“Tədqiqatlarından ən çox istifadə edilən müəlliflər
arasında yer alıram”
Elçin Süleymanov:
“2015-ci ildən “academia.edu” portalı tərəfindən
ekspert hüququ verilən
azsaylı müəlliflərdən biri olaraq Azərbaycanı və Qafqaz
Universitetini təmsil etmək qürurvericidir”
Layihə çərçivəsində müsahibimiz dr. Elçin Süleymanov 1973-cü ildə indiki Ermənistanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsində maliyyə ixtisası üzrə bakalavriat təhsilini başa vurub. 1996-2000 -ci illərdə Bakı İqtisadiyyat Liseyində ixtisas fənləri müəllimi və müdir müavini işləyib. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Müxtəlif illərdə Qafqaz
Universitetində Mədəniyyət şöbəsinin müdiri, İctimai
İşlər İdarəsində müdir
müavini, Tələbə Dərnəkləri
koordinatoru olaraq fəaliyyət
göstərib. Hazırda Qafqaz Universiteti İqtisadiyyat və
idarəetmə fakültəsi, Maliyyə kafedrasının müdiri, eyni zamanda 2005 -ci ildən
"Journal of Qafqaz University"nin nəşr redaktorudur.
Türkiyə Respublikası Fatih Universitetinin kafedra müdiri prof.dr. Osman Nuri Arasla birlikdə
"Azərbaycan İqtisadiyyatı" “Şərq-Qərb”
nəşriyyatı-2010, 2-ci.nəşr 2016, Qafqaz
Universitetinin prorektoru prof.dr.Cihan Bulutla ortaq "Dövlət Maliyyəsi" Qafqaz Universiteti Nəşrləri
2011, 2013, 2015 və hər iki müəlliflə
birgə türk dilində
"Bağımsızlık Sonrası Azerbaycan
Ekonomisinin 15 yılı" 2007 və Osman Nuri Aras və Kərim Məmmədovla birlikdə ingilis dilində `Economy of Azerbaijan;25 years of independence-2016` kitablarının həmmüəllifidir.
Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali
məktəblər üçün nəşr
hüququ(qrıfli nəşr) verilən bir dərs vəsaitinin və dörd
fənn proqramının həmmüəllifidir. 2014-2015-ci tədris
ilində bir semestr
dünyanın ən reytinqli universitetlərindən
biri olan Niderland Krallığının Groningen Universitetində təlim və tədqiqat
məqsədi ilə elmi ezamiyyətdə
olub. Azərbaycan və xarici
ölkələrdə bir çox
təlim və seminarlarda iştirak
edib. 2015-ci
ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (Food and Agriculture
Organization of the United Nations, FAO) ekspertidir.
-Hansı xarici ölkələrdə beynəlxalq
konfranslarda, beynəlxalq
təşkilatların tədbirlərində
ölkəmizi təmsil
etmisiniz?
- Mənim müxtəlif beynəlxalq elmi jurnallarda və xarici ölkələrdə
keçirilən beynəlxalq
konfransların nəşrlərində
altmışdan çox
elmi məqalə və tezislərim çap edilib. İyirmidən çox müxtəlif
xarici ölkələrdə
keçirilən otuzdan
çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi
olaraq dəvət edilmiş və eyni zamanda, beynəlxalq
elmi jurnalların ekspert heyətinə daxil edilmişəm.
ABŞ, İtaliya, Almaniya, Rusiya, İsveç, Türkiyə,
Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan,
Makedonya və başqa ölkələrdə
nəşr olunub.
Həmmüəllifi olduğum
14 məqalə iqtisadiyyat
üzrə dünyanın
məşhur bazalarından
olan “Sciencedirect”, “EconPaper”, “RePEc” və “University Library of Munich”, “Germany MPRA
Paper” bazalarına daxil
edilib. Bu bazaların
və Rusiyanin
“socionet.ru” bazasının reytinqinə
görə də tədqiqatlarından ən
çox istifadə edilən müəlliflər
arasında yer alıram. Həmçinin
yüzə yaxın elmi nəşrlərimin yer aldığı dünyanın məşhur
elmi tədqiqat paylaşım portallarından
olan “Academia.edu” və
“Researchgate.net” şəbəkəsində
tədqiqatlarından ən
çox istifadə edilən müəlliflərdən
biri olaraq 2015-ci ildən “academia.edu” portalı
tərəfindən ekspert
hüququ verilən azsaylı müəllifdən
biri olaraq Qafqaz Universitetini və Azərbaycanı təmsil etmək qürurvericidir.
-Necə oldu ki, FAO eksperti seçildiniz? Müxtəlif ölkələrdən buraya nümayəndələrin
seçilməsinə təsir
edən amillər nələrdir?
- Keçən ilin may ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı FAO “Avropa
və Mərkəzi Asiyada kənd təsərrüfatı-qida ticarəti
və regional inteqrasiya
üçün təşəbbüs"
tədqiqatında MDB ölkələrindən
hər biri üzrə bir nəfər ekspert təmsil etdiyi ölkə üzrə hesabat hazırlamağa qərar verib və MDB ölkələrindən
hər ölkə üzrə bir ekspert müvafiq ölkə üzrə hesabat hazırlamağa dəvət edib. Ekspertlər ötən il 6-7 oktyabr
tarixlərində Minsk şəhərində
təqdimatı olan layihədə öz ölkəsini təmsil edib. Toplantıda postsovet ölkələrindən
hər biri üzrə bir nəfər ekspertin təmsil etdiyi ölkə üzrə hazırladığı hesabat
müzakirə edilib və ölkələr üzrə hesabatın daha da dolğun
və əhatəli olması üçün
təklif və tövsiyələr verilib.
Bu tədbirdə Azərbaycanı təmsil
etmək mənim üçün qürurverici
oldu. Təşkilat məni Azərbaycan
iqtisadiyyatı haqqında
çoxsaylı nəşrlər
və tədqiqatlarıma
görə bu layihədə iştirak üçün ölkə
üzrə ekspert olmağa dəvət etmişdi. Bu layihənin Azərbaycan hissəsini hazırlayaraq Minskdə təqdimatını
etdim. Qeyd edim ki, təqdimatım iştirakçılar
tərəfindən diqqət
və maraqla qarşılandı. Bu tədqiqat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı - FAO tərəfindən
bu ilin mart ayında nəşr olunaraq əlaqədar orqanlara göndərildi və qurumun rəsmi nəşrlər
siyahısına daxil edildi. Region ölkələrinin
kənd təsərrüfatı
məhsullarının ticarət
siyasətinə müsbət
qatqısı olacağı
düşünülən layihənin ilkin halı mütəxəssislər
tərəfindən müsbət
qiymətləndirilib. Ölkəmizi bu layihədə
təmsil etmək qürurverici idi. Əvvəllər Azərbaycanda Dünya
Bankının maliyyə
dəstəyilə bir
neçə layihədə
ekspert və təlimçi olmuşdum.
Amma bu, ölkə xaricində ilk mötəbər
layihə idi.
-FAO-da ölkəmiz haqda hazırladığınız hesabatda
hansi sahələrə
toxunmusunuz və prioritet sahə olaraq hansı sahələri önə çəkmisiniz?
- Hesabat FAO-nun müəyyən
etdiyi konkret mövzular və standartlar uzrə hazırlanmışdı. Hər ölkəyə
10 səhifəlik yer ayrılmışdı. Hesabatda əvvəlcə
Azərbaycanın iqtisadi
göstəriciləri və
ixracının strukturu
qeyd edilib. Daha sonra isə aqrar sektora dövlət
dəstəyi və ölkənin aqrar siyasəti şərh edilib.
-Qonşu ölkələrin hesabatları
ilə də, yəqin ki, tanış oldunuz. Bizim iqtisadi inkişafimizla
arada olan fərq haqda elmi baxımdan nə deyə bilərsiniz?
- Azərbaycan hər nə qədər neft ölkəsi kimi tanınsa da, aqrar sahənin
də böyük potensialı mövcuddur. Azərbaycan bütün sahələrdə
Qafqazın lider ölkəsidir. Amma kənd
təsərrüfatı sahəsində
Ukrayna, Qazaxıstan,
Belarus və Özbəkistanın
təcrübələrindən istifadə etsə, daha yaxşı olardı.
Minsk toplantısından sonra Azərbaycan Respubikası Kənd Təsərrüfatı
Nazirliyi, İsmayıllı
Rayon İcra Hakimiyyəti
və Qafqaz Universitetinin 17 oktyabr
2015-ci il tarixdə birgə keçirdiyi kənd təsərrüfatı
iqtisadiyyatına həsr
olunan IV Qafqaz İqtisadi Forumunda “Azərbaycanda aqrar sektorun maliyyələşmə
məsələləri: problemlər
və təkliflər”
adlı məruzə ilə çıxış
edərək, ölkəmizdə
neft-qaz sektoru məhsullarının hasilatının
artımı və bu sahədən daxil olan valyuta
gəlirləri ilə
əlaqədar dövlətin
maliyyə imkanlarının
genişlənməsi, bunun
kənd təsərrüfatı
istehsalçılarının xərclərinə kömək
siyasətinin həyata
keçirilməsinə şərait
yaratdığını vurğulamışdım.
Bu imkanlardan səmərəli
istifadə edilməsi
kənd təsərrüfatında
istehsalın ümumi iqtisadi şəraitini yaxşılaşdırması, ixrac məhsullarının
xarici bazarlarda rəqabət qabiliyyətinin
yüksəldilməsinə də səbəb olub. Azərbaycanda kənd təsərrüfatı
məhsullarına olan
daxili tələbatın
böyük hissəsini
yerli istehsalın qarşılaması bu istiqamətdə əhəmiyyətli
uğurdur. Lakin neft
gəlirlərinin azalması
fonunda qeyri-neft sektorunun, xüsusilə də məşğulluğumuzun
qırx faizinə yaxınını təşkil
edən kənd təsərrüfatı sektorunun
daha da intensiv
inkişafı zəruriliyini
vurğulamışdım və
bir çox konkret təkliflər vermişdim.
İlkin AĞAYEV
Palitra.-2016.-20 aprel.-S.11.