UNEC-də tətbiq edilən sistem professor-müəllim heyəti arasında ciddi rəqabət yaradıb

 

 

Bu yaxınlarda 85 illik yubileyini qeyd edən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) hazırda respublika və bütövlükdə Cənubi Qafqazın aparıcı təhsil ocaqlarından birinə çevrilib. UNEC Azərbaycanda iqtisadiyyatın bütün sahələri üçün ali təhsilin bütün pillələri (bakalavriat, magistraturadoktorantura) üzrə mütəxəssislər hazırlanmasını həyata keçirən yeganə dövlət ali təhsil müəssisəsidir. Bu gün UNEC Avropa təhsil məkanına uğurla inteqrasiya olunur. Universitetdə müasir tədris metodları və texnologiyalarının tətbiqinə əsaslanan keyfiyyətli və şəffaf təhsil mühiti təmin olunub, çevik idarəetmə sistemi, mükəmməl struktur, müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil infrasturukturu yaradılıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda UNEC-də tətbiq edilən bəzi islahatlara toxunacağıq.

 

Dünyanın 32 ölkəsinin

92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yüksək intellektual potensialı olan professor-müəllim kollektivinə, müasir dünya standartlarına cavab verən təhsil sisteminə, güclü maddi-texniki bazainfrastruktura malik olan modern tədris müəssisəsidir. Universitetdə hazırda 18 mindən artıq tələbə, magistrant doktorant təhsil alır. Təhsil prosesi ən yüksək təlim texnologiyalarına əsaslanmaqla yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən Azərbaycan, rus, türk ingilis dillərində həyata keçirilir. Tələbələrin tədrisi ilə 900 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. UNEC-in çoxşaxəli fəaliyyətini bir sıra parametrlər üzrə xarakterizə etmək olar. Lakin istiqamətindən asılı olmayaraq, bütün fəaliyyət sisteminin əsas qayəsi bu ali məktəbin nüfuzunu dünya universitetləri səviyyəsinə qaldırmaqdan ibarətdir. Beynəlxalq əlaqələr sistemində UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrlə , beynəlxalq təşkilatlar universitet birlikləri ilə əlaqələrin genişləndirilməsi prioritetlərdəndir. Bu sahədə aparılan məqsədyönlü, ardıcıl səmərəli fəaliyyət nəticəsində UNEC “Mevlana”, “Erasmus +” ikitərəfli müqavilələr əsasında 10 ölkənin universitetləri ilə 40-a yaxın müəllim tələbə mübadiləsini həyata keçirir. UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb. Almaniyanın Ziqen Universiteti (Siegen Universiteti), İsveçrənin Biznes Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and İnternational Studies), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge İnternational School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe Sakarya universitetləri ilə fəal əməkdaşlıq edir. UNEC- Türk Dünyası Araşdırmaları Vəqfinin təşəbbüsü ilə İstanbul Universitetinin proqramı əsasında Türk Dünyası İşlətmə fakültəsi fəaliyyət göstərir. Həmin fakültənin məzunlarının diplomu Türkiyə Ali Attestasiya Komissiyası tərəfindən tanınır. Son iki ildə UNEC dünya miqyasında tanınmaq üçün beynəlxalq reytinq agentlikləri ilə aktiv aparır. Bunun nəticəsi olaraq 2015 2016-cı illərdə WEBOMETRİCS beynəlxalq reytinq agentliyinin məlumatlarına görə, UNEC Azərbaycanda fəaliyyət göstərən universitetlər arasında birinci yerdə qərarlaşıb. Məqsədyönlü fəaliyyətin nəticəsi olaraq UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı (AİB), Amerika Ticarət Palatası (AMCHAM), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Türkiyə Əməkdaşlıq Koordinasiya Agentliyinin (TİKA) Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə aktiv əməkdaşlıq edir. Universitetdə MBA səviyyəsində tədris planları tamamilə yenilənib beynəlxalq tələblərə uyğunlaşdırılıb. Belə ki, İsveçrənin UBİS, Kanadanın Alert, Almaniyanın Qərbi Drezden Texniki Universitetində UNEC-in MBA proqramına yüksək qiymət verilib. Hazırda magistratura səviyyəsində tədris planlarının əsaslı surətdə yenilənməsi işləri tamamlanmaq üzrədir. UNEC İsveçrənin Biznes Beynəlxalq Tədqiqatlar Universiteti iləBiznesin təşkili idarəedilməsiixtisası üzrə birgə MBA proqramını, Litvanın Mikolas Romeres Universiteti arasında maliyyə ixtisası üzrə birgə magistratura proqramını həyata keçirir.

 

Differensial əməkhaqqı sistemi çərçivəsində müəyyən edilən müəllimlərin reytinq siyahısının ilk 100-lüyü açıqlanıb

UNEC- differensial əməkhaqqı sistemi çərçivəsində müəyyən edilən müəllimlərin reytinq siyahısının ilk 100-lüyü açıqlanıb. Siyahıda təkcə ilk 10-luqda olan müəllimlərin 2015-2016-cı tədris ilində elmi-pedaqoji fəaliyyətinin bu günə qədər olan nəticələri göstərilir ki, bu əməkdaşların qeyd olunan dövr ərzindəki fəaliyyətləri nəticəsində UNEC beynəlxalq milli jurnallarda 20 məqalə nəşr etdirib, 23 beynəlxalq milli jurnallarda resenzent redaktor qismində, 29 beynəlxalq milli elmi tədbirdə təşkilat komitəsi üzvü, resenzent moderator qismində, 21 beynəlxalq milli konfransda isə məruzəçi qismində təmsil olunub. Eyni zamanda bu əməkdaşların fəaliyyəti nəticəsində UNEC- 10 yeni sillabus hazırlanıb, 1 elmi kitab, 2 dərs vəsaiti, 12 proqram 1 metodiki vəsait yazılıb, 7 beynəlxalq milli treyninqdə 1 beynəlxalq müəllim mübadilə proqramında iştirak edilib. Bütün bunlar isə qeyd olunan istiqamətlərdə UNEC-in göstəricilərinin yaxşılaşmasına onun beynəlxalq milli reytinqinin yüksəlməsinə xidmət edir. Ümumiyyətlə, differensial əməkhaqqı sisteminə bu günə qədər daxil olan məlumatların təhlili göstərir ki, UNEC professor-müəllim heyəti arasında elm, tədris özünüinkişaf istiqamətlərindəki fəaliyyətlərdə əvvəlki dövrlərlə müqayisədə görünməmiş aktivlik müşahidə edilir. Elə bunun nəticəsidir ki, reytinq sistemində müəllimlər arasında çox ciddi rəqabət var xidməti fəaliyyət balları da bir-birindən çox cüzi şəkildə fərqlənir. Bu onu göstərir ki, yekun reytinq siyahısının müəyyənləşdirilməsi məqsədilə aparılan hesablamaların tamamlanacağı 30 iyun 2016-cı il tarixinə qədər siyahıda vaxtaşırı ciddi dəyişikliklərin olması mümkündür. Reytinq sistemində ilk 10-luqda olan müəllimlərin bəzilərinin 2015-2016-cı tədris ilindəki elmi-pedaqoji fəaliyyətinin bu günə qədərki nəticələrini təqdim edirik:

Dos. Elşən Bağırzadə: UNEC rektorunun müşaviri Beynəlxalq iqtisadiyyat kafedrasının dosentidir. Elmi fəaliyyətlərinə 1 milli layihə tədqiqatçılığı, 2 beynəlxalq jurnalda məqalə müəllifliyi, 7 beynəlxalq jurnalda resenzentlik, 12 beynəlxalq milli elmi tədbirdə təşkilat komitəsi üzvlüyü, resenzentlik moderatorluq; tədris fəaliyyətlərinə 6 tədris komissiyası üzvlüyü, 2 yeni sillabus müəllifliyi, SABAH Qrupları BİM fakültəsində müəllimlik; özünüinkişaf fəaliyyətlərinə isə 1 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

İ.f.d. Nurhoca Akbulayev: UNEC İqtisadiyyat işlətmə kafedrasının müəllimidir. Elmi fəaliyyətlərinə 9 beynəlxalq jurnalda resenzentlik, 1 beynəlxalq konfransda məruzəçilik, 3 beynəlxalq jurnalda məqalə müəllifliyi, 9 beynəlxalq milli elmi tədbirdə təşkilat komitəsi üzvlüyü resenzentlik daxildir. Tədris fəaliyyətlərinə isə Türk Dünyası İşlətmə fakültəsində müəllimlik daxildir.

Prof. Rəna Babayeva: UNEC Fizika Kimya kafedrasının professorudur. Elmi fəaliyyətlərinə 1 beynəlxalq jurnalda resenzentlik, 4 beynəlxalq milli konfransda məruzəçilik, 5 beynəlxalq milli jurnalda məqalə müəllifliyi; tədris fəaliyyətinə isə 1 dərs vəsaiti 1 proqram müəllifliyi Texnologiya dizayn fakültəsində müəllimlik daxildir.

Prof. Rövnəq Rzayev: UNEC Fizika Kimya kafedrasının müdiridir. Elmi fəaliyyətlərinə 3 beynəlxalq milli konfransda məruzəçilik, 3 beynəlxalq milli jurnalda məqalə müəllifliyi; tədris fəaliyyətlərinə isə 1 yeni sillabus 2 proqram müəllifliyi Texnologiya Dizayn fakültəsində müəllimlik daxildir.

Dos. Elnarə Səmədova: UNEC Biznesin idarə edilməsi kafedrasının dosentidir. Elmi fəaliyyətlərinə 1 beynəlxalq konfransda məruzəçilik, 2 beynəlxalq milli jurnalda məqalə müəllifliyi, 2 beynəlxalq jurnalda resenzentlik; tədris fəaliyyətlərinə 2 yeni sillabus 1 dərs vəsaiti müəllifliyi, 1 tədris komissiyası üzvlüyü, 1 magistr rəhbərliyi, Biznes inzibatçılığı fakültəsində müəllimlik; özünüinkişaf fəaliyyətlərinə isə 4 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

Dos. Fariz Əhmədov: UNEC İqtisadiyyat işlətmə kafedrasının müdiridir. Elmi fəaliyyətlərinə 3 beynəlxalq milli konfransda məruzəçilik, 8 beynəlxalq milli elmi tədbirdə təşkilat komitəsi üzvlüyü, resenzentlik moderatorluq, 4 beynəlxalq milli jurnalda məqalə müəllifliyi, 3 beynəlxalq jurnalda resenzentlik; tədris fəaliyyətlərinə 4 tədris komissiyası üzvlüyü, Türk Dünyası İşlətmə fakültəsində müəllimlik; özünüinkişaf fəaliyyətlərinə isə 1 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

Dos. Zabit Aslanov: UNEC Standartlaşdırma sertifikasiya kafedrasının müdiridir. Elmi fəaliyyətlərinə 1 beynəlxalq konfransda məruzəçilik; tədris fəaliyyətlərinə 4 yeni sillabus, 5 proqram 1 metodiki göstəriş müəllifliyi Əmtəəşünaslıq fakültəsində müəllimlik daxildir.

Dos. Leyla Hacıyeva: UNEC Marketinq kafedrasının dosentidir. Elmi fəaliyyətlərinə 1 beynəlxalq jurnalda məqalə müəllifliyi, 1 milli konfransda məruzəçilik; tədris fəaliyyətlərinə 1 yeni sillabus 4 proqram müəllifliyi, 1 tədris komissiyası üzvlüyü Kommersiya fakültəsində müəllimlik;özünüinkişaf fəaliyyətlərinə isə 1 dosent diplomu əldə etmək 3 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

B/m Çimnaz Talıbova: UNEC Rus dili kafedrasının baş müəllimidir. Tədris fəaliyyətlərinə 1 beynəlxalq müəllim mübadilə proqramında iştirak UNEC- rus dili müəllimliyi daxildir. Reytinq sistemində professor-müəllim heyətinin reytinqi elm, tədris özünüinkişaf istiqamətlərini əhatə edən 12 kriteriyada qruplaşdırılmış 100-dən çox fəaliyyət əsasında müəyyən edilir. Reytinq balının müəyyən edilməsində elmi istiqamətin payı 40%, tədris istiqamətinin payı 40%, özünüinkişaf istiqamətinin payı isə 20%-dir.

 

Anar Miriyev

Palitra.-2016.-5 aprel.-S.11.