“Ermənilər hər zaman
dinc əhalimizi hədəfə
alıblar”
Ermənistanın növbəti təxribatlarına cavab olaraq Milli Ordumuzun zəfər çalması gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldib. Xüsusən təmas xətti boyunca yerləşən rayonların gəncləri bu qələbəni böyük sevinclə qeyd edirlər. YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev öz sevincini bizimlə bölüşüb.
- Cəbhəyanı
rayon olaraq gənclərin
əhvali-ruhiyyəsi necədir?
-Cəbhə zonasında yaşayan gənclərimizin əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Ümumiyyətlə, mənim yaşadığım Füzuli rayonunda, Horadiz şəhərində bunu hər bir gəncin üzündən, sözündən, davranışından görmək olar. Son illər ərzində hərbi xidmətini başa vurub öz elinə-obasına dönən gənclərimiz yenidən ordu sıralarına, vətənimizin müdafiəsi üçün geriyə qayıdırlar. Ordu sıralarında xidmət etmək üçün müraciət edirlər. Son hadisələrdə cəbhə zonasında yaşayan gənclərimiz qələbə barədə düşünürlər və ordumuzun, əsgərlərimizin yanındadırlar. Biz özümüz də ehtiyatda olan əsgərlərik və müraciət etsək də, hələ ki, bizlərə ehtiyacın olmadığını söylədilər.
-Döyüşlərin
gərgin vaxtlarında hər hansı narahatçılıq oldumu?
-Heç bir narahatçılıq yoxdur və olmayıb da. Biz hər zaman ordumuza, ordumuzun nəyə qadir olduğuna inanırdıq. Son hadisələr də ordumuzun gücünü bir daha göstərdi. Bizim güclü ordumuz, güclü müdafiə nazirimiz və ən əsası güclü dövlət başçımız, Ali Baş Komandanımız var. İnanırıq ki, tək Ermənistan yox, artıq ermənilərə dayaq olan, arxa olan dövlətlər də ordumuzun nəyə qadir olduğunu gördülər. Bu gün Horadiz şəhərində həyat öz axarı ilə davam edir. Biz hər zaman ordumuza güvənirik.
-Ermənilər
tərəfindən sizin
yaşadığınız ərazilərə atəş
açılırdımı?
-Ermənilər hər zaman dinc əhalimizi hədəfə alıblar, qorxu, xaos yaratmaq istəyiblər. Ancaq əhalimiz buna hər zaman hazır olub. Heç bir zaman onların təxribatına uymayıb. Son hadisələrdə də mülki əhalimizi hədəf alan təxribat xarakterli həmlələri oldu. Ancaq ordumuzun cavab atəşi nəticəsində sükuta qərq oldular.
-Ordumuzun zəfəri gənclərə necə təsir edib?
-Bir neçə gün ərzində ordumuzun əldə etdiyi zəfərlər hər kəsə olduğu kimi, gənclərimizə də böyük sevinc və qürur bəxş edib. Hər kəsin üzündə sevinc hissi, qürur hissi var. İllərlə bu əhvali-ruhiyyənin həsrəti ilə yaşamışıq. Neçə illərdir imzalanan atəşkəs rejimi bizə bu hisləri yaşamağı qismət etdi. Ordumuz gücləndi, dövlətimiz gücləndi. Cəbhəyə gedən əsgərlərimizin vətən eşqini görüb də duyğulanmamaq mümkün deyil.
-Hər halda, gənclərdə vətənpərvərlik
ruhu daha da yüksəlib.
- Uzun illər sözdə
atəşkəs imzalamışıq. Erməni tərəfdarı
olan dövlətlər üstündən
illər keçdikcə hər şeyin
unudulacağını zənn edirdilər. Ancaq
dövlətimizin yürütdüyü
siyasət nəticəsində hər bir
insanımız Qarabağa-işğal
altında olan torpaqlara
qayıdacağı günün arzusu ilə yaşayır. Bu
gün uğruna
canlarını qurban verdikləri vətən
övladları son 20-25 ilin
gəncləridir. Bu gün
gənclərimizin vətənpərvərlik ruhu
çox yüksəkdir. Mən haşiyədən
kənara çıxıb bir hadisəni
diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, döyüşlərin qızğın getdiyi bir zamanda
yorğunluqlarını almaq üçün geri
qayıdan iki əsgərimizlə söhbət
etmək imkanım oldu. Biz
gənclər onların ətrafına
yığışdıq. Üst-başları
palçıqlı, yuxusuz, yorğun olmalarına baxmayaraq,
bir an belə, bunu hiss etdirməməyə
çalışırdılar. Döyüş
yoldaşlarının şəhid olması ilə
bağlı başsağlığı verdim.
Üzümə baxıb dedi:
“Vaxtımız çatanda biz də şəhid olacağıq, bunun üçün
burdayıq” . Onun palçıqlı əlindən
tutub öpdüm,
“Sizinlə qürur duyuruq”
dedim. Bax, budur vətənpərvərlik hissi, budur vətən sevgisi. İnşallah, hər
şey dövlətimizin, millətimizin, ordumuzun xeyrinə olar. Amin.
Fuad Hüseynzadə
Palitra.-2016.-7 iyul.-S.7.