Açıq kitabxanaAğsuda

 

Mədəniyyət və Turizm NazirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə respublikamızın şəhər və rayonlarında reallaşan “Açıq kitabxana” layihəsi çərçivəsində avqustun 25-də Ağsu şəhərində tədbir keçirilib.

 

Heydər Əliyev parkında, mədəniyyət sarayının qarşısında təşkil olunan tədbirdə yüzlərlə kitabsevər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Böyük maraqla qarşılanan tədbirdə “Azərbaycan tarixi”, ”Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Ulu öndər Heydər Əliyev”, “Ağsu yazarları”, “Şəhidlər ölməz, vətən bölünməz” kimi kitab sərgiləri oxucuların istifadəsinə verilib. Ayrı-ayrı kəndlər haqqında təşkil edilən stendlər, multikulturalizmə dair guşələr əhalinin marağına səbəb olub.

 

Qeyd edək ki, oxucular kitabları həm “Açıq kitabxanada rahatlıqla oxuya, həm də qeydiyyatsız-sənədsiz özləri ilə evlərinə və ya yerlərinə apara biliblər. Eyni zamanda, “Mən oxudum, sən də oxu” devizinə uyğun olaraq, onlar evlərindəki kitabları gətirib başqa oxucuların istifadəsi üçün “Açıq kitabxanaya təhvil veriblər. Əvəzində isə başqa bir kitab götürmək imkanı qazanıblar. Oxucular burada həm də ölkədə və xaricdə çap olunan kitabların sifarişini vermək imkanı da qazanıblar.

 

“Açıq kitabxana” layihəsi çərçivəsində gələcəkdə açıq səma altında poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə, kino, teatr və incəsənət xadimləri ilə görüşlər, yeni kitabların təqdimatı, imza günləri və sair müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Palitra.-2016.-26 avqust.-S.13.