"Milli geyim" günü
Bakı Uşaq
Teatrı hər ayın bir gününü "Milli
geyim" günü kimi qeyd etmək qərarına
gəlib.
Bu barədə “Report”a Bakı Uşaq Teatrından məlumat verilib.
“Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə əlamətdar
günlərdə milli
geyimlərimizdə paytaxtın
müxtəlif yerlərini,
tarixi və mədəni abilələri
ziyarət etməyi qərarlaşdırıb.
Məqsəd mədəni irsin bir parçası
olan milli geyimləri təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlər
də tarixi abidələr qədər
əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün
formalaşmasında, dünyagörüşünün
inkişafında böyük
rola malik ola bilər.
Layihə çərçivəsində
ilk tədbir aprelin
18-də olacaq. Həmin gün həm
də Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.
Bakı Uşaq Teatrının əsasən
gənclərdən ibarət
yaradıcı heyəti
həmin gün Dənizkənarı Bulvar
və İçərişəhər
ərazisində yürüş
edərək və şəhər əhalisi
ilə ünsiyyətdə
olaraq milli geyimlərimizi nümayiş
etdirmək niyyətindədir.
Palitra.-2016.-16 aprel.-S.15.