Qarabağın milli
geyimləri təqdim edilib
Özbəkistan
Rəssamlıq Akademiyasının təşəbbüsü
ilə Daşkənddə keçirilən Təsviri İncəsənət
Festivalı çərçivəsində dəb
nümayişi olub. Nümayişdə ölkənin gənc
modelyerlərinin kolleksiyaları təqdim edilib.
Sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyi
və bu qurumun nəzdindəki
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin
əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, Kəmaləddin
Behzad adına Rəssamlıq və Dizayn İnstitutunun müəllim
və tələbələri, tanınmış mədəniyyət
və incəsənət xadimləri, bu
sahədə çalışan müəllim və tələbələr,
mətbuat nümayəndələri iştirak
edib. Tədbirdə Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə məşhur "Sarı gəlin"
xalq mahnısının sədaları
altında modelyer qızlar Qarabağ
milli geyimlərini nümayiş
etdirib. Buraya XVII-XIX əsrlərə
aid Qarabağın bir
sıra mərasim, toy libasları, şənlik
geyimləri, bölgənin zadəgan xanımlarının
geyimləri daxildir. Xüsusi
daş-qaşlarla bəzədilən və
ipəkdən hazırlanan geyimlər böyük
maraqla qarşılanıb və
Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb. Festival çərçivəsində
iştirakçılara Azərbaycanın ayrılmaz hissəsi
olan Qarabağda
xalqımızın yaratdığı zəngin mədəni
irs haqqında məlumatlar toplusu
təqdim olunub. Xatırladaq ki, Qarabağ geyimləri
Bakı Geyim Evi tərəfindən
hazırlanıb və Mərkəzin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilir.
Palitra.-2016.-22 aprel.-S.16.