Britaniya əyalətləri: möhtəşəm müasirlik və zəngin tarix

 

(Əvvəli 22 aprel sayımızda)

 

Londondan Kardifə qədər avtobusla təxminən 4 saatlıq yol var. Bu yol boyunca, yüksək standartlara malik müasir avtomobil yolu, tam qayda ilə idarə olunan, yol hərəkəti qaydalarını pozmayan avtomobillər(Yol boyunca bir yol polisinə belə rast gəlmədim) və yolun hər iki tərəfində çox gözəl mənzərələr - hasarlanmamış təmiz çəmənliklər, çox səliqə ilə və bir-birindən eyni məsafədə tikilmiş 2-3 mərtəbəli evlər vardı. Əvvəlki “Orta əsrlər tarixi kitabı”ndan xatırladığımız “İngiltərədə qoyunlar adamı yeyir”, “İngiltərədə çəpərləmələr” və sair nəsnələrdən burada qətiyyən hər hansı əlamət yox idiyol boyunca geniş, hasarsız-filansız, göz oxşayan çəmənlikləri, təbiəti seyr etdikcə, qeyri-ixtiyari olaraq həmin “çəpərləmələr”lə bağlı yazılanlar yadıma düşdü.…

 

Uelsin möhtəşəm

paytaxtı - Kardif

Kardif Uelsin (Wales) paytaxtı və ən böyük şəhəridir. Buradakı hökumət binalarında Böyük Britaniya bayrağı ilə yanaşı Uels bayrağı dalğalanır. Kardif, həm də Birləşmiş Krallığın on ən böyük şəhərindən biridir.Ölkənin ən böyük kommersiya mərkəzi, əsas milli mədəni və idman institutlarının, eləcə də media mərkəzi və Uels Milli Assambleyasının yerləşdiyi şəhərdir. Kardif metropol areasının 1 milyon 100 mindən artıq əhalisi var. Şəhər möhtəşəm turizm mərkəzidir. “National Geographic”in alternativ turist destinasiyaları siyahısında Kardif 2011-ci ildə dünyada 6-cı yerdə qərarlaşıb. Belə ki, 2010-cu ildə bu şəhəri 18,3 milyon turist ziyarət edib. Əhalisi, əsasən, uelslilər, eləcə digər xalqların nümayəndələrindən miqrantlardan formalaşıb. Kardif ən böyük Avropa şəhərləri üzrə Avropa şəhərləri şəbəkəsinin bir hissəsi sayılır. Şəhər 1990-cı illərdən bu yana çox gözəl inkişaf yolu keçib indiki ən müasir görkəmini alıb. Burada çox möhtəşəm görünüşlü hökumət binaları, idman kompleksləri sair yeniliklər həmin inkişafın nəticəsidir.

 

Swansea: qu dənizi,

yoxsa vikinqlərindənizi”?

Svanzi(Swansea) isə Londondan təxminən 5, Kardifdən bir saatlıq məsafədə yerləşən, kiçik, göz oxşayan, çox səliqəli bir sahil şəhəridir. Şəhər Atlantik okeanı sahili boyunca yerləşib. Bu şəhər Uelsin Kardifdən sonra ikinci ən böyük şəhəridir. Birləşmiş Krallığın isə 25-ci ən böyük şəhəri sayılır Svanzi. Bu ad (Swansea) ingiliscəQu dənizimənasını verir ola bilsin ki, bu şəhərin yerləşdiyi Atlantik okeanın sahilində qu quşlarının oturması ilə bağlıdır. Amma digər versiyalara görə, şəhərin adı Danimarka-vikinq kralı Sweyn Forkbeardın adı ilə bağlıdır sonradan indiki şəklə düşüb.

Abertaweisə şəhərin uelscə-keltcə olan qədim adıdır mənasıçay ağzıdeməkdir. Qeyd edim ki, Svanzidən belə bir adda çay keçir.

Qədim dövrlərdə vikinqlərin Skandinaviyadan bura axını nəticəsində, Svanzi onların ticarət postu kimi inkişaf edibmiş.

Svanzi qraflığının 2014-cü ilə olan məlumatına görə, şəhərin 241 min 300 nəfər əhalisi olub. 2011-ci ilin məlumatına görə isə metropol urban arealları ilə birlikdə Svanzinin 462 min nəfər əhalisi var.

Şəhər okean sahili boyunca yerləşir çox gözəl turistik məkanlara, gözoxşayan mənzərələrə təbiətə malikdir. Burada okeanın qabarma-çəkilməsini əyani müşahidə etmək mümkündür. Hələ soyuq olmasına baxmayaraq, okeanda yerli dalğıcların, idmançıların okeanlayarışdığınıseyr edə bildim. Onlar ilin soyuq fevral ayında belə, okeanda üzməyə, əylənməyə çıxmışdılar. Doğrudur, əyinlərində dəniz geyimləri vardı. Svanzidə turizm məkanlarında xidmətlər olduqca bahadır əsasən, imkanlı insanlar üçün daha əlçatandır. Hətta yerli insanların özləri belə, burada qiymətlərin bahalığından şikayətlənirdilər. Həmçinin bu yerlərdə evlərin qiyməti turizm mərkəzlərinə yaxın olduğu üçün nisbətən baha idi.

 

Britaniyalılar ən çox hansı xalqın

mətbəxini bəyənirlər?

Okean sahilindəki ərazilər boyunca, burada kiçik hotellər, istirahət mərkəzləri, həmçinin müxtəlif restoranlar səliqəli şəkildə düzülmüşdü. Ümumiyyətlə, müxtəlif millətlərə aid restoranları burada görmək mümkündür. Britaniyalılar başqa xalqların mətbəxlərinə böyük maraq göstərirlər. Bu baxımdan, türk, italyan, tailand, Çin digər mətbəxlərə aid restoranlar buralarda geniş yayılıb. Məsələn, Londonda baş çəkdiyimiz bir türk restoranında boş masa gözləyən insanların olduqca uzun növbəsini gördüm. Doğrudur, müştərilərin çoxu Şərq ölkələrindən olanlar idi, amma, hər halda, onlar məhz türk restoranına gəlmişdilər.

Bundan başqa, londonlularla söhbət əsnasında bəlli oldu ki, ingilislər arasında ən populyar yeməklər sırasında Tayland mətbəxinin xüsusi yeri var

 

“Welsh” sözü: Həm xalq adıdır, həm

Britaniyanın mərkəzi Londonda olduğu kimi, Kardif, Svanzi kimi şəhərlərdə dünyanın müxtəlif yerlərindən olan miqrantlar ya mənşəcə digər ölkə qitələrdən olan, vətəndaşlıq almış insanlarla qarşılaşmaq olurdu. Yerlilərin qeyd etdiyinə görə, əvvəllər Svanzidə, demək olar ki, digər yerlərdən gələnlər çox azlıq təşkil edirmiş, sonradan onların sayı çoxalmağa başlayıb. Bununla belə, yerlilər, hər halda, London kimi şəhərin sakinlərindən daha çox əcnəbilərə maraq göstərirlər. Amma deyərdim ki, London sakinlərinin ünsiyyətcilliyi nəzakətliliyi buradakılardan daha üstün idi. Dünyanın hər hansı əyalət yerlərində əcnəbilərə olan maraq burada müşahidə edilsə , ünsiyyətcillik gülərüzlülük, Londonda daha çox idi. .. Həmçinin o da mənim üçün maraqlı olmuşdu ki, kurs yoldaşlarımdan alman italyan həftəsonu Şotlandiyaya, Qlazqo Edinburqa getmişdilər mənə orada çox da nəzakətlə qarşılanmadıqlarınıdiplomatikdillə nəql etmişdilər

Məlumdur ki, uelslilər, irlandlar şotlandlar(Şotlandiyada iki dil var - birisi yüksək dağlıq ərazilərdə məskən salmış kelt-şotland dilləri, ikincisi isə Şotlandiyaya orta əsrlərdə aramsız basqınlar edərək orada məskunlaşmış vikinqlərin digərlərinin nəsilləri olanların German dillərinə aid dilləri), Avropanın ən qədim yerli əhalilərindən olan keltlərin nəsilləri hesab edilirlər. Onlar sonradan Birləşmiş Krallığa (adından da görünür) daxil ediliblər.

Uelslilərlə bağlı maraqlı nüanslardan birini özüm üçün kəşf etdim. Belə ki, ölkənin adı ingiliscə “Wales” (“Uelstələffüz edilir) kimi yazılır. Xalqın adı isə “Welsh” (uelsh) kimi tələffüz edilir. Amma sözlüyü axtararkən “welsh” sözünün həm ingiliscəaldatmaq”, söz verib vədinə xilaf çıxmaq, yaxud bizdə jarqonda işlədildiyi kimi, “atmaqmənasında işlədiyini üzə çıxardım. Məsələn, ingiliscə belə bir ifadə işlədilir: “Are you going to welsh on me”. Mənası belədir: “Sən məni aldatmaq istəmirsən ki?” Yaxudwelsh ambassadoringiliscə ququ quşu mənasını verir. Bundan başqa, “Welsh niece”- xalaqızı, əmiqızı sairWelsh”lə bağlı sözlər var...

Baş çəkdiyim Britaniya ərazilərindən biri isə Kent qraflığı idi. Bu yer İngiltərənin cənub-şərqindədir Londonun isə şimal-qərbi ilə sərhədlənir. Tipik ingilis qraflığı təsiri bağışlayır. 1,4 milyonluq əhalisi ilə Kent, Cənub-Şərqi İngiltərədə Hampşir qraflığından sonra ikinci ən çox əhalisi olan ərazi vahididir. Kent, çox güclü şaxələnmiş iqtisadiyyata malikdir. Daşınma, logistika turizm burada əsas iqtisadi sahələrdən hesab olunur. Bundan başqa, vaxtilə kömür şaxtaçılığı da Kentin iqtisadiyyatında öz rolunu oynayıb. Kent həm tikinti materialları, çap məhsulları elmi araşdırmalarla tanınır

 

İlkin AĞAYEV

Bakı-London-Kardiff-Svansi-Kent-London-Bakı

 

Palitra.-2016.-26 aprel.-S.6.