Multikultural dəyərlərin təşviqində media önəmli rol oynayır

 

Multikulturalizm tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu fkirlər avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyiAzərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik sivil birgəyaşayış məkanımövzusunda regional konfransda vurğulanıb. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstləri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq mühitindən danışıb. Bildirilib ki, Azərbaycanın bütün regionlarında, o cümlədən şimal bölgəsində fərqli etnik qrulara, dini baxışlara malik insanlar sülh əmin-amanlıq şəraitində yaşayırlar. Təkcə Xaçmaz rayonunda 20-dən çox azsaylı xalq etnik qrupların nümayəndəsi mövcuddur. Bununla belə heç vaxt etnik dini zəmində qarşıdurma olmayıb. Multikulturalizm Azərbaycanı dünyada tanıdan əsas dəyərlərlərdəndir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında regional konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda hökm sürən etnik dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə milli irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.

Diqqətə çatdırılıb ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Respublikada formalaşmış tolerantlıq dözümlülük Azərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrilib.

Vüqar Səfərli müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində multikultural dəyərlərin təşviqində medianın önəmli rol oynadığını xüsusi vurğulayıb. Qeyd edib ki, son altı ayda ölkə mediasında multikulturalizm tolerantlıq mövzusuna aid 350 səhifədən çox yazı çap olunub.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Xalq Cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli konfransda məruzələrlə çıxış ediblər. “Multikulturalizm tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir”, “Multikulturalizm Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi”, “Multikultural dəyərlərin təşviqində medianın rolumövzusundakı məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransın gedişində şimal regionunda fəaliyyət göstərən bir sıra dini icmaların rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgədəki yerli nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 

Nigar

Palitra.-2016.-10 avqust.-S.13.