Distant tədris mərkəzləri dünya elm mühitinə inteqrasiyanı təmin edəcək

 

Distant Tədris Mərkəzində tədris olunan mühazirələr AMEA Naxçıvan Bölməsinin doktorantları üçün də əlçatan olacaq

 

Artıq bir neçə ildir ki, Naxçıvan Dövlət Universitetində, eləcə də Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlərdə Distant Tədris Mərkəzi vasitəsilə İnformatika fənninin tədrisi həyata keçirilir. AMEA-nın ümumi infrastrukturu çərçivəsində informatika fənni beynəlxalq standartlara uyğun olaraq tədris ediləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə Naxçıvan Bölməsi arasında ilk dəfə onlayn rejimdə informatika elminin müxtəlif sahələrinə dair mühazirələrin dinlənilməsi məqsədilə AMEA-nın “AzScienceNetelm kompüter şəbəkəsi (EKŞ) üzərindən canlı bağlantı yaradılıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda distant tədris mərkəzlərinin Azərbaycan elminin dünya elmi mühitinə inteqrasiyasında oynadığı rola toxunacağıq.

 

Elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur

Əvvəla onu qeyd edək ki, AMEA-nın “AzScienceNetelm kompüter şəbəkəsi üzərindən canlı bağlantıya Naxçıvan Dövlət Universiteti və AMEA Gəncə Bölməsi də qoşulub. Videokonfrans sistemi vasitəsilə baş tutan tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öncə iştirakçıları AMEA rəhbərliyi adından salamlayıb. Alim bildirib ki, elektron elm ölkədə elmi qurumların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və vahid onlayn elmi infrastrukturun formalaşdırılması məqsədi daşıyır. Nəticədə elmi-texniki informasiyahesablama resurslarına çıxışı olan elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur. Hazırda ölkədə, xüsusilə də regionlarda elektron elmin inkişaf etdirilməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə prioritet istiqamətlərdəndir. R.Əliquliyev ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından söz açıb. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda alimlərin qarşısında xüsusi vəzifələr qoyulduğunu, regionların sürətli inkişafının təmin olunmasının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu qeyd edib.

 

AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzi yaradılıb

Akademik son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında aparılan genişmiqyaslı islahatlardan bəhs edərək regionlarda İKT-nin tətbiqi ilə bağlı AMEA rəhbərliyi və Rəyasət Heyəti tərəfindən xüsusi qərarların qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu qərarlardan biri də AMEA Rəyasət Heyətinin AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzinin yaradılması haqqında qərarıdır. Qərara əsasən, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzi yaradılıb. 2015-ci ildə AMEA Naxçıvan bölməsi ilə Rəyasət Heyətinin birgə səyyar iclasında bölmənin Distant Tədris Mərkəzinin açılış mərasimi keçirilib. “Artıq bir neçə ildir ki, Naxçıvan Dövlət Universitetində, eləcə də Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlərdə Distant Tədris Mərkəzi vasitəsilə İnformatika fənninin tədrisi həyata keçirilir. Bu gündən Distant Tədris Mərkəzində tədris olunan mühazirələr, eyni zamanda AMEA Naxçıvan Bölməsinin doktorantları üçün də əlçatan olacaq. Bununla da AMEA-nın ümumi infrastrukturu çərçivəsində informatika fənni beynəlxalq standartlara uyğun olaraq tədris ediləcək”, - deyə R.Əliquliyev bildirib.

 

Regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetləri üçün yeni imkan

 

Alim Naxçıvanda Distant Tədris Mərkəzinin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin Naxçıvan və digər bölgələr, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların və Nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. Qeyd edib ki, bu virtual körpü vasitəsilə ölkədə vahid inteqrativ elm və təhsil mühiti yaradılacaq. R.Əliquliyev, həmçinin akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən “AzScienceNetelm kompüter şəbəkəsinin geniş imkanlarından söz açıb. Bildirib ki, elm və təhsil şəbəkələri üzrə milli operator olanAzScienceNetAvropa Komissiyasında Azərbaycanı uğurla təmsil edir. 2016-cı ildə “AzScienceNetin Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılır ki, bununla da Azərbaycan Avropanın elm və təhsil mühitinə inteqrasiya olunacaq. Bu imkanlardan regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlər də yararlana biləcək. Sonda akademik AMEA Naxçıvan Bölməsinin Distant Tədris Mərkəzinin fəaliyyətə başlaması münasibətilə Naxçıvan elmi ictimaiyyətini, o cümlədən bölmənin əməkdaşlarını təbrik edib. Onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Sonra çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin Distant Tədris Mərkəzinin yaradılmasını dünyanın aparıcı elmi-tədqiqat müəssisələri və universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirib. Bölmənin əməkdaşları adından AMEA rəhbərliyinə və Rəyasət Heyəti üzvlərinə mərkəzin açılışında göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Videokonfrans AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən mühazirələrin oxunması ilə davam etdirilib.

 

Elmi fəaliyyət yeni texnologiyaların tətbiqi ilə yenidən qurulur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Məmmədrəsul Yaqubov bildirib ki, Azərbaycan elminin dünya elmi mühitinə inteqrasiyasını təmin etmək üçün elmi fəaliyyətin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulması vacibdir. AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olanAzScienceNetelm kompüter şəbəkəsi bu məsələlərin həllində mühüm rol oynayır. Məmmədrəsul Yaqubov “AzScienceNet”də Wi-Fi, “Eduroam”, “Cloud Computing”, monitorinqinformasiya təhlükəsizliyi, “Hosting”, distant təhsil və s. ilə yanaşı, elektron kitabxana xidmətinin də göstərildiyini diqqətə çatdırıb. Bildirilib ki, şəbəkə infrastrukturu əsasında yaradılmış “AzScienceNetin platformasında yerləşən elektron kitabxana sisteminin qurulma, təhlükəsizlik, miqyaslanmaelastiklik məsələlərinin həlli yolları şəbəkədə tətbiq olunub. E-kitabxana sistemlərinin təhlükəsizliyi məsələsinə toxunan M.Yaqubov xidmətin davamlı olması və əlyetərliliyinin təmin olunması üçün klassik metodlardan əlavə, virtual serverlərə və ya bulud platformalarına əsaslanan sistemlərin tətbiqinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, bulud texnologiyalarının tətbiqi ilə e-kitabxana sistemlərinin istifadəçi profillərinin analizi aparılır: “Bununla da istənilən istifadəçinin maraq dairəsini müəyyənləşdirərək onun fəaliyyət göstərdiyi elm sahəsində kitab, məqalə və jurnalların dünya kitabxana bazalarından toplanması mümkündür”.

 

Anar Miriyev

Palitra.-2016.-7 aprel.-S.11.