Turizm potensialı xarici iştirakçılara
təqdim edilir
Beynəlxalq turizm və səyahətlər sərgisində
40 ölkədən 200-dən artıq şirkət iştirak edir
Dünən Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində
“AITF-2016” XV Azərbaycan Beynəlxalq
turizm və səyahətlər və
“HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq
mehmanxana, restoran və supermarketlər üçün avadanlıq
və ləvazimatlar sərgiləri ilə tanış
olublar.
Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan “AITF-2016” sərgisi bu il 15 illik,
“HOREX Caucasus-2016” sərgisi isə 10 illik yubileyini qeyd edir. “AITF-2016” sərgisi
keçirildiyi illər
ərzində bütövlükdə
Xəzəryanı regionda
mühüm tədbirlərin
təşkil olunduğu,
tərəfdaşlıq müqavilələrinin
imzalandığı, habelə
yeni proqram və istiqamətlərin elan edildiyi əsas
turizm tədbirinə çevrilib, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və
xanımına məlumat
verib ki, Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası
sərgiyə fəal
dəstək verib. Turizm ölkəmizin qeyri-neft sektorunun perspektivli sahələrindən biri olduğu üçün
bu sahənin inkişafına xüsusi diqqət göstərilməsi
və onun dəstəklənməsi hazırda
dövlət siyasətinin
başlıca istiqamətlərindən
biridir. Azərbaycan Beynəlxalq turizm
və səyahətlər
sərgisi də bu prosesə töhfə verir. Təsadüfi deyil ki, 2002-ci ildə keçirilən ilk sərgidə
5 ölkədən 26 şirkət
iştirak edirdisə,
sonrakı illərdə
müsbət dinamika əldə olunub. Builki sərgidə 40 ölkədən
200-dən artıq şirkət
iştirak edir. Müstəqil auditin məlumatlarına
əsasən, bu sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı
üzrə bütün
digər turizm sərgiləri arasında
birinci yeri tutur. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də otel və sanatoriyalarını
öz stendində bir araya gətirən
Azərbaycan Turizm Assosiasiyası da ölkədə turizmin inkişafına güclü
dəstək verir.
2009-cu ildən fəaliyyətdə olan Assosiasiya hazırda ölkəmizdə turizm və otel sahəsində
təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından
biridir.
Prezident və xanımı ölkəmizin turizm regionlarını əks etdirən ekspozisiyalara baxıblar. Qeyd edək ki, daxili turizm Azərbaycanda
əsas təmayül
olaraq qalır. Hazırda diqqət paytaxtla yanaşı, bölgələrdə
də geniş turizm şəbəkəsinin
yaradılmasına yönəldilib.
Naxçıvan Muxtar Respublikası
da daxil olmaqla ölkəmizin malik olduğu təbii gözəllikləri,
ecazkar təbiəti və digər istiqamətləri nümayiş
etdirmək baxımından
sərgi bir çox özəllikləri
ilə seçilir.
Qax, Qəbələ,
Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran,
Mingəçevir, Masallı,
Sumqayıt və digər regionların ənənəvi ekspozisiyalarında
Azərbaycanın daxili
turizm potensialı təqdim edilir, milli mədəniyyətimizin
zəngin nümunələri
qonaqlara nümayiş
olunur. Qarabağ regionunun gözəlliyini
və turizm imkanlarını nümayiş
etdirən ənənəvi
stend də sərgidə yer alıb. Bakıda keçiriləcək “Formula-1”
Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat
Şirkəti də sərgidə ayrıca stendlə təmsil olunur. Burada yarışların proqramı, eləcə də hamının səbirsizliklə gözlədiyi
Qran-priyə biletləri
harada və necə əldə etməklə bağlı
ətraflı məlumat
verilir. Prezident və xanımı sərgidə xarici ölkələrin milli pavilyonları ilə də tanış
olublar.
Tibbi və sağlamlıq
turizmi istiqamətlərini
təmsil edən iştirakçıların sayı
artıb
Bildirilib ki, keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində
dünyanın 40-dan çox
ölkəsindən təxminən
2200 şirkət iştirak
edib. Bu il də sərgidə çoxlu xarici şirkətin iştirakı
diqqət çəkir.
İndoneziya milli pavilyonunda
bu ölkə ecazkar təbiəti, zəngin mədəniyyəti
və qonaqpərvər
insanlara malik olan dünyanın möhtəşəm səyahət
məkanlarından biri
kimi təqdim olunur. Bu ölkənin
turizm obyektləri tarixi məkanlar da daxil olmaqla,
təbiət və mədəniyyət mənzərələrini
əhatə edir.
Rusiyanın şəhərlərinin, xüsusilə də
Stavropol vilayətinin təqdim
etdiyi imkanlar da sərgidə böyük maraqla qarşılanır. Bu il tibbi və sağlamlıq turizmi istiqamətlərini
təmsil edən iştirakçıların sayı
əhəmiyyətli dərəcədə
artıb. Belə ki, sərgidə Azərbaycan, Belarus, Gürcüstan,
İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri
təmsil edən şirkətlər, o cümlədən
tibb mərkəzi, sağlamlıq ocağı
və sanatoriyalar müalicə-sağlamlıq və
SPA turizmi üzrə ən son nailiyyətləri
təqdim edirlər. Hindistan da builki sərgidə
fəal iştirak edir. Ümumiyyətlə, bu ölkə
din, dil və adət-ənənələrin heyrətamiz rəngarəngliyinə
malik olmaqla bütün mədəniyyətlərin
fərqli ənənələrinin
sintezini təqdim edir. Hindistan hər zaman
tarixi abidələri,
dağ kurortları, vəhşi təbiəti
və maraqlı ekoloji sistemi ilə turistlərin diqqətini çəkir.
İran İslam Respublikasının
milli pavilyonunda bu ölkənin müxtəlif turizm istiqamətləri barədə
geniş məlumat verilir. Burada İranın turizm
şəbəkəsinin malik
olduğu potensial qonaqlara əhatəli şəkildə təqdim
edilir. Belarus, Bolqarıstan,
Gürcüstan, Dominikan,
İspaniya, Tailand, Monteneqro, Çexiya və Ukrayna şirkətləri öz
ölkələrinin turizm
potensialını və
milli koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə
özəl pavilyonlar quraşdırıblar. ABŞ, İordaniya, İsveçrə,
Latviya, Maldiv adaları, Sloveniya, Yunanıstan və digər ölkələrin
turizm şirkətləri
və otelləri də sərgiyə qatılıb. Qonşu Gürcüstan
da builki sərginin iştirakçıları
sırasındadır. Bu ölkənin Milli
Turizm Assosiasiyasının
qatıldığı sərgidə
Gürcüstanın malik
olduğu turizm potensialı barədə geniş informasiya çatdırılır. Məqsəd
Gürcüstana gəlmək
istəyən turistlərin
təəssüratlarını zənginləşdirmək və
ölkədə turizmin
davamlı inkişafını
təmin etməkdir.
Türkiyənin potensialının təqdim
olunması baxımından
əla fürsət
Sərgidə Türkiyə də geniş təmsil olunur. Mütəxəssislər deyirlər ki,
dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının
təqdim olunması baxımından bu sərgi əla fürsətdir. Bu, həm də turizm sahəsində yeni marketinq strategiyalarının müəyyən
olunmasına və təşviqinə geniş
imkanlar açır.
Hər bir sərgi yeni aviareys və
hava xətlərinin elan edildiyi, memorandum və beynəlxalq müqavilələrin imzalandığı,
sənayedəki yeni məhsul və nailiyyətlər barədə
hesabatların səsləndirildiyi
platformadır. Odur ki, bu sərgi Azərbaycanın
zəngin turizm potensialını xarici iştirakçılara təqdim
edir. Bu da
ölkəmizin turizm məkanı kimi məşhurlaşmasına şərait
yaradır. Bakı Ekspo
Mərkəzində İçərişəhər
Dövlət Tarix-Memarlıq
Qoruğunun xüsusi pavilyonunun yaradılması,
milli əl işlərindən ibarət
ekspozisiyanın quraşdırılması
da ölkəmizin turizm potensialının kompleks təbliğinə
xidmət edir. Sərgi ilə tanışlıqdan sonra dövlət başçısı
və xanımı turistlər üçün
şəhər turlarında
istifadə ediləcək
avtobusa və mikroavtobusa baxıb, onlarda yaradılan şəraitlə tanış olublar. Prezident İlham Əliyev
sərgilərin işinə uğurlar
arzulayıb.
Nigar
Palitra.-2016.-9 aprel.-S.4.