“Molla Nəsrəddin” jurnalının 110 illiyi

 

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm...” mövzusunda elmi konfrans keçirilib. Konfrans Ədəbiyyat İnstitutunun, AMEA-nın Alimlər Evinin Cəlil Məmmədquluzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının zəngin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

 

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən şərəfli tarixindən söz açıb. Bildirilib ki, Azərbaycan mətbuatının, ədəbiyyatının, ictimai fikrinin formalaşmasında tarixində çox böyük əhəmiyyət daşıyan “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi redaktorluğu ilə Azərbaycanın ilk satirik jurnalının ümumilikdə 25 ildə 748 nömrəsi işıq üzü görüb. Dahi yazıçı bu jurnalın nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın karikatura sənətinin əsasını qoyub. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Burada əsasən dövrün sosial-siyasi problemləri sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib. Jurnal, eyni zamanda, azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı idi.

 

Qeyd edilib ki, C.Məmmədquluzadənin rəhbərliyi ilə mollanəsrəddinçi şairlər Yaxın Orta Şərqdə “Molla Nəsrəddin ədəbi məktəbi”ni yaradıb, milli istiqlal ideyaları realist-satirik ədəbiyyatın inkişafı uğrunda mübarizənin möhkəm ideya-siyasi cəbhəsini formalaşdırıblar.

 

“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplaya bilib. Dövrünün tanınmış sənətkarlarından Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

 

Bu jurnal Azərbaycanda realist, demokratik, satirik realist ədəbiyyatın yaranmasına çox böyük təkan verib.

 

Konfransda “Molla Nəsrəddin” jurnalının Təbriz dövrü”, “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalı” digər mövzularda məruzələr dinlənilib.

 

 

Palitra.-2016.-21 aprel.-S.7.