“İpəkçilik sahəsində kadr hazırlığı təmin
olunmalıdır“
Aqrar elmləri doktoru
Allahverdi Seyidov:
“İpəkçilikdə
müasir texnologiyaların tətbiqinin
stimullaşdırılması yolu ilə
rəqabətədavamlı ipəkçilik məhsulları
istehsalının və ixracının artırılması əsas
vəzifələrdəndir”
Müsahibimiz sabiq Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, hazırda ARKT-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu nəzdində "Arıçılıq" Mərkəzinin rəisi, aqrar elmləri doktoru Allahverdi Seyidov bu sahədə mövcud problemlər və inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirdi. Qeyd edək ki, hətta o “İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsini də hazırlayıb.
- Ölkədə
mövcud olmuş ipəkçilik
komplekslərinin hazırkı vəziyyəti ilə
bağlı nə deyərdiniz?
- Azərbaycanda mövcud olmuş ipəkçilik kompleksi Elmi Tədqiqat İpəkçilik İnstitutu, Gəncə və Qax damazlıq ipəkçilik stansiyası, 7 qrenzavodu, 30-dək rayon barama qurutmaxanaları, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki İpək Kombinatlarını əhatə edib. Onlardan biri Elmi-Tədqiqat İpəkçilik İnstitutu olub ki, 1925-ci ildə yaradılıb və 2 akademik, 4 elmlər doktoru, onlarla elmlər namizədləri hazırlanıb. İpəkçiliyin elmi əsaslarının işlənib hazırlanması ilə məşğul olan Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda ipəkçiliyin aktual və prioritet problemlərinə dair tədqiqatlar aparılıb və alınmış nəticələr istehsalata tətbiq edilib. İnstitutda damazlıq stansiyalarında “Elit” tut ipəkqurdu toxumunun əldə edilməsi üçün “Super elit” tut ipəkqurdu toxumu hazırlanıb. Hazırda Elmi-Tədqiqat İpəkçilik İnstitutunun maddi-texniki bazası köhnəlib və müasir tələblərə cavab vermir.
Damazlıq stansiyalarına gəldikdə isə Gəncə Damazlıq Stansiyası 1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdində fəaliyyət göstərib, mövsüm ərzində 40-50 kq yüksəkkeyfiyyətli elit tut ipəkqurdu toxumu (qrena) hazırlanıb. 1994-cü ildə fəaliyyətini dayandırıb. Elmi Tədqiqat İpəkçilik İnstitutunun Gəncə eksperimental bazasının ərazisində yerləşir. Digər Qax Damazlıq Stansiyası 1973-cü ildən başlayaraq hər il barama toxumu zavodlarına 80 kq yüksək keyfiyyətli elit tut ipəkqurdu toxumu (qrena) hazırlayıb. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırıb. Qax rayonu ərazisində yerləşir.
-
Baramaçılığın inkişafı ilə
bağlı barama toxumu
yetişdirilən zavodlar fəaliyyət
göstərirmi?
- Yüksəkkeyfiyyətli barama toxumu (qrena) üçün zavodlarda qrena toxumu istehsalı və baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təchiz etmək vəzifəsini respublikada 7 barama toxumu zavodu yerinə yetirib. Onlardan biri Ağdam barama toxumu zavodu 1928-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq olub. Ağdam şəhəri işğal olunanadək fəaliyyət göstərib. Ordubad barama toxumu zavodu 1934-cü ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq-dır. 1990-cı ildə fəaliyyətini qismən, 1998-ci ildə tam dayandırıb. Ağdaş barama toxumu zavodu 1960-cı ildə fəaliyyətə başlayıb, istehsal gücü 250 kq-dır. Hazırda işləmir.
Bərdə barama toxumu zavodu 1960-cı ildə fəaliyyətə başlayıb, istehsal gücü 250 kq-dır. 2000-ci ildən fəaliyyətini dayandırıb. Şəki barama toxumu zavodu 1972-ci ildən fəaliyyət göstərir, istehsal gücü 1000 kq-dır. “Şəki İpək” ASC-nin maliyyə dəstəyi ilə toxum istehsalı 2007-ci ilədək qismən davam etdirilib. Balakən barama toxumu zavodu 1985-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 725 kq-dır. 1998-ci ildən öz fəaliyyətini dayandırıb.
İpəkçilik idarələri. 31 rayon üzrə fəaliyyət göstərmiş ipəkçilik idarələrinin funksiyası barama toxumu (qrena) zavodlarından qəbul etdikləri qrenanı (toxumlarını) dirildərək kümçülərə paylamaq, yerlərdə kümçülərə barama becərmə zamanı nəzarət etmək, məsləhətlər vermək, baramanın qəbulunu, ilkin emalını həyata keçirməkdən ibarət olub. Hazırda heç bir ipəkçilik idarəsi fəaliyyət göstərmir.
-İpəkçiliyin
yem bazasının təşkili hansı
səviyyədədir?
- Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Tinglik təsərrüfatları ipəkçiliyin yem bazasının formalaşmasında xüsusi rola malikdir. Tut bağlarının salınmasında vaxtilə Goranboy rayonu ərazisində yerləşən Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun nəzdində Faxralı Təcrübə Təsərrüfatında, Bərdə İpəkçilik sovxozunda, Şəki və Tərtər Dövlət tingliyi təsərrüfatlarında yetişdirilmiş tinglərdən istifadə olunub. Bağların salınmasında Faxralı Təcrübə Təsərrüfatının rolu daha böyük olub və bu gün də işini davam etdirir. Daxili imkanlar hesabına yetişdirdiyi əlavə tinglərdən pulsuz 280 min ədəd Şəki rayonuna, 10 min Qazax, Akstafa rayonuna, 5 min ədəd isə Abşerona paylayıb.
-Bu
gün vaxtilə mövcud
olmuş emal müəssisələrinin
vəziyyəti necədir, istehsal
gücünə malikdirlərmi?
- Emal müəssisələrinə
gəldikdə onlardan biri
olan Ordubad Baramaaçma fabriki
1883-cü ildə fəaliyyətə başlayıb,
1990-cı ildə isə fəaliyyətini dayandırıb.
1970-ci ildə 6,1 mln. metr
cod parça istehsal edib. 1981-ci ildə
isə 104 ton xam ipək
istehsal edib. Qarabağ İpək Kombinatı 1926-1928-ci illərdə
Xankəndində işə salınıb. Kombinat
baramaaçma, eşmə və toxuma sahələrini özündə birləşdirib.
Xam ipək,
eşmə ipək, cod ipək parça istehsalı ilə məşğul
olub. 1974-cü ildə 112 ton
barama açıb. 1977-ci ildə müəssisənin
nəzdində 900-dən çox dəzgah
işləyib. 141,4 ton xam ipək, 125 ton eşmə ipək, 15479
min m2 parça istehsal
edib. İşğal edilənədək tam gücü
ilə işləyib.
3 növbəli iş
rejimində fəaliyyət
göstərib, 3 mindən
çox işçisi
olub.
“Şəki İpək”
ASC 1929-cu ildə əsası
qoyulub və bu müəssisədə
vaxtilə 7 min nəfərdən
çox işçi
çalışıb və
ildə 250 ton xam ipək istehsal olunub.
1996-cı
ildə “Şəki İpək” ASC fəaliyyətini
dayandırmağa məcbur
olub, lakin ümummilli liderimiz Heydər Əliyevin 11 iyun 2001-ci il tarixli “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətini dayandırmaması,
sağlamlaşdırılması məqsədilə maliyyə
yardımının ayrılması
haqqında” 734 nömrəli
sərəncamı ilə
istehsal fəaliyyətinin
bərpa olunmasına
300 min yeni manat vəsait ayrılaraq müəssisənin yenidən
işə salınması
təmin edilib.
2008-ci ildə Səhmdar Cəmiyyət tərəfindən
təqdim olunmuş “İpək və pambıq məhsulları istehsalı” layihəsinin maliyyələşdirilməsi məqsədi
ilə “Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən
2980 min manat vəsait ayrılıb.
Ümumiyyətlə, 2005-2010-cu illərdə “Şəki
İpək” ASC-yə
24.5 mln manat həcmində orta və uzunmüddətli kredit vəsaiti ayrılıb. Həmin vəsaitin 1100 min manatı yem bazasının bərpası
və inkişafına,
8.06 mln manatı isə müəssisənin
əsaslı təmiri
və texniki cəhətdən yenilənməsinə
sərf edilib. Ayrılmış vəsaitin xeyli
hissəsi binaların,
tikililərin, avadanlıqların
əsaslı təmirinə
və avadanlıqların
işə salınması
üçün sazlama
işlərinin aparılmasına,
əsas fondların bərpasına sərf olunub.
“Şəki İpək”
ASC tərəfindən müəssisənin
texniki yenilənməsi,
xammal bazasının yaradılması, təmir,
bərpa işlərinin
maliyyələşdirilməsi məqsədi ilə banklardan cəlb edilmiş kreditlərə
görə müəssisənin
23 mln manat borcu var. Yaranan maliyyə çatışmazlığı
səbəbindən müəssisə
2010-cu ildə xammal alınması məqsədi
ilə xarici tərəfdaşları ilə
müqavilələr bağlaya
bilməyib.
“Şəki-İpək”ASC 6 əsas
istehsal sahəsindən
- baramaaçan, toxucu,
boya-bəzək, pambıq
əyirici istehsalatlarından,
burucu, xalça sexlərindən, 5 qeyri-istehsal
sahəsindən - idarə
binası, mexanika və energetika, təmir-tikinti, avtonəqliyyat
və xammal sahələrindən ibarətdir.
Səhmdar Cəmiyyətin quru
baramaya olan tələbatı ildə
450-550 ton təşkil edir.
Baramaaçan istehsalatı
tam gücü ilə
ikinövbəli iş
rejimində işləmiş
olarsa, işçi qüvvəsinə olan tələbat 1500 nəfərdir.
Bununla yanaşı, müəssisə 1.8 mln
m2 toxuculuq məmulatları,
150 ton burulmuş sap, sıxlığı
70 ilmə olan xalçalar istehsal etmək, 124-130 ton pambıq
əyirmək, 1.5 mln
m2 boyaq-bəzək işləri
görmək gücünə
malikdir.
-İpəkçiliyin
inkişaf etdirilməsi
üçün hansı
tədbirlərin həyata
keçirilməsini vacib
hesab edirsiniz?
- İpəkçiliyin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlərdə
tədbirlərin həyata
keçirilməsi məqsədəuyğundur. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı
naziri Heydər Əsədov bu sahənin inkişaf etdirilməsinə dair aidiyyəti qurumlara artıq tapşırıq
və göstərişlər
verib. Ümidvarıq ki, nazirin dəstəyi hesabına qanunvericilik bazasının
formalaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, ipəkçiliyin maddi-texniki
və kadr təminatının yaxşılaşdırılması
problemləri öz həllini qısa zaman ərzində tapacaq. Bu istiqamətlər
üzrə tədbirlərin
həyata keçirilməsi
üçün qarşıda
duran vəzifələrə
gəldikdə isə
ipəkçiliyin inkişaf
etdirilməsi üçün
qanunvericilik bazasının
formalaşması, ipəkçiliyin
müəyyən olunmuş
mərhələlərlə inkişaf etdirilməsi, ipəkçiliyin inkişaf
etdirilməsi üçün
əlverişli investisiya
mühitinin yaradılması,
texniki tərəfdaşın
cəlb edilməsi yolu ilə ipəkçiliyin
inkişafında xarici
təcrübədən yararlanmaq,
beynəlxalq maliyyə
institutları ilə əməkdaşlıq və
sahəyə dövlətin
maliyyə dəstəyi
mexanizminin müəyyən
edilməsi önəmlidir.
Həmçinin ipəkçilik
sahəsində kiçik
və orta sahibkarlığın inkişafının
dəstəklənməsi, ipəkçiliyin inkişaf
etdirilməsi üçün
optimal təşkilati quruluşun
müəyyən edilməsi
və tətbiqinin stimullaşdırılması, sahibkarlar
tərəfindən emal
müəssisələrinin xammal istehsal olunan ərazilərə yaxın yerləşdirilməsinin
stimullaşdırılması, ipəkçilik məhsullarının
ixracının təşkili,
mövcud tut bağlarının
yaxşılaşdırılması, yeni bağların salınması və ting istehsalının artırılması
yolu ilə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi,
yeni və daha məhsuldar ipəkqurdu sort və hibridlərinin yetişdirilməsi
lazımdır.
Mütərəqqi bəsləmə texnologiyaları
əsasında keyfiyyətli
sənaye baraması istehsalına nail olunması,
ipəkçilikdə müasir
texnologiyaların tətbiqinin
stimullaşdırılması yolu ilə rəqabətədavamlı
ipəkçilik məhsulları
istehsalının və
ixracının artırılması,
ipəkçilik sahəsində
kadr hazırlığının
təmin olunması, ipəkçiliyin inkişafı
istiqamətlərini müəyyən
etməklə ipəkçilik
sahəsində elmi tədqiqatların aparılmasının
dəstəklənməsi əsas
vəzifələrdəndir.
Nigar Abdullayeva
Palitra.-2016.-16 aprel.-S.5.