“Təbliğatda İKT ən önəmli bir faktordur

 

Elsevər Məmmədov: “Lobbi işinin güclənməsi üçün İKT-dən istifadə etməyimiz çox vacibdir”

 

İnformasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı milli diasporun da fəaliyyətinə yeniliklər gətirib. Artıq diaspor üzvlərimiz İKT-dən istifadəni bir zərurət kimi qəbul edirlər. Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri, Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov bizimlə söhbətində bu mövzuda maraqlı fikirlər söylədi. Qeyd edək ki, E.Məmmədov könüllü olaraq, 1991-1993-cü illərdə Qarabağ müharibəsində iştirak edib və erməni işğalçılarına qarşı gedən döyüşlərdə ağır yaralanaraq 2-ci qrup müharibə əlili olub. 20 ildən artıqdır ki, Hollandiyada yaşayır. Azərbaycan diasporunun inkişafındakı və xalqlar arasında dostluğun inkişafı sahəsindəki xidmətinə görə bu il Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

-BAK yetərincə ətrafına regiondakı diaspor təşkilatlarını toplaya bilibmi?

-BAK 2006-cı ildən fəaliyyət göstərir. Amma ta əvvəldən də BAK-da birləşən təşkilatlar ayrı-ayrılıqda da çox işlər görüblər. Lakin sizbilirsiniz ki, ayrı-ayrılıqda nə qədər fəaliyyət göstərsək, istədiyimiz effekti vermir.

Çox uzun müzakirələrdən sonra, nəhayət ki, 2016-cı ilin noyabr ayında Konqresimizin birinci qurultayını keçirdik. BAK-ın yaranması, təbii ki, Azərbaycanı sevməyən qüvvələrin heç də ürəyincə olmadı. Konqresimiz, demək olar ki, Benilüksda Azərbaycana qarşı yönəldilən bütün tədbirlərə qarşı öz etirazını hər zaman bildirdi. BAK, demək olar ki, Hollandiyada fəaliyyət göstərən bir çox siyasi partiyalar, parlament, insan haqları institutları, eləcə də digər dövlətlərin diaspor təşkilatları ilə çox sıx əməkdaşlıq edir. Konqresimiz Avropa Parlamentində bir lobbi təşkilatı kimi akkreditə olunub. Bu gün Konqresimiz Avropa Demokratiyaİnsan Haqları Fondu ilə də bərabər fəaliyyət göstərir.

-Dünya Azərbaycanlılarının IV qurultayı növbəti 5 il üçün sizin qarşınıza hansı vəzifələr qoydu?

-Mən deyərdim ki, son qurultayımızda çox mühüm məsələlər müzakirə olundu. Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların güclü lobbi təşkilatı kimi necə fəaliyyət göstərmələri haqqında müzakirələr aparıldı. Cənab Prezidentin çıxışı Azərbaycan diaspor təşkilatlaında çox güclü bir stimul yaratdı. Prezidentimizin birlik və bərabərlik haqqındakı çıxışı çox vacib bir məsələ idi. BAK-ın əsas məqsədi,Azərbaycan torpaqları işğaldan azad olmayana kimi, erməni diasporunun rahat fəaliyyətinə imkan verməməkdir, hər yerdə onların gözləmədiyi anlarda (konfranslarda, simpouziumlardayaxud başqa bir tədbirlərdə) qarşılarına çıxmaq və ya yürütdükləri yalan təbliğatın qarşısını almaqdır. Biz hər zaman ədalətli olmuşuq, demokratiyanın yanında olmuşuq, zəiflərin köməyində durmuşuq. Lakin hər zaman ədalətsizliklə üzləşmişik, hər zaman haqlı olduğumuz yerdə haqsız vəziyyətə düşmüşük, terrora qarşı olduğumuz halda, özümüz terrora məruz qalmışıq. Lakin hər kəs bilməlidir ki, bu qədər terrora məruz qalmış Azərbaycan xalqı, bu günə qədər hələ bir dəfə də olsun terrora əl atmayıb. Bu da bizim xalqımızın nə qədər böyük bir xalq olduğunu göstərir. Bizim gələcək 5 ildə əsas məqsədimiz Azərbaycan lobbisini mümkün qədər daha da gücləndirməkdir. Biz çalışırıq lobbiləri güclü olan dövlətlərlə daha da sıx əməkdaşlıq edək. Bu, bizim üçün çox vacibdir. Bildiyiniz kimi, dünyanın ən güclü lobbilərindən biri də yəhudi lobbi təşkilatlarıdır. Bu gün BAK yəhudi lobbi təşkilatları ilə bərabər fəaliyyətlər həyata keçirir. Biz bu gün bütün güclü lobbi təşkilatlarının təcrübələrindən istifadə etməliyik. Biz, əsasən, İKT vasitələrdən istifadə edib erməni diasporunun yalan təbliğatının qarşısını almalıyıq. Virtual dünyada erməniləri ifşa etməliyik. İnternet bizə bu imkanı verir. Bizim qarşımızdakı əsas məqsədimiz budur.

-Necə düşünürsüz, çoxlu diaspor təşkilatlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi yaxşıdır, yoxsa bunların hamısının bir təşkilat ətrafında birləşib birgə fəaliyyət göstərməsi effektlidir?

-Təbii ki, bir böyükgüclü təşkilat olubo təşkilatın başqa-başqa bölgələrdə nümayəndələrinin olması daha yaxşıdır. Biz hər zaman bu birliyin tərəfdarı olmuşuq. Məhz bunun nəticəsində bir çox güclü təşkilatlar BAK-ın ətrafında birləşib. Amma əgər hansısa bir təşkilat təkbaşına fəaliyyət göstərirsə, biz hər zaman həmin təşkilatlara dəstək vermişik. Biz hər zaman birlikdə fəaliyyət göstərməyin tərəfdarıyıq. Prezidentimizin bizə verdiyi tövsiyələri biz hər zaman diqqətlə analiz edib, o tövsiyələri həyata keçirməyə çalışırıq. Həm cənab Prezident, həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də Bünilüksda fəaliyyət göstərən hər iki səfirliyimiz hər zaman Azərbaycan diasporunun birlik və bərabərlik içində fəaliyyət göstərmələrinin tərəfdarıdır. Biz bu gün ancaq bərabər olaraq düşmənə qalib gələ bilərik. Bu gün bizim bir düşmənimiz var, o da işğalçı Ermənistan dövlətidir. Ermənilər hər zaman öz mətbuatında çalışırlar ki, Azərbaycandakı vəziyyəti yalnış işıqlandırsınlar. Lakin biz hər zaman bütün tədbirlərimizdə qeyd edirik ki, ey ermənilər, siz ətlə-dırnağın arasına girə bilməzsiniz. Qarabağ məsələsində tək Azərbaycan var. Bunu ermənilər 2-5 aprel əməlyatlarında bir daha gördülər.

-Diaspor işində informasiya kommunikasiya texnologiyalarının (İKT) nə kimi önəmi var?

-Diasporlobbi işində, ümumiyyətlə, təbliğatda İKT ən önəmli bir faktordur. Bəlkə də, birinci faktordur. Bildiyiniz kimi, dünyanın ən güclü diasporlarından biri, yəhudi diasporudur. Sizə yaxından tanıdığım, Avropa Yəhudi diaspor təşkilatının üzvünün mənə bu təşkilatın hansı sistemdə işləmələrini bir az anlatmağından bəhs etmək istəyirəm.

Demək, bunların Amsterdam şəhərində bir ofisləri var. Həmin ofisdə iki-dörd nəfər arasında davamlı adam işləyir. Nəzərə alın ki, Amsterdam Hollandiyanın paytaxtıdır, lakin Hollandiyanın digər bir ucunda əgər yəhudi millətindən olan bir insanın başına bir hadisə gəlirsə, yaxud ona qarşı bir hücum olursa yaxud o, bir haqsızlığa uğrayırsa, o adam tez bir zamanda həmin mərkəzə ya email vasitəsilə, ya da təlefonla başına gələn hadisəni dərhal bildirir. Həmin mərkəz isə eyni zamanda bu hadisəni bütün saytlara, kanallara, qəzetlərə İsrailin Hollandiyadakı səfirliyinə bildirir. Beləliklə, çox xırda bir işi, çox qısa bir zamanda ictimailəşdirirlər. Həmin mərkəzin fəaliyyəti haqqında Hollandiyada yaşayan bütün yəhudilər xəbərdardır. Biz, belə bir sistemli şəkildə çalışdıqları üçün yəhudi diasporunu ancaq alqışlaya bilərik.

-Diasporumuz lazımi qədər İKT-nin imkanlarından yararlanırmı?

-Biz hər zaman çalışmışıq ki, keçirdiyimiz bütün tədbirlərə Hollandiya mətbuatını dəvət edək. Əfsuslar olsun ki, bir çox hallarda məyus olmuşuq. Təbii ki, bunların da səbəbləri var. Çünki Hollandiya parlamenti sözdə "erməni soyqırımı" tanyan bir parlamentdir. Hətta bir çox siyasi partiyalar sözdə "erməni soyqırımı" tanımayan türk millət vəkillərini öz partiyalarının sıralarından xaric etdilər. Bu, sözün əsl mənasında söz azadlığına vurulan dəhşətli bir zərbə idi, konkret bir skandal idi. Bəzən deyirlər ki, erməni diasporu Avropada çox güclüdür. Mən bu fikirlə heç bir zaman razı olmamışam. Avropada erməni diasporu yox,onlardan türklərə qarşı istifadə edən erməni meyilli avropalılar var. Türkiyənin gücləndiyini gördükləri zaman, həmən sözdə "erməni soyqırımı"nı ortaya atırlar. Bundan əlavə, ermənilərə xidmət edən bir çox kilsələr var. Bu kilsələr hər zaman ermənilərə dəstək verir. Bu qədər məsələlərin olmağına baxmayaraq, Niderland-2 kanalında 3 dəfə Xocalı soyqırımı ilə bağlı veriliş göstərilib. Həmin kanalda Hollandiyanın tanınmış tarixçi-professoru Aleksandr Deə Grootun ermənilərin Xocalı soyqırımını törətmələri Qarabağı işğal etmələri haqqında ədalətli danışması, Azərbaycan diasporunun böyük bir qələbəsi idi. Azərbaycan diasporunun Avropada formalaşma yaşına diqqət yetirsəniz, görərsiniz ki, bu qədər qısa bir zamanda çox böyük bir yol qət edib.

-İKT-dən istifadə edib daha hansı işlər görmək olar?

-Lobbi işinin güclənməsi üçün İKT-dən istifadə etməyimiz çox vacibdir. Son qurultaydan sonra BAK-ın əsas hədəfi məhz bu istiqamətdə çalışmaqdır. Bu gün cənab Prezidentin bizə olan tövsiyələri məhz bu istiqamətdədir. Bu gün artıq, demək olar ki, bütün təşkilatlar yerli KİV-lərlə daha da sıx əməkdaşlığa çalışır. Bu vasitələrlə biz çalışmalıyıq ki, yalan erməni təbliğatının qarşısını daha da çevik şəkildə alaq. Bu gün biz, eyni zamanda başqa diaspor təşkilatları ilə əməkdaşlğmızı sıxlaşdırmalıyıq. Avropada bizim ən sıx çalışdığımız həm türk diasporu türk mətbuatıdır. Biz, demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirik. Ulu öndərimiz Heydər Əliyevin söylədiyi "Biz bir millət, iki dövlətik" sozlərini özümüzə rəhbər tutaraq azərbaycanlı türk qardaşlarımızın bir-birlərinə daha da yaxınlaşmasına çalışırıq. Cənab Prezidentin dediyi kimi, bir millətin iki diasporu ola bilməz. Məhz ona görə biz hər zaman çalışırıq ki, qardas Türkiyə xalqı ilə bərabər fəaliyyət göstərək. Ən kritik zamanlarda biz bir-birimizin yanında oluruq.

-Diaspor işində hədəflərə çatmaq üçün əsas nəyə ehtiyac var?

-Diasporumuzun daha da güclənməsi üçün əsas birliyə ehtiyacımız var. Biz azərbaycançılıq və dövlətçilik ətrafında sıx birləşməliyik. Biz hər zaman bir olub, zərbəni bir nöqtəyə vurmalıyıq. Bu yolda da İKT vasitələrindən yararlanmaq lazımdır. Bir olsaq, bizim qarşımızda kimsə dura bilməz; nə ermənilər, nə də onlara dəstək verənlər. Bizim bu gün güclü iqdisadiyyat, güclü ordu, güclü diasporla yanaşı, çox güclü bir Prezidentimiz var. Biz öz liderimizin ətrafında sıx birləşməliyik. Ancaq o zaman biz bütün düşmənlərimizi yerində oturda bilərik. Biz hər zaman həm Vətənimiz uğrunda, həm də öz liderimizin yolunda canımızı qurban verməyə hazır olmalıyıq. O zaman bizim bayrağımız daima yüksəklərdə dalğalanacaq və millətimiz öz şərəfi ilə tarix yazmağa davam edəcək. Mən bir daha bütün diasporumuzu birliyə və öz liderinin ətrafında birləşməyə dəvət edirəm. Allah bizim millətimizi və liderimizi qorusun.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-24 avqust.-S.11.