“Son 10 ildə təhsildə dönüş hiss olunur

 

Professor Çingiz Xəlifəzadə: “Bir-iki ildən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Avropa ölkələri içərisində yüksək reytinqi olan ali məktəbə çevriləcək”

 

Ölkənin ali təhsil ocaqları arasında öz tarixi və fəaliyyəti ilə seçilən universitetlərimizdən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Ali məktəb ötən müddət qabaqcıl alimləri, tədris prosesi ilə tanınıb. Bu gün bu ali təhsil ocağında nəinki azərbaycanlı tələbələr, həmçinin bir çox xarici ölkələrin vətəndaşları təhsil alırlar. Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb.

1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilib. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olub. 1910-cu ildə mexanika şöbəsinə neft-texnikielektromexanika istiqamətləri daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb Politexnikum adlandırılıb. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat-memarlıq şöbələri fəaliyyət göstərib və tələbələrin sayı 188 nəfər olub. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olub. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edilib. Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunub. 1920-1921-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu. Prezidentin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft Sənaye Universiteti adlandırılıb. Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur.

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Neft Sənaye Universitetində çalışan əməkdar geoloq, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadədir:

- Necə oldu bu peşəni seçdiniz?

- Bizim evimiz Şəki şəhərinin yuxarı, dağlıq hissəsində yerləşirdi. Şəki Xan Sarayı bizdən çox olsa, 200 metr aralı idi. Günüm, peşəm dağlarda keçirdi. Çətin dövr idi, mal-qaranı dağlara otarmağa aparardım. Bizim dağlardan qabaq meşəlik zonası, sonra düzənlik gəlirdi. Dağlarımız elə bil ki, məni cazibə qüvvəsi kimi özünə çəkirdi. 14-15 yaşlarımda Azərbaycan dilində fantastik kitablar oxumağa başladım. Rus dilində bilmirdim. Obruçevin Azərbaycan dilinə tərcümə olunanPlutoniyaSannikov torpağıkitablar mənə çox maraqlı gəlmişdi. O kitablarda yerin forması, yerin içərisində olan boşluqlar, orada canlı həyatın mümkün olması, mamontlar dövrü, insan qəbilələri, onları necə ovlanmaları sair, 150 milyon il əvvəl Yura dövrünə qədər olan dövrün təsviri var idi. Bu mənim çox xoşuma gəldi dedim ki, mən geoloq olacam yerin, dağların sirlərini öyrənəcəyəm. 14 yaşım olanda mən artıq kim olacağımı müəyyən etdim. Onu da deyim ki, məktəbə tez getmişəm - 6 yaşında. Amma o vaxtlar uşaqları 8 yaşında məktəbə qəbul edirdilər. Bir müəllim var idi, o da məni götürdü. Müəllimə həmişə deyərdi ki, səndən soruşanda neçə yaşın var, deyərsən 8 yaşım var. Demək istəyirəm ki, orta məktəbi tez qurtarmışam. Yaxşı qabiliyyətim var idi. Müəllim danışırdısa tez götürürdüm. 42-ci illər, ağır vaxtlar idi. Bizə təzə, gənc bir müəllimə gəlmişdi - 18-20 yaşı var idi. Mən müəlliməni elə sevirdim ki, o nəsə tapşıranda dərhal onu öyrənib, ona danışırdım. O da məni çox istəyirdi, həmişə məni görəndə deyirdi ki, get kitabxanadan kitablar al oxu. Sonra AZİ-nin tələbələri Şəkiyə dağları öyrənməyə gəlirdilər. Mən onları hər yerə aparır bilirdimsə göstərirdim. Nəhayət, geoloq olmaq istədim. Sonra universiteti qurtardım.

O vaxtın adamları başqa cür idi. 10 yaşım var idi, atam hər işə göndərirdi. Heç balaca uşağı meşəyə göndərmək olar. İndi 20 yaşlı olan birini I göndərsən, deyəcəkmən gedə bilmərəm”. Mən həm çox davamlıyam, həm işgüzar zəhmətkeşəm. Çünki bütün ağır işlərdə işləmişəm, heç uşaqlığım olmayıb. İndi tamam başqa uşaqlar böyüyür. Elə Engelsin dediyi kimi əmək insanı əmək edir. Gərək lap kiçik yaşından uşağı öyrədəsən, uşaq əməyi sevməlidir. Uşaq istəmir, amma onu buna məcbur eləmək lazımdır. Ancaq bizim valideynlər kimi yox, müəyyən qanun-qayda ilə olmalıdır. Həm elm, bilik vermək lazımdır, həm əməyə alışdırmaq lazımdır. Uşaq yaradıcı əməyə alışdırılmalıdır.

-Çingiz müəllim bugünkü gənclərin mütaliyəyə marağını necə qitmətləndirirsiniz?

- Mən 13 il İdarəçilik Akademiyasında işləmişəm. Təbii ehtiyatların idarə olunması fənnini tədris edirdim. Orada uşaqlara deyirdim ki, siz mütaliə eləmirsiniz. İnternetə daha çox girirsiniz, əyləncə axtarırsınız. İnternet dəryadır, internet resurslar mənbəyidir. İnternetdən düzgün istifadə etməklə hətta böyük bir elmi yazmaq olar. Bəzən laqeyd yanaşırdılar. Bu test üsulu ilə qəbulu düzgün hesab etmirəm. Müəyyən istiqamətdə bilikləri var, amma ümumi dünyagörüşləri, mütaliyə yoxdur. Mən Qərb ədəbiyyatını yaxşı bilirəm. Gedirdim məktəbdə olan kitabları oxuyurdum, şeyir yazırdım şəkil çəkirdim. Bizim valideynlər savadlı olmağa fikir vermirdilər. Amma mənim qavrayışım güclü idi, çünki bu irsən gəlirdi. Mənim ana tərəfim zadəgan olub. Məşhur heykəltəraş Fuad Abdurrəhmanov mənim dayım oğlum idi. Şərqdə onun kimi manimantalist olmayıb. Düşünürəm ki, test üsulu özünü doğrultmur. Uşağa gərək 1-2-ci sinifdən təbiət elmlərini öyrədəsən, təbiəti sevdirəsən. Vətəni, onun tarixini öyrətmək lazımdır. Onun necə formalaşdığını uşaq bilməsə vətənini sevə bilməz. İlkin tərbiyəni oradan başlamaq lazımdır. Əfsuslar olsun ki, elə başlamırlar. Test ətrafında uşaqları fırladırlar. Bu da bizim biliklərimizin məhvinə gətirib çıxarır, gələcək inkişafa zərbə vurur. İmtahanlar şifahi şəklidə olmalıdır, soruşmalıdır, lazım gələndə kömək edib qəbul etməlidir. Test üsulu ilə qiymət düzgün alınmır.

Mən 35 ildir burada işləyirəm. O vaxt biz rus sistemi ilə məşğul olurduq. O sistem özünü doğruldurdu. Onda tələbələr böyük məsuliyyətlə oxuyurdular, gələcəkləri haqqında düşünürdülər. İndiki uşaqlar çox fərqlidirlər. Bir müddət uşaqlar tamamilə pis vəziyyətdə idilər. Kim oxuyurdu, onun əlindən vurub salırdılar, qoymurdular, replika atırdılar. İndi mən dönüş görürəm. Məncə bu, respublikada ümumi inkişafla bağlıdır, bilikli adamlara qiymət verirlər. Uşaqlar da ayılırlar, baxıb görürlər ki, o adam yaxşı oxuyurdu, tapdı işləyir, yaxşı yaşayır. Amma oxumayanlar batıblar. Uşaqlarda oyanış gedir. O vaxt 2-3 faiz məşğul olurdusa, indi, heç olmasa, 20-30 faiz var. Bu da böyük müvəffəqiyyətdir. Əvvəlki illər instituta daxil olan az idi. İndi isə say çoxdur. Axır 10 ildə təhsildə dönüş hiss olunur.

-Universitetdə aparılan islahatlar barədə deyərdiniz?

- Universitetə yeni rektor gəldikdə birinci gündən hiss olunurdu ki, burda ab-hava dəyişməlidir. Buna böyük ehtiyac var. Yeni rektor cavandır, hər şeydən əvvəl mən hiss edirəm ki, onun geniş dünyagörüşü var. Bu çox vacibdir. Rəhbər işçinin geniş dünyagörüşü olmalıdır. İnsan dar bir dünyagörüşü ilə geridə ilişib qalır. Həmçinin kompüter texnologiyası ilə əlaqədardır, onu mənimsəyib. Bundan başqa, onun idarəçilik, təşkilatçılıq qabiliyyəti var. Bunların əsasında burada islahatlar aparmağa başladı. İslahatlar da yaxşı nəticə verir. Artıq fəaliyyətə başladığı dövrdən indiyədək burada dönüş var. Tələbələrə, müəllimlərə münasibətində bu hiss olunur. Nizam-intizamda tələbə müəllimlərin məsuliyyəti xeyli artıb. Hesab edirəm ki, bir-iki ildən sonra bizim ali təhsil ocağımız ölkədə Mustafa müəllimin rəhbərliyi altında bir nömrəli universitet olacaq. Burada heç bir şişirtmə yoxdur. Universitetimiz Avropa ölkələri içərisində yüksək reytinqi olan ali məktəbə çevriləcək.

 

Nigar Abdullayeva

 

Palitra.-2016.-15 aprel.-S.11.