Müasir dövrdə təhsil sisteminin inkişafında İKT-nin rolu əvəzsizdir”

 

“Mən universitetdə bir çox fənləri tədris edirəm ki, onların tədrisində informasiya kommunikasiya texnologiyalarından istifadə etmədən yan keçmək qeyri-mümkündür”

 

İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İKT tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbukelektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir. Bu gün Azərbaycanda müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər.

Layihə çərçivəsində müsahibimiz Azərbaycan TurizmMenecment Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, kulturoloq Vüsalə Məmmədzadədir:

 

- 2015-2016-cı tədris ili arxada qaldı. Baş müəllim olaraq bu tədris ili ilə bağlı demək istərdiniz?

- 2015-2016-cı tədris ili mənim üçün yaddaqalan illərdən biri oldu. Bldiyiniz kimi, bu ilin fevral ayında Azərbaycan Turizm Menecment Universitetinin yaranmasının 10 illiyi qeyd olundu. Bu münasibətlə Azərbaycan Turizm Menecment Universitetinin inkişafında xidmətlərimə görə, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olundum. Müəllim olaraq, mənə verilən bu mükafatdan dəyərli ola bilərdi.

2015/2016-cı tədris ilində universitetimizin elmi-tədqiqat işlərində mütəmadi olaraq iştirak etdim. Respublikada xaricdə mədəniyyət turizm sahəsi üzrə keçirilmiş bir neçə konfranslarda uğurla iştirak edərək Azərbaycan Turizm Menecment Universitetini yüksək səviyyədə təmsil etməyə nail oldum.

- Universitetinizdə, tədrisin gedişində hansı irəliləyişlər, inkişaf özünü göstərir?

-ATMU ölkəmizin ən gənc ali təhsil ocaqlarındandır. Universitetimizin əsas hədəfi tələbələrimizi yüksək elmi biliklərə, tədqiqat işlərinə yiyələnməyi bacarmaq qabiliyyətinə istiqamətləndirməyi, cəmiyyət-fərd münasibətlərinə həssaslıqla yanaşan, peşəkar kadr kimi həyata hazır olan gənc mütəxəssislər yetişdirməkdən ibarətdir. Müasir dünya ilə ayaqlaşmaq, dəyişkən tələblərə cavab vermək gənclərdən dünyagörüşlü, bilikli bacarıqlı olmağı tələb etdiyi kimi, fərdi keyfiyyətlərini artırmağı kollektiv ruhda çalışmağı labüd edir. Təklif etdiyimiz ixtisaslar, xaricdə ölkəmizin aparıcı müəssisələrində təcrübə, beynəlxalq yerli təşkilatlarla həyata keçirilən layihələrdə ixtisaslaşdığımız sahələr üzrə elmi tədqiqatlarda iştirak etmək, həmçinin başqa ölkəyə getmədən Avropa ali təhsil müəssisəsinin diplomunu qazanmaq fürsəti yaradır.

Bu gün çəkinmədən, fəxrlə deyə bilərəm ki, məzunlarımız ölkəmizin aparıcı turizm müəssisələrində layiqli yerlərini tutmaqla yanaşı, dünyanın nüfuzlu universitetlərində heç bir çətinlik çəkmədən təhsillərini davam etdirirlər. Onu da qeyd edim ki, tələbələrimiz məzun olduqda artıq bir neçə xarici dillərdə sərbəst danışmağı bacarırlar.

Azərbaycan Turizm Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Azərbaycan Turizm Menecment Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.

Həmin sənəddə regionlarda yerləşən turizm xidmət obyektlərində çalışanların maarifləndirilməsi beynəlxalq təcrübəyə əsasən təlimatlandırılması istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələsi öz əksini tapıb. Anlaşma Memorandumuna mədəniyyət müəssisələrinə turistlərin cəlb edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, MərkəzinGənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupuüzvlərinin dəstəyi ilə universitet tələbələrinin müxtəlif mədəniyyət, turizm obyektlərində təcrübə keçməsinə dair layihələrin işlənib hazırlanması daxildir. Qarşılıqlı informasiya, məsləhət metodiki yardımların göstərilməsi, YUNESKO-nun Dünya Maddi İrs Siyahısına Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinin qorunması beynəlxalq səviyyədə təbliği məqsədilə birgə tədbirlərin keçirilməsi digərləri həlli vacib bilinən məsələlər sırasındadır. Memorandumun səmərəli icrası məqsədilə müvafiq əmrə əsasən koordinasiya qrupunun yaradılması qərara alınıb.

Hazırda bu layihəyə start verilib universitetimiz tərəfindən bu layihədə mən iştirak edirəm. 27 iyul 2016-cı il tarixindəGənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Xızı, Şabran Siyəzən rayonlarından olan 30 üzvüTurizm müəssisələrində mədəni xidmətin təşkiliadlı təlimdə iştirak edərək İKT-nin bu sahənin inkişafında təbliğində xüsusi əvəzsiz rolundan ayrıca söhbət açdım.

- İnformasiya kommunikasiya texnologiyalarını (İKT) tətbiq olunduğu əsas sahələrdən biri təhsildir. Təhsilin inkişafında İKT-nin rolunu necə qiymətləndirirsiniz?

- Müasir dövrdə təhsil sisteminin inkişafında informasiya kommunikasiya texnologiyalarının rolu əvəzsizdir.

Mən universitetdə bir çox fənləri tədris edirəm ki, onların tədrisində informasiya kommunikasiya texnologiyalarından istifadə etmədən yan keçmək qeyri-mümkündür. Məsələn, Dünya mədəniyyəti, dünya muzeyləri, İncəsənət tarixi, Dünya memarlıq tarixi s. kimi fənləri tədris edirəm, ən maraqlı dərslər kimi yadda qalır, təbii ki, İKT vasitəsilə. Biz dərslərimizdə virtual olaraq, demək olar ki, bütün dünya muzeylərini gəzirik, oradakı eksponatlarla, dünya rəssamlarının əsərləri ilə, yaxud da dünya memarlığı ilə yaxından tanış oluruq.

Mən sizə bəzi müsbət tərəflərini xatırlatdım, indi mənfi tərəflərini xatırladım. Təəssüflə deyə bilərəm ki, gənclərimizin virtual həyat tərzinə çox alışmasından irəli gələrək kitab oxumaq həvəsləri, demək olar yox dərəcəsindədir. Məlumat üçün sizə deyim ki, hər yarımil semestrin əvvəlində tələbələrə mütləq mühazirələrimin tam elektron versiyasını göndərirəm, əlavə olaraq ədəbiyyat siyahısını da göndərirəm. Seminar vaxtı tələbələrimə müraciət edəndə ki, kitabxanalardan hansı kitabları əldə etdiniz? Təəssüflə qeyd edə bilərəm ki, əgər qrupda 30 nəfər tələbə varsa, onlardan maksimum 1-3 nəfərinin dərslərə kitabdan oxumaqla hazırlaşdığı məlum olur.

Oxu mədəniyyətinin aşağı olması günümüzün mühüm problemlərindən biridir. Oxu mədəniyyəti cəmiyyətin intellektual səviyyəsini artırır. Səviyyə artıq olduqda isə inkişaf, tərəqqi gedir. Hər bir tələbə potensialı informasiya daşıyıcısıdır. Belə olan halda isə elmin düzgün operativ təbliğinə şərait yaranar ki, bu da öz növbəsində Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə təqdim edilməsinə yardımçı ola bilər.

- Bu gün tələbələrin kompüterdən istifadə imkanları hansı səviyyədədir?

- Bu gün tələbələrin kompüterdən istifadə səviyyələri o qədər də qənaətbəxş deyil. Məsələn, tələbələrə dərsləri ilə bağlı hər hansı bir ev tapşırığı verdikdə onlar internet vasitəsilə məlumatları tam araşdırmadan necə gəldi, yanlış məlumatlar olsa belə, oxuyub kifayətlənirlər.

- Bu gün elektron kitabxanalar var. Tələbələr dərsə hazırlaşmaq üçün istədiyi kitabı internetdən əldə edə bilirlər. Sizcə, kifayət qədər yararlana bilirlərmi?

- Kifayət qədər elektron kitabxanalar var ki, tələbələr üçün rahat məlumatlar əldə etmək imkanı yaradır. Amma onu da qeyd edim ki, bu imkanlardan ingilis, rus, alman dillərini bilən tələbələrimiz daha yaxşı faydalana bilir. Azərbaycan dilində elektron kitabxanalarımız, demək olar ki, qənaətbəxş deyil.

- Gələcəkdə siniflərdə, dərslərdə İKT-nin tətbiqi ilə bağlı hansı yenilikləri görmək istərdiniz?

- Azərbaycan Turizm Menecment Universitetinin ilk yarandığı günlərindən fəaliyyət göstərən ilk müəllimlərindən biriyəm, 2006-cı ildən bu günə qədər dərslərimdə İKT-nin bütün ilk yeniliklərindən istifadə etdim, indi addım-addım bu yenilikləri tələbələrimə tətbiq edirəm.

Mən dəfələrlə xarici ölkələrin universitetlərində gördüm müəllim olaraq həmin universitetin istər müəllimlərinə, istərsə tələbələrinə həsəd apardım. Ən böyük arzum respublikamızda fəaliyyət göstərən dövlət universitetlərinin, eləcə bizim universitetimizin böyük kampuslarla təmin olması 24 saatlıq fəaliyyət göstərən dünya standartlarına uyğun müasir tipli, geniş elektron kitabxana ilə təchiz olunmasıdır.

 

Nigar Abdullayeva

Palitra.-2016.-23 avqust.-S.7.