdirirlər. I-IV ixtisas
qruplarının hər
hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas
qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin
təsdiqini təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər,
həmçinin xaricdə
təhsil almış
Azərbaycan Respublikasının
vətəndaşları ərizələrini
TQDK-da və onun regional bölmələrində
yaradılmış SQK-larda
təsdiq etdirirlər. Gürcüstan Respublikasında yaşayan
azərbaycanlılar ərizələrini
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər. Elektron ərizələrini
SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya bu sənədləri şəxsən təqdim
etməlidirlər. Belə
ki, tam orta, orta ixtisas və
ya ali
təhsili haqqında sənədi: əvvəlki
illərin məzunları
sənədin əslini;
ümumi təhsil müəssisələrini əvvəlki
illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə
buraxılış imtahanına
buraxılan abituriyentlər
məzunu olduqları təhsil müəssisəsi
tərəfindən verilən
və abituriyentlərin
buraxılış imtahanına
buraxılmasını təsdiq
edən arayışı,
həmçinin şəxsiyyəti
təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
Həmçinin Azərbaycan
Respublikasının vətəndaşları
(16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla)
şəxsiyyət vəsiqəsini;
əcnəbilər xarici
pasportlarını, vətəndaşlığı
olmayan şəxslər
yaşadıqları ölkənin
hüdudlarından kənara
getmək üçün
onlara verilən sənədləri, dənizçi
kitabçasını (vəsiqəsini),
qaçqınlara verilmiş
yol sənədini, vətənə qayıdış
şəhadətnaməsini, Azərbaycan Respublikasının
hüdudlarından kənara
çıxarılan əcnəbilərə
və vətəndaşlığı
olmayan şəxslərə
verilən səyahət
sənədini, beynəlxalq
müqavilələrdə nəzərdə
tutulmuş hallarda digər sənədləri
və ya icazə vəsiqələrini,
hərbi bilet və ya çağırışçı
şəhadətnaməsi təqdim
edilməlidir.
Ali və ya orta
ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə
yanaşı, SQK-ya bu sənədləri də təqdim etməlidirlər ki, buraya -təhsil aldıqları müəssisə
tərəfindən verilən
və ali
(orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını
təsdiq edən arayışı; attestatın
əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən
verilən müəyyən
olunmuş formada attestat qiymətləri göstərilən arayışı
daxildir.
Cari ilin məzunları bitirdikləri təhsil müəssisələrinin yerləşdiyi
bölgəyə uyğun
şəhərdə imtahan
verəcək
Xarici ölkədə
təhsil almış
şəxslər qeyd
olunan sənədlərlə
yanaşı, onların
notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də
SQK-ya təqdim edirlər.
1981-1998-ci
il təvəllüdlü
(1998-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək
olan çağırışçıların
ali və orta ixtisas təhsili
müəssisələrinə sənəd vermək üçün möhlət
haqqında arayışı
və hərbi sənədlərində bu
barədə Azərbaycan
Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin qeydiyyatı
olmalıdır. Hərbi qeydiyyatın
aparılması Azərbaycan
Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti tərəfindən
təsdiq edilən qaydalarla tənzimlənir.
Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin çağırış yaşlı
vətəndaşlarının hərbi sənədlərində
müvafiq qeydiyyat onların daimi yaşayış yerlərinin
hərbi komissarlıqları
tərəfindən aparılır.
Ali və orta ixtisas
təhsili müəssisələrinin
xüsusi qabiliyyət
tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda
göstərilən müddətdə
və qaydada elektron ərizələrinin
təsdiqini təmin etdikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ixtisas
qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan
19-dək, tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb
edən ixtisasları üzrə mayın 4-dən
18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə
daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş
abituriyentlər TQDK tərəfindən
mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış)
imtahanında iştirak
edirlər və bu imtahanda topladıqları
balları müvafiq müsabiqə şərtlərini
ödəyənlər qabiliyyət
imtahanlarına buraxılırlar.
Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan,
Gəncə, Lənkəran,
Şəki, Xaçmaz,
Şirvan, Göyçay,
Mingəçevir və
Ağcabədi şəhərlərində
keçirilir. Cari ilin məzunları
(peşə liseylərinin
məzunları istisna
olmaqla) bitirdikləri təhsil müəssisələrinin
yerləşdiyi bölgəyə
uyğun şəhərdə
imtahan verirlər.
Əvvəlki illərin
məzunları və
peşə liseylərinin
cari il
məzunları ərizələrində
faktiki yaşadıqları
ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın
aid olduğu bölgəyə
uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın
aid olduğu bölgəyə
uyğun şəhərdə
imtahan verirlər. I-IV
ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında,
cari ilin məzunları üçün
isə iyul ayında keçirilir.
Qeyd edək ki, 2016/2017-ci tədris ili üçün Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
və tam orta təhsil
bazasında orta ixtisas
təhsili müəssisələrinə tələbə qəbulu
elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən
ixtisasları üzrə müsabiqənin keçirilməsi
şərtləri “Abituriyent”
jurnalının 2-ci sayında çap edilib. Bu nömrədə, həmçinin 2015-ci ilin tələbə qəbulu müsabiqəsində
ali təhsil müəssisələrinin
ixtisasları üzrə formalaşmış keçid
balları, imtahan fənləri üzrə
bəzi test tapşırıqlarının
izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki
məqalələr dərc olunub.
Nigar Abdullayeva
Palitra.-2016.-4 aprel.-S.11.