“Misirdə təhsil alan
tələbələrlə tez-tez
görüşlər keçiririk”
Ramil Nemətoğlu: “Misirdə
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı geniş təbliğat
aparılır”
Misirdə Azərbaycan diasporu
uzun illər idi ki, tam formalaşa
bilmirdi. 2011- ci
ildə Misirdəki Azərbaycan Diasporu təşkilatının yaradılması
ilə bu problem aradan qalxdı. Artıq bu təşkilat əsası gənclərdən
ibarət olan Misirdəki soydaşlarımızı
öz ətrafına toplayıb. Hərçənd,
bu iş heç də asan olmayıb. Bu haqda Misirdəki
Azərbaycan Diasporu təşkilatının sədri
Ramil Nemətoğlu öz fikirlərini bizimlə paylaşıb.
-Öncə mümkünsə
özünüz haqda
məlumat verərdiniz.
-Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimi Sumqayıt şəhər 14 saylı
Ərəb dili təmayüllü orta məktəbdə almışam.
11 illik ərəb
dilində aldığım
təhsilin məndə
ərəb dilinə oyatdığı həvəs
məni Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin
Ərəb dili və Ədəbiyyatı
bölümünə aparıb
çıxarıb. Universitetdə oxuduğum illərdə Misir Ərəb Respublikasının (MƏR) Qahirə
şəhərində 6 aylıq
təkmilləşdirmə kursu keçdim. Elə o zamandan etibarən də Misir Ərəb
Respublikasında təhsilimi
davam etdirmək mənim üçün bir arzuya çevrilib.
2007-ci ildə Bakı Dövlət Universitetini müvəffəqiyyətlə
bitirdikdən sonra
2010-cu ildə artıq
arzularımı gerçəkləşdirə
bildim. Elmi dərəcəmi artırmaq
üçün magistratura
təhsilimi Misir Ərəb Respublikasının
Qahirə Universitetinin
Ədəbiyyat fakültəsinin
Ərəb dili və Ədəbiyyatı
bölümünü qazanmağa
nail oldum. Qahirə Universitetində oxuduğum
illərdə hər zaman yerli və
xarici tələbələrlə
münasibət qurub, onlara hər zaman Vətənimiz Azərbaycan haqqında gerçəklikləri çatdırmağa
çalışmışam.
-Rəsmi
Qahirənin Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı mövqeyi necədir?
-Misir Ərəb Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini
26 dekabr 1991-ci ildə
tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması
haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından
Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə
səfirlikləri fəaliyyətə
başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.
Misir Dağlıq Qarabağ münaqişəsi yaranan
vaxtdan Birləşmiş
Millətlər Təşkilatında
və İslam Əməkdaşlıq Təşkilatında
hər zaman Azərbaycanı dəstəkləyən
ölkələrdən biridir.
Misirdə Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətlərin
insanlara çatdırılması
üçün geniş
təbliğat aparılır.
-Misirdəki azərbaycanlı tələbələr
diaspor sahəsində
aktivdirlərmi?
-İnqilabdan əvvəl Misirdə yaşayan və təhsil alan azərbaycanlıların
sayı çox olduğu halda, inqilabdan sonra, tələbələrin və
bizneslə məşğul
olan həmyerlilərimizin
sayının azalması
müşahidə olunur
ki, bu da
başa düşüləndir.
Amma ümumilikdə götürsək,
Qahirə və ətraf səhərlərdə
100-dən artıq azərbaycanlı
yaşayır ki, bunlar da öz
növbələrində ictimai
fəaliyyətlə məşğul
olurlar. Misirdə
təhsil alan
tələbələrlə hər zaman əlaqə saxlayıb, onlarla görüşlər
keçiririk.
-Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin
tarixinin və mədəniyyətinin təbliği
istiqamətində hansı
işlər görürsünüz?
- Hazırda rəhbəri olduğum Misirdəki Azərbaycan Diasporu təşkilatını 2011- ci
ilin sentyabr ayında yaratdıq. Bizim məqsədimiz Azərbaycan reallıqlarını,
ölkəmizin inkişafını,
mədəniyyətimiz, dərin
tariximiz, Bakıda və regionlarda təşkil olunan, keçirilən böyük
beynəlxalq tədbirlərin
mahiyyəti barədə
yaşadığımız ölkənin cəmiyyətinə
ətraflı məlumat
vermək, yaxından tanış etməkdir. 100-dən artıq üzvü olan təşkilatımızda
azərbaycanlılarla yanaşı,
misirli və digər ölkələrin
nümayəndələri də
təmsil olunur. Bizim əsas məqsədlərimizdən
biri də Azərbaycan həqiqətlərini
misirlilərə və
Misirdə yaşayan digər xalqların nümayəndələrinə çatdırmaqdır. Misirdə
təhsil alan
tələbələrlə tez-tez əlaqə saxlayıb, onlarla görüşlər keçiririk.
Əminliklə deyə bilərəm
ki, hazırda təşkilat öz işini müvəffəqiyyətlə
həyata keçirir.
Bu illər ərzində
bir çox layihələr həyata keçirmişik, fəaliyyətimiz
müxtəlif sahələri
əhatə edib.
Daha vacibi isə dövlətimizin, xalqımızın,
soydaşlarımızın da diqqətdə saxladığı anlar, günlərdi. Misal olaraq,
Azərbaycan tarixinin ən yadda qalan
günlərini, unudulmayacaq
anlarını toplantı
və ya tədbir şəkilində
təşkil edilməsidir.
-Hazırda
Misir və Azərbaycan arasında yetərincə tələbə
mübadiləsi aparılırmı?
-Uzun illər iki ölkə arasında qarşılıqlı
tələbə mübadiləsi
aparılıb ki, bunun sayəsində misirli tələbələr
Azərbaycanın aparıcı
universitetlərində müxtəlif
sahələr üzrə
təhsil alıblar. Onlardan hal-hazırda Misirdə mühüm mövqe tutanları Azərbaycan haqqında hər zaman yüksək fikirdə olduqlarını
və həyatlarının
ən gözəl dövrlərinin məhz Azərbaycanla bağlı
olduğunu deyirlər.
Misirin MDB ölkələri
ilə Texniki Əməkdaşlıq Fondunun
fəaliyyəti sayəsində,
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra 1400-ə yaxın azərbaycanlı sözügedən
fondun müxtəlif sahələr üzrə təşkil etdiyi kurslarda iştirak edib. 2007-ci ildə iki ölkə arasındakı tələbə
mübadiləsi üçün
nəzərdə tutulan
müqavilə müddəti
sona yetib.
Fuad Hüseynzadə
Palitra.-2016.-23 avqust.-S.7.