“Elə mühəndislər hazırlamalıyıq ki, müasir dövrün tələblərinə cavab versin

 

Professor Çingiz Xəlifəzadə: “Hətta biliyin, məfkurən, təfəkkürün də zəngin olsa, əməksiz yüksək nəticələr əldə edə bilməzsən. Hər bir müəllim və tələbə kompüterlə işləməyi bacarmalıdır”

 

Ölkənin ali təhsil ocaqları sırasında öz tarixi və fəaliyyəti ilə seçilən universitetlərimizdən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Ali məktəb ötən müddət ərzində qabaqcıl alimləri, tədris prosesi ilə tanınıb. Bu gün bu ali təhsil ocağında nəinki azərbaycanlı tələbələr, həmçinin bir çox xarici ölkələrin vətəndaşları təhsil alırlar. Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilib. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olub. 1910-cu ildə mexanika şöbəsinə neft-texnikielektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb Politexnikum adlandırılıb. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat-memarlıq şöbələri fəaliyyət göstərib və tələbələrin sayı 188 nəfər olub. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olub. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda Politexnik İnstitutunun yaradılması haqqında" dekreti elan edilib. Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunub. 1920-1921-ci tədris ilində institutda 1135 tələbə oxuyub. Prezidentin 3 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft Sənaye Universiteti adlandırılıb. Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur.

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Neft Sənaye Universitetində çalışan Əməkdar geoloq, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadədir:

- Azərbaycan Dövlət Neft Sənaye Universiteti uzun müddətdir ki, fəaliyyət göstərir. Hazırda respublikada fəaliyyət göstərən bəzi ali təhsil ocaqları ADNSU-nun ayrı-ayrı fakültələri əsasında yaradılıb. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi "İnstitut öz varlığı ərzində bütün ölkədə ali təhsilin, xüsusən ali neft təhsilinin inkişafına sanballı kömək göstərmişdir", "institutun respublikamız qarşısında xidmətləri böyükdür", "institutu bitirən kadrlar Azərbaycanın mühəndis-texniki elmi işçilərinin özəyi olmuşdur" sözləri ADNSU-nun fəaliyyətinə verilən ən layiqli qiymətdir. Ötən dövr ərzində akademiya 70000-dən çox mühəndis, 2000-dən çox elmlər namizədi 250-dən çox elmlər doktoru hazırlayıb. ADNSU-da yüksəkixtisaslı mühəndis elmi kadrların hazırlanmasında iki elmi-tədqiqat institutu, 32 elmi-tədqiqat problem laboratoriyası, Sənaye Müəssisələri İşçilərinin ixtisasartırma Yenidən Hazırlanma İnstitutu fəaliyyət göstərib. 60-dan çox ölkə üçün 300 nəfər mühəndis, bakalavr magistr dərəcəli texniki kadr 270 nəfər elmlər namizədi doktoru hazırlanıb. Xəzərin akvatoriyasında quruda yeni yataqların işlənməsi, neft konsorsiumlarının fəaliyyəti, xarici ölkə şirkətləri ilə əməkdaşlıq onun gələcək perspektivləri ADNSU qarşısında müasir texnika texnologiyanı mənimsəyən tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanmasını tələb edir.

- Universitetdə həyata keçirilən islahatlar müasir dövrün tələblərinə cavab verən mütəxəssislər yetişdirməyə imkan verəcəkmi?

- Universitetimizin yeni rəhbərliyinin bacarığı sayəsində bizim ali təhsil ocağının Avropa ölkələri içərisində yüksək reytinqi olan məktəbə çevriləcəyinə əminik. Hələ 1937-ci ildə belə bir fikir vardı ki, kadr hər şeyi həll edir. Burada dərin məna var. Yaxşı kadr vacib məsələdir. Pis kadrın fəaliyyəti mənfi nəticələrə gətirib çıxarır, savadsız tələbələr yetişdirir, bu, dövlət üçün təhlükə olur. Ancaq belə insanın çalışması isə dövlətə böyük dəstəkdir. Tələbələrin arasında azərbaycançılıq məfkurəsini inkişaf etdirir. Tərbiyə işinə ciddi fikir vermək lazımdır. Gənclər dövlətin siyasətini yaxşı başa düşməlidir. Bəzən neqativ adamlar onların fikirlərini döndərməyə çalışırlar. Yaxşı muzeylərimiz var. Məsələn, Abşeronda, Qalada Azərbaycanın inkişaf tarixinə aid açıq havada muzey təşkil olunub. Hər bir uşağı, gənci oraya aparmaq lazımdır ki, öz vətəninin tarixini öyrənsin. Bundan başqa tarixi yerlərin, hamısına aparmaq lazımdır. Həmçinin yaxşı tamaşalara getmələri vacibdir, onun müzakirəsini təşkil etmək lazımdır. Birtərəfli inkişaf düzgün deyil. İndi elə bir dövrdür ki, birtərəfli deyil, geniş inkişafla dərindən cəmiyyəti başa düşmək düzgün yol seçmək olar. Birtərəfli inkişaf elə birtərəfli nəticə verir. Ümumiyyətlə, ali məktəb, təhsil, tərbiyə çox mürəkkəb məsələdir hər zaman dövlətin diqqət mərkəzində olmalıdır. Prezidentimiz bu sahəyə çox düzgün diqqət yetirir. Universitetin inkişafına yalnız rektor deyil, kollektivin köməyi olmalıdır.

İslahatlara gəldikdə rektor birinci dedi ki, elektron sistemə keçirik. Boloniya sistemi elektron olmalıdır. Ona görə hər bir müəllim, hər bir tələbə kompüterlə işləməyi bacarmalıdır.

Hər bir mühəndis iqtisadiyyatı bilməlidir. İqtisadiyyatı, siyasəti bilməsə, idman, incəsənətlə məşğul olmasa, birtərəfli adamdır. Biz bunu elə təşkil etməliyik ki, universitetimiz başqalarından seçilsin, elə mühəndislər hazırlamalıyıq ki, o, doğurdan da, müasir dövrün tələblərinə cavab versin. Onu da qeyd edim ki, rektorumuz seçdiyi kadrlarla, o cümlədən təhsil üzrə prorektor Qasım Məmmədovla eyni fikirdədir. Onların fikirləri bir-birini tamamlayır ki, bu da işin xeyrinədir, inkişafa böyük təsir edir. Hazırda universitetdə İT mərkəzi yaradılır. Bu, çox böyük işdir. Mənim fikrimcə, bu, universitetin, dövlətin xeyrinədir. Dövlətin xeyrinə olan hər bir şeyi biz dəstəkləməliyik. Çünki bu bizim dövlətimizdir, biz qədər dəstəkləsək, o bizim gələcəyimizdir.

- Gənclərin milli-mənəvi dəyərlərə münasibətini necə qiymətləndirirsiniz onlara tövsiyələrinizi bilmək istərdik...

- Hər şeyə vətəndaş, dövlət mövqeyindən yanaşmaq lazımdır. Ölkəmizdə milli dəyərlərin, azərbaycançılığın inkişafında dövlət başçımız H.Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, eləcə IDEA-nın rəhbəri Leyla Əliyeva çox işlər görürlər. Burada bir neçə dəfə dünyanın qlobal inkişafı ilə əlaqədar multikulturalizm prinsiplərinin Azərbaycanda qoyuluşu dünyada inkişafı ilə bağlı ümumi konfranslar, simpoziumlar keçirilib. 40-50 ölkənin nümayəndələri burada iştirak edib. Təsadüfi deyil ki, ölkəmizdə cari ilMultikulturalizm ilielan olunub. Ölkəmiz kiçik olmasına baxmayaraq, bütün millətlərin, dinlərin bərabərliyi, insanların bir-birinə ehtiramla yanaşması ilə Azərbaycan qlobal dünyaya bir pəncərə açıb. Xaricdən gəlib görürlər ki, həyat burada tamamilə başqadır. Azərbaycanın o qədər iqtisadi qüdrəti var ki, Cənubi Qafqazda istehsal olunan məhsulun 75-80 faizi ölkəmizin payına düşür. Hər bir beynəlxalq müqavilələri düzgün icra edirik.

Gənclərə tövsiyə edirəm ki, Azərbaycan dövləti sizindir, estafeti onlara veririk inadla irəli getməlidir. Bunun üçün bilik, fiziki inkişaf, zəngin dünyagörüşü olmalıdır, müasir texnologiyanı bilmək lazımdır. Mən hər zaman tələbəyə deyirəm ki, əmək sərf etmək lazımdır. Hətta biliyin, məfkurən, təfəkkürün zəngin olsa, əməksiz yüksək nəticələr əldə edə bilməzsən. Eyni zamanda biz gərək güclü tələbələrə daha çox yer verək, onları fərəhləndirək. Həm elmi konfranslarda, həm seminarlarda, həm onlarla xüsusi məşğul olmaq lazımdır. Onların inkişafına təkan vermək lazımdır, çünki onlar Azərbaycanın gələcək qurucuları olacaq.

 

Nigar Abdullayeva

Palitra.-2016.-21 aprel.-S.11.