Təhsildə informasiya kommunikasiya texnologiyalarından istifadənin üstünlükləri

 

“İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır”

 

Hazırkı şəraitdə təhsilin inkişafı müasir texnologiyasız mümkün deyil. Elə bu səbəbdən də İnformasiya kommunikasiya texnologiyalarının (İKT) təhsil sahəsinə transfer edilməsi və genişləndirilməsi prioritetə çevrilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Bu gün Azərbaycanda müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hətta regionlarımızda da müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İKT tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbukelektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir. UNESCO tövsiyələrində də üç yanaşma irəli sürülür. “İKT-nin təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində şagirdlərin İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir. “Biliklərin mənimsənilməsi” adlı ikinci yanaşma, müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur. Üçüncü yanaşma isə “İnformasiya istehsalı”na görə müəllimlər, gələcək vətəndaşlar və işçilər tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirmək olar. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dövrün tələbidir.

Layihə çərçivəsində müsahibimiz Naxçıvan Dövlət Universitetinin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Adıgözəl qızı Quliyevadır:

 

 

- Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektualelmi potensialının vacib göstəricilərindən biridirbu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu, texnologiyaların sürətli inkişafı üçün geniş imkanlar yaradır. Respublikamız da informasiyalaşdırma sahəsində ciddi, uğurlu addımlar atıb. Milli strategiyanın qəbulundan keçən dövr ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biriinformasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində atılmalıdır. Düzdür, respublikamızda fəaliyyət göstərən bəzi özəl məktəbəqədər müəssisələrində kiçikyaşlı uşaqlar kompüterlə tanışlığa başlayır, onların təlimində kompüter vasitəsilə aparılan məntiqi oyun və tapşırıqlarla rastlaşırıq. Amma, fikrimcə, kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır. Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında geniş məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı hesab olunurdusa, artıq bu indi ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir.

- Bəzən İKT-ni yalnız təhsil prosesini təmin edən üsul hesab edirlər. İKT təhsil üçün hansı imkanlar açır?

- İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir. O, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar qəbul etmək bacarığını dəstəkləmək inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardır. Onların mənasını qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər şagirdə bu ya digər mövzuda məzmun aydındırsa, onun sualı yarana bilər. Məhz üçün öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır. Hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.

Şagirdlərin fasiləsiz təhsilə yolu müəllimlərin fasiləsiz təhsilindən keçir. İKT-nin məktəb praktikasında istifadəsi ilə bağlı olaraq müəllimin rolu dəyişilməlidir. Belə dəyişikliklərin əsas səbəbləri bunlardır. Müəllimin rolu şagirdlərə informasiyanın ötürülməsi ilə məhdudlaşmalıdır. O, uşaqlarda tənqidi yaradıcı təfəkkürü dəstəkləməli stimullaşdırmalı, kompüter savadının inkişafına kömək etməli, onlara effektiv ünsiyyət qurmağı müxtəlif vəziyyətlərdə uğurla hərəkət etməyi öyrətməlidir. Onlayn test sistemi müəllimə şagirdlərin bilik səviyyəsini adekvat qiymətləndirməyə kömək edir. İKT-nin tədris prosesinə cəlb olunması ilə ənənəvi tədris resurslarının bir hissəsinə artıq ehtiyac olmayacaq onlar dövriyyədən çıxacaq.

- Tədrisdə İKT-dən istifadə şagirdlərdə fənnə marağı artırırmı?

- Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-dən istifadənin onlarda özünə inamı və fənnə marağı artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından və müəllimdən utanaraq cavab verməkdən imtina edirbununla da daha passiv vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq ondan çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur və nəticədə özünə inamı artır. Fərdi kompüterdən istifadə etdikdə hər bir şagird verilən mövzunu başa düşmədikdə izahatı təkrar izləmək imkanı əldə edironu dərk edənə qədər təkrarlayır.

İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng və formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Videoya animasiyalar formasında tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır. İKT-nin təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması təhsilin gələcək inkişafı üçün vacib şərtdir. Əvvəla, İKT-nin geniş tətbiqi müəllimin məqsəd və vəzifəsini daşıyır. Son nəticə olaraq müəllim və şagirdlər bilavasitə sinifdə dərs zamanı və virtual rejimdə birgə işləyə və ünsiyyətdə ola bilərlər.

 

Nigar Abdullayeva

Palitra.-2016.-10 avqust.-S.11.