Müasir laboratoriyalara ehtiyacımız var

 

Kimya elmləri doktoru Sevinc Məmmədxanova:

“Əgər bizim laboratoriyalar yeni aparatlarla təchiz edilsə, hətta magistrlərimızin də doktorluq dərəcələri ilə bağlı işlərinin aparılması üçün şərait yaradılacaq”

 

Hazırda ölkədə bir çox ali təhsil ocaqları fəaliyyət göstərir. Həmin ali təhsil ocaqları sırasında öz tarixi və fəaliyyəti ilə seçilən universitetlərimizdən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Ali məktəb ötən müddət qabaqcıl alimləri, tədris prosesi ilə tanınıb. Prezidentin 3 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Strateji əhəmiyyətli sahə olan yanacaq-enerjikimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur.

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinin müəllimi, kimya elmləri doktoru, dosent Sevinc Məmmədxanovadır:

- Mən 5 ildir ki, Kimya texnologiyası fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədriyəm. Hər il bizdə keçirilən konfranslarda yaxından iştirak edirəm. Bundan başqa, kafedranın elmi katibiyəm. Elmi işlərə gəldikdə mənim ümumilikdə 49 elmi əsərim çap olunubonlardan 6-sı kitab, metodik vəsait, dərslik və dərs vəsaitidir. Digərləri isə nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş məqalələrdir. Mən namizədlik dissertasiyamı ADNSU-da, doktorluq dissertasiyamı Neft Kimya Prosesləri İnstitutunda müdafiə etmişəm. Elmi rəhbərim həmin institutun direktoru, professor akademik Vaqif Abbasovdur. Hazırda bizim kafedranın orada müştərək istiqamətdə yönəldilmiş bir kafedrası var. Ona görə də mən magistrlərimi, bəzi bakalavrlamı oraya göndərirəm. Mən belə düşünürəm ki, bizim ali məktəbdə də laboratoriyalar o səviyyəyə gəlib çatacaq ki, tələbələri oraya aparmaq məcburiyyətində qalmayım. Bu istiqamətdə bizim rektorumuz çox ciddi işlər görür. İndi də laboratoriyamız var. Ancaq daha geniş, bahalı avadanlıqlar almaq lazımdır. Kimyəvi maddələr almaqdan önəmli, onları analiz etməkdir. Əgər bir kimyəvi reaksiya nəticəsində aldığınız maddəni analiz edə bilmirsinizsə, o zaman sizin işinizin heç bir əhəmiyyəti yoxdur, heç bir tətbiq sahəsi tapa bilməzsiniz. Ona görə də analiz etmə metodları xaricdə, xüsusilə Almaniya, İngiltərə, Amerikada istehsal edilmiş avadanlıqlarda, cihazlarda həyata keçirilir ki, bunlar da hazırda Neft Kimya Prosesləri İnstitutunda daha geniş şəkildə tətbiq edilməkdədir.

- Sizcə, bir mütəxəssis kimi universitetin laboratoriyasına hansı avadanlıqların gətirilməsinə ehtiyac var?

- Qeyd etdiyim kimi, kimya sahəsi, xüsusilə yüksək səviyyəli avadanlıqlar tələb edir. Universitetdə “Lukoyl” tərəfindən müasir aparatlarla təchiz edilmiş laboratoriya varorada müəyyən elmi tədqiqat təcrübələri həyata keçiririk. Ancaq əfsuslar olsun ki, tədris laboratoriyalarında bir qədər çatışmazlıqlar var. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür. Universitetin rektoru hər çıxışında bu məsələyə toxunuro, müxtəlif firmalarla əlaqə saxlayır ki, laboratoriyaları bu avadanlıqlarla təchiz etsin. Biz indiyədək öz məsrəflərimizlə bəzi şeyləri almışıq, laboratoriyaları qurmuşuq ki, tələbələr keçdikləri mühazirəni praktik olaraq da görsünlər. Çalışmışıq ki, geri qalmasınlar. Ancaq daha müasir aparatlara, analiz metodlarına bizim ehtiyacımız var. Müqəvva xarakteri daşıyan aparatlar var. Lakin biz yenə elmi-tədqiqat təcrübəsi üçün tələbələri zavodlara aparırıq və burada daha geniş şəkildə görürlər.

 

“Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti nəinki ölkədə, dünyada ali təhsil ocaqları sırasında ilk yerlərdən birini tutacaq. Çünki bizim universitetin diplomu bütün dünyada tanınır. Hazırda universitetimizin nüfuzunu qaytarmaq istiqamətində işlər gedirbiz hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində əminik ki, bu nüfuz bərpa olunacaq

 

Bizim universitetdə hazırda 3 kafedra birləşdirilib və buçox yüksək nəticələr əldə etməyə imkan verəcək. Əgər bizim laboratoriyalar yeni aparatlarla təchiz edilsə, hətta magistrlərimızin də doktorluq dərəcələri ilə bağlı işlərinin aparılması üçün şərait yaradılacaq. Magistratura üzrə ən yüksək ballar bizim kafedra tərəfindən təyin edilirdi. Ona görə magistratura şöbəsi, həm doktorluq işinə cəlb edilməsi davamı ilə bağlı işlərin görülməsinə ehtiyac var. Çünki bizim tələbələr universiteti yüksək ballarla bitirirlər, savadlıdırlar praktikanı da burada tətbiq etsək daha yüksək nəticələr əldə etmək olar.

- Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti barədə deyərdiniz?

- Tələbə Elmi Cəmiyyətinin işinə gəldikdə isə hər il konfranslarımız olur. Mən deməzdim ki, burada tələbələr əldə tutulan nəticələr əldə ediblər, xeyr. Amma müəyyən çox gözəl nəticələr əldə edib. Bəzi tələblər bakalavrlardır, I-II kurs tələbələr icmal xarakteri çıxışlar ediblər. Tələbə Elmi Cəmiyyəti uzun müddətdir ki, fəaliyyət göstərir. Lakin 5 ildir ki, Kimya-texnologiya fakültəsinin tələbə elmi cəmiyyətinin sədriyəm. Bizim konfranslar çox yüksək səviyyədə keçirilir. Hətta builki konfransda rektorumuz xüsusilə kimya-texnologiya fakültəsini qeyd etdi iki tələbənin çıxışını dinlədi. Bizim birinci yer tutan tələbəmiz universitetin maliyyəsi hesabına Sankt-Peterburqda keçirilən konfransa göndərildi çox gözəl nəticələr əldə etdi. Tələbə Elmi Cəmiyyəti tələbələrin məhz elmi-tədqiqat işlərinə cəlb edilməsi üçündür. Bütün müəllimlər elmi-tədqiqat işləri görməlidirlər, bir tələbə götürərək öz elmi-tədqiqat işlərinin cüzi bir hissəsini ona tapşırır o gördüyü haqqında çıxış edir. Biz ona mükafatlar, fəxri fərmanlar təqdim edirik, demək olar ki, bütün tələbələrin çıxışları tezis şəklində çap edilir bu da onların sonrakı elmi fəaliyyətində mühüm rol oynayır. Bu, həm tələbəyə mənəvi dəstəkdir.

- Hazırda universitetdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Universitetdə hazırda görülən işləri çox gözəl qiymətləndiririk. Bizim universitetimiz nəinki ölkədə, dünyada ali təhsil ocaqları sırasında ilk yerlərdən birini tutacaq. Çünki bizim universitetin diplomu bütün dünyada tanınır. Mənin övladlarım Amerikada təhsil alıblar orada görürdüm ki, bizim universitetin diplomu keçərlidir, kiçik bir imtahan verməklə diplomumuzu təsdiqləyib orada öz ixtisasımız üzrə çalışa bilirik. Hazırda universitetimizin nüfuzunu qaytarmaq istiqamətində işlər gedir biz hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində əminik ki, bu nüfuz bərpa olunacaq.

- Orta məktəbdə Kimya fənni şagirdlərin bir qədər az maraq göstərdiyi bir sahə olub. Sizdə bu sahəyə böyük maraq necə yaranıb?

- Mən orta məktəbdə oxuyarkən kimya müəllimim bu fənni mənə çox sevdirdi. Mənim anam da bu universitetin aspiranturasını bitirib. O da bir tərəfdən bu fənni mənə təşviq etdi. O vaxt müəlliməm gözəl təcrübələr təqdim edərdi, fənni sevdirərdi. Həmin vaxt sənədlərimi M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutuna verdim eksperiment yolu ilə qəbul oldum. O zaman belə bir qayda var idi, əgər attestat balın yüksək idisə, eksperiment qaydada daxil olurdun. Mən bir 5, bir 4 qiymət ilə qəbul oldum universiteti qırmızı diplomla da bitirdim, çox da sevdim, əvvəlcə kimya elmləri namizədi oldum, sonra kimya elmləri doktoru oldum. Hətta mənim tələbələrim var ki, deyirlər biz bu istiqamətdə getmək istəyirik.

 

Nigar Abdullayeva

 

Palitra.-2016.-