Dövlət İmtahan Mərkəzinin əsas vəzifələri nədən ibarətdir?

 

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib

 

Məlum olduğu kimi, ölkə başçısı Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Həmin fərmana əsasən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriatmagistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılıb.

Müəyyən edilib ki, Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Prezidenti tərəfindən həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manatdır. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir. Dövlət İmtahan Mərkəzinin ilkin mərhələdə fəaliyyətini 2016-cı il dövlət büdcəsində Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün nəzərdə tutulmuş xərclər hesabına təmin edəcək. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Dövlət İmtahan Mərkəzi ilə bağlı məsələyə toxunacaq, onun fəaliyyət istiqamətlərini ətraflı təqdim edəcəyik.

 

Qəbul prosesi yeni mərkəz tərəfindən

həyata keçiriləcək

 

Dövlət İmtahan Mərkəzinin əsas vəzifələri sırasına bir sıra məsələlər daxildir. Belə ki, mərkəzin vəzifələri sırasına “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata keçirilməsini təşkil etmək, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriatmagistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirmək, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriatmagistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən etmək daxildir. Həmçinin mərkəz Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirəcək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edəcək. Dövlət İmtahan Mərkəzi yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirəcək, imtahan fənləri üzrə qəbul proqramları hazırlacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək. Mərkəz təhsil müəssisələrinin qəbul göstəriciləri və ixtisasları elan edəcək, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edəcək, sənədlərin qəbulunu təşkil edəcək, tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparacaq. Mərkəz abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirməklə yanaşı, qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu komissiyaları yaradacaq və onların fəaliyyətinə nəzarət edəcək, abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər tərəfindən qəbul kampaniyası zamanı yol verilmiş pozuntu halları barədə səlahiyyətli dövlət orqanlarına məlumat verəcək. Mərkəzin öz vəzifələrini yerinə yetirmək üçün bir sıra hüquqlara malikdir. Belə ki, mərkəz dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək, müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək, imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq, konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək, qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Prezidentə və Təhsil Nazirliyinə təqdim etmək, müxtəlif qurumların (şəxslərin) müraciəti əsasında tələb olunan sahədə şəxsin bilik səviyyəsini qiymətləndirmək, test bankının formalaşdırılması, elmi-metodikproqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar, ekspert şuraları və elmi-metodik seminarlar təşkil etmək, abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları təşkil etmək, test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlərtest topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək, yaradılmış test bankının mütəmadi təftişini aparmaqs. hüquqlara malikdir.

 

Mərkəz Direktorlar Şurası tərəfindən idarə olunacaq

Yeni yaradılan mərkəz Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müaviniictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası tərəfindən idarə olunacaq. Şuranın səlahiyyətləri sırasına mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək, mərkəzin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək, strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək, mərkəzə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dair təkliflər vermək, mərkəzin maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər vermək, mərkəzin illik büdcəsinə və onun icrasına nəzarət etmək, mərkəzin fəaliyyəti, əmlakından istifadə barədə qərar qəbul etmək kimi məsələlər daxildir. Şura, həmçinin dövlət qulluğu üçün kadrların seçilməsi, aliorta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək, mərkəzin vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək, struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri və mərkəzin daxili intizam qaydalarını qəbul etmək səlahiyyəti var. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir. Şuranın sədri mərkəzin fəaliyyətinə rəhbərlik edərək bu fəaliyyət üçün tam məsuliyyət daşıyır. Eyni zamanda imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq, onların say və şəxsi tərkibini, reqlamentini müəyyən etmək, mərkəz aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini görmək səlahiyyətinə sahbdir. Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, “Qrant haqqında” qanununa uyğun olaraq mərkəzə verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar, dövlət orqanları, hüquqifiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər hesabına maliyyələşir.

 

"İmtahanların keçirilməsi və mahiyyətində heç bir dəyişiklik olmayacaq"

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Trend”ə deyib ki, Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək: “Onların işinə heç kim zərər vurmayacaq. Bu mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir". Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd qəbulu davam edəcək.

Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyəcək. M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə əlaqədar idarəetmədə olan dəyişikliklərin proseslərin daha da şəffaflaşmasına xidmət edəcəyini söyləyib.

Anar Miriyev

Palitra.-2016.-13 aprel.-S.11.