Sahibkarlar baramaçılığın
inkişafında maraqlıdır
Elvüsal Mahmudov: “Xaricdən
gətirilən barama toxumlarının
fermerlərə ödənişsiz verilməsi dövlətin sahibkarlara böyük jestidir”
Son illər ipəkçilik
sənayesinin digər sahələrə nisbətdə
zəif inkişaf etməsi ölkədə
baramaçılığın da zəifləməsinə
səbəb olub. Yeni iqtisadi şəraitin
yarandığı Azərbaycanda ölkə
başçısının həyata keçirdiyi ardıcıl iqtisadi islahatların
tərkib hissəsində bu sahəyə də
ayrıca diqqət ayrılmağa başlanıb.
Təsadüfi deyil ki, sovet dövründə
ölkədə bir ildə 6 min ton barama istehsal edildiyi halda, indi bu rəqəm
dəfələrlə azalıb. Bir zamanlar Şəkidə
1 ildə toxunan parçanın uzunluğu Yer kürəsinin
diametrinə bərabər idi, indi kəlağayıdanbaşqa,
demək olar ki, heç nə toxunmur. Bu gəlirli
sahənin yenidən dirçəldilməsi üçün artıq müvafiq işlərin
görülməsinə də başlanılıb.
İş adamlarının, kiçik biznesə
yatırım qoymaq istəyən, gəlirli
sahələrin axtarışında olan sahibkarların
kənd təsərrüfatının bu sahəsinə
maraqlarının olub-olmaması ilə maraqlandıq. Kənd
təsərrüfatının bütün sahələri
dövlət tərəfindən islahatlarla inkişafetdirilsə, bunun sahibkarlar üçün böyük dəstək
olacağını deyən “Kraun KO-1” Məhdud
Məsuliyyətli Cəmiyyətinin direktoru Elvüsal Mahmudovla söhbətimizdə münbit şəraitin
yaradılacağı təqdirdə istənilən sahibkar və ya kiçik bizneslə
məşğul olan şəxsin
baramaçılığa da əlavə vəsait
ayıra biləcəyini söylədi:
-Bildiyiniz kimi hazırda
mən və təmsil etdiyim MMC sırf
taxılçılıq, toxum işləri ilə
məşğuluq. Amma bu ona əsas vermir ki, biz sahibkarlar digər
sahələrə də maraq göstərməyək. Yeni iqtisadi şəraitin
yaranması fonunda artıq ölkəmizdə neft amili ikinci planakeçib.
Ölkədə yerli istehsalın səviyyəsinin
qalxması, inkişafı üçün dövlətimiz var- gücü ilə
çalışır və ölkə
başçısı da həyata keçirilən islahatlarla sübut edir ki,
Azərbaycan neftdən asılı ölkə olmayacaq. Yəni dünyada gedən siyasi proseslərin
nəticəsi olaraq neftindəyərdən
salınması ölkəmizin gəlirlərinə mənfi
təsir etsə də, bunu digər sahələrin inkişaf etdirilməsi
ilə kompensasiya edə bilərik. Nə
etməli? Əlbəttə ki, düzgün vurğuladığınız kimi baramaçılıq,
balıqçılıq, qara kürü istehsalı
və digər gəlirli sahələri önə
çəkməklə büdcəyə pul axınının
artmasına şərait yarada bilərik,
yerlərdə insanların yeni iş yerləri
ilə təmin edilməsi halları da çoxala bilər.
Kənd təsərrüfatının bütün sahələri vacibdir. Burada fərq qoymaq o qədər
də düzgün olmaz. Amma, hazırda
baramaçılığın inkişafetdirilməsi üçün hərəkətə
keçilibsə, iş adamları, kənd
təsərrüfatı mütəxəssisləri, sahibkarlar əl-ələ verib bu sahəni
dirçəldə bilərik.
-Sahibkarlıq fəaliyyətinin
sirləri ilə yanaşı kənd
təsərrüfatına da yaxşı
bələdsiniz. Hazırda baramaçılıqla
bağlı yaranmış bəzi problemlərin həlli üçün hansı
tədbirlər görülə bilər?
-Öncə onu deyim ki,
baramaçılıq elə bir sahədir ki, burada müəyyən
mənada geniş çeşidlərin istehsalı
nəzərdə tutulmasa da, iş yerləri,
sadə adamların hər il gəlirlərinin
artması ilə bağlı təminat var. Belə bir sadə misal deyim. Bir kəndli pomidor əkir
və onubazara çıxaranda bəlli olur ki, bu yaz və ya yay pomidor bol olmaqla yanaşı
Türkiyədən də xeyli sayda pomidor gətirilib.
O artıq məhsulu ucuz satmağa məcbur olacaq. Amma yaş barama elədir ki, o belə
problemlə rastlaşmır. Yetişdirirsən və konkret gəlirinin
nə qədər olacağını əvvəlcədən
bilirsən. Bundan başqa, əvvəllər bizdə
kənd yerlərində baramaların sakinlərdən
alınaraq tədarük edilməsi mexanizmi var idi. Bunu bərpa
etmək olar. Fərq qoymaq olmaz ki,
baramaçılıq üçün ideal yer,
bölgə olmalıdır. Bu barədə
ayrı-seçkilik yaradılmamalıdır. Bu axı
maldarlıq deyil ki, otlaqlara ehtiyac ola və s. Bütün rayonlarda bunu bərpa
etmək mümkündür. Hətta yadımdadır ki,
mənim böyüdüyüm yaşıllıqlar
sarıdan kasadlıq olan Ucar rayonunda kəndlərdə işsizliyin yüksək olduğu,
gəlirin az olduğu 90-cı illərin
əvvəllərində kənd sakinləri necə
həvəslə bu işlə məşğul olurdular,
hər kəs həyətində tut ağacları
əkmişdi ki, onun da yarpaqları
vasitəsilə barama qurdunu bəsləyib, yetişdirib hazır
baramanı sexlərə təqdim edirdilər. Buna misal olaraq konkret Rəstəcə
kəndini də göstərə bilərəm. Yəni
bizdə bu ənənə var. Hətta ucqar kəndlərdə
belə, bu işlə məşğul olublar. Çox təəssüf ki,
90-cı illərin əvvəllərindəki hakimiyyətin
yarıtmaz fəaliyyəti nəticəsində əksər ferma, zavod, sex və
digər mühüm sosial obyektlər kimi,
baramaçılığa aid zavodlar, iş yerləri
də dağıldı, baxımsızlıq və
diqqətsizliyin nəticəsində bu sahə az qala tamamən
unudulacaqdı. Artıq kəndli baramanı hara təhvil
verəcəyini bilmirdi. Bildiyim qədəri
ilə hazırda əsasən şimal rayonlarında
baramaçılıq nisbətən inkişafetdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin bu il sözügedən
sahəylə bağlı yaydığı məlumat da diqqətimi
çəkib. Məlumat da bildirib ki, 2016-cı
ildə ölkədə 70-75 ton barama istehsal olunacağı
gözlənilir. Bunun üçün Çin, İran və
Özbəkistandan ölkəyə barama toxumları
gətiriləcəyi də bəyan edilib. Onu da deyim ki,
məndə olan məlumatlara görə, bu toxumlar inkubasiya dövrünü keçdikdən sonra fermerlərə verilir. Nazirliyin bəyanatında bu toxumların
fermerlərə ödənişsiz veriləcəyi bildirilir. Bu,
ən gözəl addım kimiqiymətləndirilməlidir. Bu hal baramaçılığı daha da inkişaf etdirəcək
və bunu fermerlər üçün böyük jest kimi qiymətləndirirəm. Onu da vurğulayım ki,
Nazirlər Kabinetinin haqqında söhbət
açdığım sahə ilə bağlı
qərarına əsasən, bu ildən etibarən 1 kq yaş baramafermerlərdən 3-4 manata deyil,
8 manata alınacaq. Bütün bunlar cazib görünsə
də, tezliklə barama toxumlarının xaricdən
gətirilməsini də məhdudlaşdırmaq
lazımdır. Yəni Şəkidə, Zaqatalada hətta Ağdaşda barama toxumları
zavodlarının olduğu bəllidir. Zənnimcə,
belə zavodların sayını da artırmaq olar.
- Sizin MMC-nin hansı
təcrübəsi baramaçılığa yardım ola bilər?
-Mən bir qədər
haşiyə çıxaraq sizə MMC ilə bağlı
qısa bir xatırlatma etmək istərdim.
Haqlısınız, bəlkə də
taxılçılıqda tətbiq olunan bəzi
metodları, görülən işləri barama toxumlarının
fermerlərə xaricdən yox, elə buradaca hazırlanıb
verilməsində tətbiq eləməkolar. Bunun üçün sırf
məşğul olduğum taxılçılıq, toxumçuluqla bağlı
təcrübəmizdən söz açmaq istərdim. Bilirsiniz ki,
ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin
edilməsində ən mühüm şərtlərdən biri taxıl
istehsalının artırılmasıdır. Bu baxımdan
məhsuldar, yerli iqlimşəraitinə və
xəstəliklərə davamlı, yüksək reproduksiyalı
taxıl toxumlarının istehsalı böyük əhəmiyyət
kəsb edir. Bu istiqamətdə respublikamızda mühüm tədbirlər
də həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları
yaradılır, onlar müasir kənd
təsərrüfatı texnikaları ilə təmin olunurlar.
Belə müəssisələrdən biri də
2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları
ərazisində yaradılmış bizim “Kraun KO-1”
Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Biz artıq bu işin mükəmməlləşdirilməsi üçün,
xaricdən toxum idxalının azaldılması
istiqamətində ciddi işlər də görürük. Beyləqan rayonunun Birinci Şahsevən
kəndi ərazisində “Asadov Capital Azerbaijan”
MMC-yə məxsus taxıl terminalında icarə
əsasında fəaliyyət göstərən toxumçuluq müəssisəmizdə Almaniya istehsalı olan avadanlıqlar
quraşdırılıb. İstehsal gücü sutkada 120 ton olan müəssisədə,
həmçinin hər biri 2,5 min tonluq 4
taxıl bunkeri var. Burada toxumların
təmizlənməsi, dərmanlanması və
paketlənməsi həyata keçiriləcək. Bu il 5 min tondan çox toxum istehsal edilməsi
nəzərdə tutulur. İstehsal edilən super elit, elit və
R-1 reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını
ödəyəcək, həm də Beyləqan, Füzuli və
ətraf rayonlarda taxılçılıqla
məşğul olanfermerlərin toxumla təmin
edilməsində mühüm rol oynayacaq.
Füzuli rayonu ərazisində aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl
səpini həyata keçirilib. Səpin zamanı,
əsasən, yerli şəraitə
uyğunlaşdırılmış “Azəri”, “Qobustan”,
“Bərəkətli-95”, “Krasnodar-99”, “Nota” və digər sortlara üstünlük verilib.
Taxıl əkilmiş sahələrə daim nəzarət olunur,
buğdanın məhsuldarlığına və
keyfiyyətinə təsir edən xəstəliklərə,
zərərvericilərə və alaq otlarına
qarşı mübarizə tədbirləri aparılır. Onu da deyim ki,
2015-2016-cı il taxıl istehsalı
dövründə təsərrüfatda əksəriyyəti
məcburi köçkünlər olmaqla, 400
nəfərə yaxın insan işlə təmin olunub.
Xatırlayırsınızsa, ilin əvvəlində
dövlətimizin başçısı ölkənin
taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin
görülməsi, iri taxılçılıq
təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi, yeni intensiv texnologiyaların geniş tətbiq
edilməsi kimitapşırıqlar verdi. Bu da biz sahibkarların
qarşısında mühüm vəzifələr qoyur.
Fürsətdən istifadə edib aqrar sahəyə,
sahibkarlığa göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə
minnətdarlığımı bildirirəm. Yaradılan
şərait müqabilində taxıl və toxumistehsalında
yüksək nəticələrə nail olmağa,
ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi
verməyə çalışacağıq. Bizim təcrübəmizi,
yaratdığımız sistemi, statistikaları boş yerə
nümunə göstərmədim. Bilirsiniz bu nə
deməkdir? Bu, indi baramaçılıqla, baramatoxumlarının
xaricdən gətirilməsi ilə bağlı olan çətinliklərin
gələcəkdə aradan qaldırılmasında
əla nümunədir. Azərbaycan ipəyi hələ sovet dönəmində öz adından söz etdirə bilib və
lazım gəlsə, biz sahibkarlar məşğul olduğumuz sahələrdən
asılı olmayaraqbaramaçılığın
inkişafına da öz töhfəmizi
verməyə hazırıq”.
Tural TAĞIYEV
Palitra.-2016.-16 aprel.-S.7.