Sosial mənzillərin inşası ev problemini həll etməklə yanaşı, yeni yerləri yaradacaq

 

“Ünvanlı sosial yardım müəyyən biznes sahəsinin yaradılmasına, peşə öyrənilməsinə yönəldilməlidir ki, həmin şəxs sonradan özünü dolandırmağa müvəffəq ola bilsin

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının toxunduğu məsələlərdən birisosial siyasətlə bağlı idi. Bildirildi ki, sosial siyasət ölkəmizdə həmişə prioritet olub və əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident tərəfindən 25-dən artıq fərman və sərəncam imzalanıb. Bu istiqamətdə suallarımızı cavablandıran millət vəkili Tahir Rzayev ölkədə mühüm tədbirlərin həyata keçirildiyini bildirdi:

 

- Nazirlər Kabinetinin son iclasında ölkə başçısı bildirib ki, çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. Siz hazırda mövcud sosial siyasəti necə dəyərləndirirsiniz?

- Sosial siyasət hər zaman prioritet olaraq qalıb və ölkə başçısı hər zaman bunun vacibliyini qeyd edərək bildirib ki, insanların sosial vəziyyətinin yaxşılaşdırılması bizim başlıca vəzifəmiz olmalıdır. Həm də Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, biz xalqın xidmətçisiyik. Sözsüz ki, sosial vəziyyətin yaxşılaşdırılması insanlara qayğı, diqqətin bir göstəricisidir. Son dövrlər neftin qiymətinin aşağı düşməsi, manatın məzənnəsinin azalması ilə bağlı bir çoxlarına elə gəlirdi ki, bu, ölkədə sosial vəziyyəti çətinləşdirəcək. Ancaq düşünülmüş siyasət göstərdi ki, bu, əslində, belə deyil. Müəyyən problemlərin qarşısının alınması üçün imkanlar var. Belə bir vəziyyətdə ölkə başçısı bir çox sahələrdə sosial məsələləri həll etdi. Nəinki həll etdi, dövlət qulluğunda olan, büdcədən maliyyələşən bir çox dövlət qulluqçularının əmək haqqını artırdı. Digər sosial sahələrə diqqət yetirilməsinin vacibliyi bildirildi, qayğı göstərildi. Ona görə də Nazirlər Kabinetinin birinci rübünün yekunlarına dair müşavirədə də ölkə başçısı bir daha qeyd etdi ki, bu bizim vəzifəmiz olaraq qalır və birinci vəzifə insanların maddi rifah halının yaxşılaşdırılmasıdır. Onlara sosial imkanların yaradılmasıdır. Ölkədə bu sahədə çox ciddi tədbirlər həyata keçirilir. Məsələn, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsini nəzərdən keçirdikdə görərik ki, məgər kənddə insanlar üçün şəraitin yaradılması, yeni yerlərinin açılması, mədəni səviyyənin yüksəldilməsi, kənd yollarının, infrastrukturun dəyişilməsi sosial məsələ deyil? Əlbəttə, vacib olan məsələdir ki, bu gün insanlar yerlərdə möhkəmlənməyi, regionlarda məskunlaşmağı vacib məsələ hesab edirlər. Bu gün kəndin sosial imkanları genişləndirilib. Regionlarda qaz, su, yol və digər problemlər həllini tapıb və bu, sosial siyasətin tərkib hissəsidir. Əgər orada insanlara lazımi şərait yaradılmasa, əhalinin məskunlaşması, iqtisadiyyatın, istehsalın inkişafı da mümkün deyil. Ona görə də bu, birinci dərəcəli vəzifə olaraq qarşıya qoyulubbu bir daha müşavirədə də öz əksini tapdı.

-İclasda belə bir məsələyə də toxunuldu ki, sosial mənzillərin tikintisi proqramı varbu həm yerlərdə əhalinin işlə təmin olunması, həm mənzillə təminatına imkan verəcək. Bu proqramın icrası hansı imkanlar yaradacaq?

- Son dövrlərdə yerlərdə artıq şəhid ailələri, əlillər üçün mənzillər tikilib istifadəyə verilib. Yaxşı haldır ki, Prezident bu məsələni qaldırıb və tapşırıqlar verib ki, sosial mənzillərin tikilməsi, onların güzəştli şərtlərlə verilməsi, gənclərin yerlərdə məskunlaşması, işləməsi, yeni yerlərinin yaradılması üçün vacibdir. Bugünlərdə ölkə başçısının fərmanı ilə mənzillərin tikintisi ilə bağlı yeni bir agentlik yaradıldı. Orada da tikintinin sürətləndirilməsi, sosial mənzillərin təhvil verilməsi üçün qarşıya çox ciddi vəzifələr qoyulub. Sözsüz ki, bugünkü gənc işləyirsə, ailə qurmaq istəyirsə, onun yaşayış sahəsi, mənzillə təmin olunmalıdır. Bu mənzillər güzəştli şərtlərlə, uzunmüddətli kreditlərlə, yaxud çalışdığı yerdə vəsait müəyyən köçürmələrlə olmalıdır. Əlbəttə ki, müvafiq orqanlar bunu qərarlaşdırmalıdırlar, öz təkliflərini verməlidirlər. Ölkə başçısı da bu tapşırıqları verib. Düşünürəm ki, bugünkü hadisələrə Azərbaycan gəncliyinin münasibəti bizə əsas verir ki, gənclərin ictimai-siyasi həyatda mövqelərini möhkəmləndirək, daha yaxşı yaşayışını təmin edək. Gənclərin yaxşı yaşayışının təmin olunması bizim qələbəmizin yaxınlaşması deməkdir. Son hadisələr də göstərdi ki, Azərbaycan gəncliyi vətən yolunda ölməyə hazır olan gənclərdir. Əgər biz mənəviyyatca zəngin, yüksək ideyalara sadiq gənclər yetişdirməsəydik, onları qayğılarla əhatə etməsəydik, onlara mənəvi stimul yaratmasaydıq, elə bilirəm ki, onlar döyüşlərdə elə fədakarlıq göstərə bilməzdilər. Ona görə də gənclərə qayğı-diqqət ölkə başçısının daim diqqət mərkəzindədir.

- Digər bir məsələ isə ünvanlı dövlət sosial yardımı ilə bağlıdır və bildirildi ki, bu, çox mühüm sosial təşəbbüsdür, ancaq, bəzən ələbaxımlıq meyillərini də gücləndirir. Elə şərait yaradılmalıdır ki, insanlar işlə təmin olunsunlar. Sizcə, hansı tədbirlər həyata keçirilə bilər?

-Mən Milli Məclisin iclaslarının birində, hökumətin hesabatında da bu məsələyə toxundum. Bu gün ünvanlı sosial yardımın verilməsində müəyyən çətinliklər var. Elə mürəkkəb sənədlər toplanmalıdır ki, bunu almağa layiq adamlar bundan kənarda qalırlar. Məsələn, 30 il bundan əvvəl adında köhnə bir maşın olan, yaxud kiçik bir torpaq sahəsi olan, krediti olan adam bu sosial yardımı ala bilmir. Ancaq elə adama verilir ki, onlar bunu heç almamalıdırlar. Ona görə də ünvanlı sosial yardımın verilməsi nəinki ələbaxımlıq yaratmalıdır, o stimul verməlidir ki, alınan bu vəsait müəyyən qaydada onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etsin. Ona görə də bu bir nümunə kimi qoyulub. Əgər illərlə ünvanlı sosial yardım alırsa, onu, sadəcə, xərcləməməlidir. Həmin yardımı müəyyən biznes sahəsinin yaradılmasına, şəraitinə yönəltməlidir. Ona görə də bəzi insanlar elə gözünü dikib ki, ünvanlı sosial yardım alsın və xərcləsin. Əgər səhəri gün ünvanlı sosial yardım verilməsə, o necə dolanacaq? Ona görə də bu adamlar fikirləşməlidirlər və onlara istiqamət verilməlidir ki, aldığı bu yardımın müəyyən hissəsi onun gələcək fəaliyyətinin qurulmasına sərf olunsun. Müəyyən qaydada özü üçün yerinin yaradılmasına, kiçik sahibkarlıqla məşğul olmasına, biznes sahəsinin qurulmasına yönəldilsin. Ona görə də ölkə başçısı əlavə vəsait ayırdı ki, nazirlik bu barədə fikirləşsin və müəyyən imkansız adamlara vəsait sərf olunsun ki, özlərinə imkan-şərait yaratsınlar. Bu, çox düzgün yoldur. İnsanların bəzən yardımla təmin olunması, əlavə kömək onları ələbaxımlılığa öyrədir. Onlar sakitcə dayanır və gözləyir ki, dövlətdən 300-400 manat pul alacam və gətirib ailəmin problemlərinə sərf edəcəm. Düşünməlidir ki, dünyaya uşaq gətirir, məşğulluğu olmalıdır. Pulun bir hissəsi hansısa peşə yönümünə sərf olunmalı, sənət öyrənməlidir ki, özünü dolandırmağa müvəffəq ola bilsin. Doğurdan da, haqlı tələbdir ki, verilən ünvanlı sosial yardımın istiqaməti dəyişdirilməlidir. Bilavasitə gələcəkdə o insanların fəaliyyətinin tənzimlənməsinə sərf olunmalıdır.

 

Nigar Abdullayeva

Palitra.-2016.-13 aprel.-S.5.