“Elmi-tədqiqatların aparılması üçün motivasiya
olmalıdır”
Fuad Bəşirov: “İnkişaf
etmiş ölkələrdə istifadə
edilən müalicə üsullarının, demək olar ki, böyük
əksəriyyəti bu gün
Bakıda tətbiq edilməkdədir”
Müsahibimiz Türkiyədə, Ankara Universiteti Tibb fakültəsində rezidentura
təhsili alan Fuad Bəşirovdur.
-Hazırda gənc alimlərin hans problemləri var. Bu problemləri necə təsvir edərdiniz?
- Sualınızı bir az dəyişdirib
cavab vermək istərdim. Gənclərin elimlə məşğul
olmaları üçün
mühit necə olmalıdır? Problem prizmasından baxmağı
işə başlamamışdan
kiçik əngəlləri
beton divarlar sanmağa oxşadıram.
Necə ki, çoxumuzun başına
belə iş gəlir: düşündüyümüz,
ancaq həyata keçirmədiyimiz ideyalarımızı
bir müddət sonra başqası tərəfindən həyata
keçiriləndə biz də
baxıb görürük
ki, əslində biz də edə bilərdik. Buradakı əsas məsələ
illüziyaların öhdəsindən
gəlməkdir. Mən
burada, bir az ixtisasımla
da əlaqəli olduğu üçün
mühitin əhəmiyyəti
haqqında qısaca fikirlərimi bildirmək istəyirəm. İnsan olaraq hələ doğulmamışdan qabaq
hiss edərək, doğulduqdan
sonra da duyğu orqanlarımızla
ətraf mühitdən
qəbul etdiklərimizlə
öyrənirik və
öyrəndiklərimizlə düşünürük, ətrafımızla
münasibət saxlayırıq.
Ətrafımızda nəyin necə
olmasının və
bizimlə münasibətlərin
necə olmasının
çox böyük önəmi olur. Sağlam düşünmək üçün,
ilk növbədə, ailə,
sonra isə bağça, məktəb,
universitet mühim rol oynayır. Uşaqlığımızda verdiyimiz hər
hansı qərarların
valideynlərimiz tərəfindən
qəbul edilməsi, onları həyata keçirmək üçün
bizə fürsət verilməsi bizdə müstəqil düşünməyi,
sərbəst hərəkət
etməyi formalaşdırır.
Misal olaraq, təxminən 1 yaşında olan uşaq ətrafındakılar
kimi gəzmək üçün addım atmağa başlayır.
“2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
gənclərin keyfiyyətli
təhsil alıb, yaxşı mütəxəssis
olmaq, elmi biliklərini artırmaq və elm sahəsində davam etmələri üçün çox böyük addım idi. Nəticəsini
də görməyə
başlamışıq”
O, təzə-təzə yeriməyi
öyrənəndə isə
təbii olaraq yıxılacaq, əgər
valideyn uşağın
özünün ayağa
qalxmasına imkan verərsə, təbii yolla istəklərinə gedən yolda çətinliklərin olduğunu,
bunların öhdəsindən
gəlməyi öyrənmək
üçün bir fürsət olacaq. Məktəbə yeni başlayan şagird əlifbanı, rəqəmləri
öyrənir, yuxarı
siniflərə gəldikcə
fizika, kimya, astronomiya kimi bir-birindən fərqli sahələrlə tanış olur. Beyində yeni düşüncə sahələri, bağlantılar
yaranır. Burada əsas
məsələ oxuma,
öyrənmə alışqanlığı
yaratmaq və bunu daha da
davamlı etməkdir.
Bunun üçün ən yaxşı yollardan biri kiçik nailiyyətlərə görə
mükafat verilməsi,
təltif edilməsi və nailiyyətə görə uşağa xüsusi fərdi münasibət bəsləməkdir.
Yeniyetməlik yaşına gəlincə
isə valideyn tərəfindən verilən
məsuliyyət səhvləri
və doğruları
anlamamıza kömək
edir. Gənclik, yaşlılıq vaxtı edəcəklərimizin
əsası, elə bu vaxtlardan qoyulur.
Başqa bir misal da çəkmək
istəyirəm, yeniyetməlik
zamanı öz geyiminin, öz otağının, həftəlik
xərcliyinin, dost seçiminin
məsuliyyətini öz
üstünə almayan
yeniyetmənin gəncliyində
öz evinin, aylıq maaşının
idarəsində, insanlar
arasında münasibət
qurmağında problemlər
yaşaması qaçılmaz
olacaq. İnsanların çoxu yeniyetməlik
zamanı həyatı
anlamağa başlayır,
peşə seçiminə
qərar verir və artıq məqsədini qarşısına
qoyub onun üçün çalışırlar.
İnsanın özünə güvənməsində
ailə nə qədər önəmlidirsə,
seçim etməsində
məktəb, müvəffəqiyyət
qazanmasında universitet
o qədər önəmlidir.
Mənim
fikrimcə, məktəb
problem həll etməyi,
universitet yenilikçiliyi
nə qədər yaxşı öyrədirsə,
insan o qədər müvəffəqiyyət qazanır.
-Gənc alimlərin elmi-tədqiqatlarla
kifayət qədər
məşğul olmaları
üçün hansı
şərtlər mövcuddur?
- Azərbaycanda 50 universitet,
Milli Elmlər Akademiyasının nəzdində
40-a yaxın müxtəlif
institutlar fəaliyyət
göstərir. Ancaq buna
baxmayaraq istifadə etdiyimiz gündəlik məişət əşyalarının
böyük əksəriyyətinin
xaricdən idxal edilməsi, çox vaxt xəstələrimizin
müalicə üçün
xaricə üz tutması, xaricdə istehsal olunan mallara üstünlük verilməsi bu baxımdan müəyyən
çatışmazlıqların, şüurda da bununla bağlı ziddiyyətlərin olduğunu
açıq-aydın göstərmiş
olar. Bu problemlərlə
yanaşı, son illərdə
yaradılmış sənaye
şəhərciyi, neft-kimya
sahəsində dünyada
tanınan elmi nailiyyətlərimiz, son illərdə
tibb sahəsində Ümumdünya Səhiyyə
Təşkilatının qəbul
etdiyi müalicə üsullarının tətbiq
edilməsi, mən xüsusilə tibb sahəsini qeyd etmək istərdim, tibbi araşdırmalarımızın
beynəlxalq dəyəri
olan elmi jurnallarda nəşr olunması elmi-tədqiqatlar
üçün imkanların
olması yönündə
ümidverici görünür.
Həmçinin son zamanlarda gənc
alimlərimizin elmi-təqdiqatlara,
bu tədqiqatların davamlı və keyfiyyətli olmasına tələbatları da artıb. Bu isə
onlara yeni və zamanın tələblərindən irəli
gələn şərait
yaradılmasını tələb
edir. Ona görə də
gənc alimlərimizin,
müxtəlif sahələrə,
xüsusilə, texniki
və tibb sahələrinə aid gənc
tədqiqatçıların araşdırmalarının fəaliyyətinin
stimullaşdırılması olduqca önəmlidir.
Bütün bunları nəzərə
alaraq, son zamanlar bu sahədə bir sıra islahatların,
tədbirlərin həyata
keçirilməsi ilə
bağlı təkliflər
irəli sürülür.
Həmçinin, gənc alimlərin
elmi layihələri müvafiq qurumlar tərəfindən dəstəklənir.
Amma bu işin daha
da intensiv, keyfiyyətli və əhatəli şəkildə
həyata keçirilməsinə
ehtiyac var.
-Gənc alimlərin yetərincə
elmi-tədqiqatlarla məşğul
olmaları və effektiv fəaliyyət göstərmələri üçün
nələri təklif
edərdiniz?
- Yuxarıda bu barədə bəzi fikirlərimi qeyd etdim. Bundan başqa, elmi-tətqiqatların
aparılması üçün
bizdə kifayət qədər istər universitet, istərsə də institutların olduğunu düşünürəm,
bizdə olmayan şey, məncə, motivasiyadır. Günümüzün reallığı budur ki, əməyimizin, zəhmətimizin qarşılığını
maddi olaraq görmək istəyirik.
Elm isə bəhrəsini
bir az
gec verir. Verimli olan bir ixtira
üçün laboratoriyada
ən azı, yüz tədqiqat aparmalısan. Bu tədqiqatların hər biri dəstəklənməzsə,
o bir ixtira da ərsəyə gəlməz. Bəlkə bu
yöndə dəstək
artırılarsa, tədqiqatçılar
elmdən başqa nəsə düşünməz,
effektiv fəaliyyət
də, nəticə də müsbət olar. Məncə, iqtisadiyyat sahəsində
biznesmenlərlə alimlərin
görüşü, səhiyyə
sahəsində tibbi sığortanın təşkili
bu problemlərdən çıxış yolu kimi görünə bilər. Mən burada bir məsələni də qeyd etmək istəyirəm, “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
gənclərin keyfiyyətli
təhsil alıb, yaxşı mütəxəssis
olmaq, elmi biliklərini artırmaq və elm sahəsində fəaliyyətə davam etmələri üçün
çox böyük addım idi. Nəticəsini də görməyə
başlamışıq. İnkişaf etmiş ölkələrdə
istifadə edilən müalicə üsullarının
demək olar ki, böyük əksəriyyəti bu gün Bakıda tətbiq edilməkdədir.
Bu da bu cür dəstək proqramlarının uğurunu
göstərməyə kifayət
qədər böyük
sübutdur. Təbii ki,
qazanan Azərbaycan vətəndaşlarıdır.
-Gənc tədqiqatçıların əsas
məsələlərindən biri elmi dərəcə
almaq üçün
bürokratik əngəllərlə
qarşılaşmaları ilə bağlıdır.
Bu barədə hansı fikirləriniz və təklifləriniz var?
-Azərbaycanda tibb sahəsində elmi dərəcə almaq üçün müəyyən
olunmuş qaydaların
mövcud olduğunu bilirəm. Ancaq bürokratik əngəl
olub-olmaması haqqında
bir məlumatım yoxdur.
İlkin AĞAYEV
Palitra.-2016.-12 aprel.-S.11.