Naftalan dünya səviyyəli kurort şəhərinə çevrilib

 

Naftalana gələn turistlərin sayı ildən- ilə artır

 

Bildiyiniz kimi Naftalan, sanki ümidsiz şəkildə xəstə olan minlərlə insana, öz sağlamlıqlarını bərpa etməyə kömək etmişdir. Məhz buna görə də turizm şəhər iqtisadiyyatının əsasını təşkil edir. Şəhərdə turizmin inkişafı yeni yerlərinin açılmasına kömək etmiş, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynamışdır.

Bunun nəticəsidir ki, 2016-cı ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan şəhəri də daxil olunmuşdur. Məlumat üçün bildirirəm ki, Naftalan şəhərinin 2016-cı il üçün yerli xərcləri 3 mln 750 min manat, daxili gəlir isə 3 mln 762 min manat proqnozlaşdırılmışdır. Təbii ki, buna Naftalan öz turizm potensialı, eləcə də dünyada tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olmuşdur.

Son illər nadir müalicəvi xassəli naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. Ölkə başçısının tapşırığına uyğun Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar, bu şəhərin nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri- Chinar Hotel & Spa Naftalan, Naftalan hotel Qaşaltı və Garabag Resort & Spa istifadəyə verilmişdir. Burada müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılmışdır. Naftalanda fəaliyyət göstərən 8 turizm obyektində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.

Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Təkcə 2015-ci ilin dekabr dekabr ayında Naftalanda 1300 nəfər turist olub. Hətta bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər təşkil olunur.

2015-ci il şəhərdə turizm sektoru üçün çox uğurlu olub. Bu dövrdə şəhərə gələn xarici yerli turistlərin sayı 16 min nəfəri ötüb, son 5 illə müqayisədə 6 dəfə artmışdır.

Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində müsbət dəyişikliklər müşahidə olunub. Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi digər ölkələrdən, ümumilikdə 42 ölkədən 3000 nəfər xarici turist gəlib. Ümumilikdə

Həmçinin ötən il Naftalanla, eləcə şəhərdə fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzlərindəki naftalan vannaları naftalan nefti ilə həyata keçirilən digər müalicə prosedurları ilə tanışlıq, əməkdaşlıq əlaqələri qurmaq müalicə almaq məqsədilə şəhərə bir çox fəxri qonaqlar da gəlmişdir. Bunlardan Dağıstan Respublikasının Prezidentini, Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkilini, Litva bələdiyyələrinin nümayəndələrini, Türkiyə Cümhuriyyətinin Gəncə bölgəsi üzrə Baş Konsulun müavinini s qeyd etmək olar. Onlar respublikamızın, o cümlədən Naftalanın uğurlu inkişafını, görülən işlərin yüksək qiymətə, təqdirəlayiq olduğunu bildirmiş xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını vurğulamışlar.

Artıq digər ölkələrin kurort şəhərləri Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa can atır. Hazırda Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki Polşanın Uneyov şəhərləri ilə turizm digər sahələrdə əməkdaşlıq edir..

Son illər turizmin inkişafı ilə bərabər şəhərin infrastrukturu da yenilənmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naftalan şəhərinə səfəri zamanı dediyi, Naftalanda nəinki yeni istirahət mərkəzləri tikilməli, ümumillikdə şəhəri abadlaşdırmalıyıq. Şəhərdəki bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar salınmalı Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidirfikirlərinin üzərindən qısa zaman keçməsinə baxmayaraq Naftalan şəhərində bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Şəhərdaxili binadaxili bütün kommunikasiya sistemləri yenisi ilə əvəz edilib. Uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadında dam örtüyü əsaslı təmir olunmuş, şəhərdaxili yollara yeni bardürlər düzülüb, piyada yolları yeni asfalt örtüyü salınmışdır. Həmçinin yeni istirahət parkları salınmış yeni salınan parklarda besetkalar, uşaq-oyun meydançaları da quraşdırılmışdır.

Məlumat üçün bildirirəm ki, şəhərin yeni inkişaf planına əsasən, şəhərin müalicə-turizm şəraitinin daha da təkmilləşdirilməsi planlaşdırılır. Şəhərin bir hissəsi sanatoriya, digər hissəsi isə yaşayış üçün nəzərdə tutulur. Naftalanın maksimum şəkildə yaşıllaşdırılması, şəhərin təqribən 500-600 ha yaşıllıqla bürünməsi təklif olunur.

Plana görə, vaxtı ikən 5 000 turist qəbul edən Naftalanın, yenilənmə dövründən sonra 10 000 turist qəbul edəcəyi planlaşdırılır. Burada xüsusi kotec mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunmuşdur. Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan quşçuluq fermasının tikintisi, mövcud Hava limanının bərpası məsələləri yer alıb.

Qeyd edək ki, şəhərdə turizm sanatoriya mərkəzləri ilə yanaşı, mikrorayonların ərazilərinin genişləndirilməsi nəzərdə tutulub. Şəhər əhalisinin sayının isə 20 minə çatdırılması təklif olunur.

Naftalan mövcud turizm obyektlərində xidmət səviyyəsindən asılı olaraq bir günlük xərc 29-80 manat arasıdır. Buraya gündəlik 3 dəfə qidalanma, yatmaq, naftalan nefti digər müalicə prosedürləri daxildir

 

Ülfət Əliyev

 

Naftalan ŞİHB aparatında İnformasiya təminatı təhlil

sektorunun müdiri

 

Palitra.-2016.-27 aprel.-S.10.