“Azərbaycanın dövlət bayrağı 4 gün Monreal şəhərində dalğalandı”

 

Rəna Müslümova:

Kanadada yüzlərlə insana Azərbaycanımızı layiqincə tanıtdıq”

 

Hər il Kanadanın Monreal şəhərində yayda müxtəlif festivallar olur. “Festival Orientalys-2016” da 11-14 avqustda Monrealda keçirilib. İlk dəfə olaraq Azərbaycan diasporu da bu festivalda iştirak edib. Festivalda Azərbaycanla bağlı əsas təşkilati işlər Monrealda yaşayan diaspor fəalı, “Facebook”dakı "Azerbaijanis in Canada" qrupunun yaradıcısı Rəna Müslümova tərəfindən görülüb. R.Müslümova festivalla bağlı təəssüratlarını bizimlə bölüşüb.

-Necə oldu ki, “Festival Orientalys-2016”ya qatılmaq qərarını verdiniz?

-Öncə qeyd edim ki, “Festival Orientalys-2016” Kanadaya gələn turistlərin yerli əhalinin böyük marağına səbəb olur. Məlumat üçün deyim ki, ötən il bu festivalın 130 mindən çox izləyicisi olub. Mən Kanadaya gəldiyim ilk gündən bəri həmişə Azərbaycanın da belə festivallarda iştirak etməsini çox arzulamışdım. Əvvəlki illər övladlarım hələ daha azyaşlı olduğundan ictimai həyata tam qatıla bilmirdim. Amma bu il qərara gəldim ki, mütləq Azərbaycan adına bu festivala qatılım. Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılarımız onsuz da yaşadığı şəhərlərdə Azərbaycan adına bir çox festivallarda s. tədbirlərdə böyük sevgi ilə qatılıb, iştirak edirlər. buna da hamımız ürəkdən sevinirik. Azerbajanis in Canada” qrupunda Kalqaridən, Edmontondan, Vankuverdən, Torontodan, Ottavadan olan paylaşımlara baxsanız, bizim dəyərli həmvətənlərimizin fəaliyyətini görə bilərsiniz.

-Azərbaycanla bağlı stenddə hansı əyani vasitələrdən istifadə etdiniz?

-Mən uzun illərdir Monrealda yaşadığımdan artıq nəyə tələbatın olmasından xəbərim var idi. Bilirdim ki, Azərbaycanı Kanadada yaşayan əhalinin böyük əksəriyyəti tanımır bu vaxta qədər bu ölkə haqda heç bir təsəvvürü olmayan, onun harada yerləşdiyini belə, bilməyən minlərlə adam var. bilirdim ki, tək Azərbaycan bayrağını assam Azərbaycan adı yazsam mədəniyyətimizi əks etdirən bəzi aksesuarlar qoysam bu, mənə heç verməyəcək. Mən festivalın başlanmasına çox az qalmış bu qərarı verdiyim üçün vaxtım az, planlarım işlərim həddən artıq çox idi. Öncə Azərbaycan adı yazılan ölkəmizi vizual olaraq əks etdirən bir banner hazırlamaq qərarına gəldim. Bu işi mənim üçün təmənnasız olaraq Bakıdan çox istedadlı bir gənc Murad Əsədov yerinə yetirdi. Mənimlə bərabər gecə-gündüz çalışdı sonda istədiyim dizaynı mənə verdi. Bununla onun işi bitmədi. Qalan bütün şəkillərin redaktə dizayn işi onun böyük əməyinin, zəhmətinin bəhrəsidir. Mən festivala gələn izləyicilərə Azərbaycanı tanıtmaq üçün Bakı digər rayon şəhərlərin şəkillərini hazırladım. Naxçıvandan Əlincə qalası, Möminəxatun türbəsi haqda yazılı məlumat şəkillər, Gəncədən Nizamı məqbərəsi, Bakıdan Qız qalası, Atəşgah, Şirvanşahlar sarayı haqqında məlumat, Xızı dağları, Qəbələ, Xınalıq s. yerlərin şəkillərini hazırladım. İlk Avropa Oyunları, “Formula-1” yarışlarına həsr etdiyim hazırladığım şəkillər isə böyük marağa səbəb oldu. Eyni zamanda insanları ilk cəlb edənAlov qüllələri”nin Heydər Əliyev kompleksinin şəkilləri idi. “Alov qüllələri”nin şəkillərini görən, oranın Dubay olduğunu zənn edirdi. “Formula-1” yarışlarının Bakıda keçirilməsi kanadalıların böyük əksəriyyətində bu şəhərə marağı 1-ə 10 artırmışdı. Turizmin inkişafını qeyd etmək üçün Xəzərin sahilində olan bir neçə aquaparkın şəkillərindən, qış turizmi inkişafını göstərmək üçün Qəbələdə yerləşən turizm mərkəzinin şəkillərindən yararlanmışdım. Qeyd edim ki, mənim əlimin altında heç bir vəsait yox idi. Bütün bu şəkilləri çox çətinliklə internet səhifələrindən götürmüşdüm. Bilirsiniz ki, çox vaxt internetdə yerləşdirilən şəkillərin keyfiyyəti çap etmək üçün yararlı olmur. bu axtarışlara çox vaxt sərf etmək məcburiyyətində qalırsan. Ən çətini isə xəritə tapmaq idi. Amma yaxşı ki, internetdən ingilis fransız dillərində Azərbaycanı 15-ci əsrdən bu günə kimi əks etdirən xəritələr tapa bildim. Bu xəritələr vasitəsilə hamıya Azərbaycanın tarixi torpaqlarının hansı əraziləri əhatə etməsini rahatlıqla göstərə bilirdim. Türkmənçay Gülüstan müqavilələrinə qədər Azərbaycanın ərazilərini, Sovet işğalından sonrakı illərdə isə Azərbaycan torpaqlarının kəsilib Ermənistana qatılmasını bu gün Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması sonda işğalçı Ermənistan tərəfindən 20%-dən çox torpaqlarımızın işğalı, Xocalı faciəsi haqda əlimdə olan şəkillərlə bizə yaxınlaşan hər bir kəsə bütün məlumatları verirdim. 4 gün ərzində dayanmadan bütün bu faktlar haqqında danışırdım.

-Bəs sizə Azərbaycandan hər hansı dəstək oldumu?

-Mən Azərbaycanda əlaqədar təşkilatların birində çalışan məsul bir şəxsə Bakıda yaşayan qohumum vasitəsi ilə müraciət etdim, ondan Azərbaycan haqqında bukletlər digər turizmə aid broşür jurnallar, mümkün olsa milli paltar musiqi alətlərinin digər aksesuarların göndərilməsini xahiş etdim. Amma təəssüf ki, müsbət cavab ala bilmədim. Bir yaxın dostum turizm şirkətində çalışır, ona müraciət etdim. O, çalışdığıRegea travel”in 100-dən çox buklet bir neçə jurnal göndərdi. Festivalın 2-ci günü artıq bukletlər qalmamışdı. Cünki "Mən Azərbaycana getmək istəyirəm, mənə bu işdə yardımçı olan bir turizm şirkətiniz varmıdeyənlərə mən həmin bukletləri təqdim edirdim. Çox istərdim ki, turizm şirkətləri ilə əlaqə yaradım Azərbaycana Kanadadan turizm axını başlasın. Kanadalıları Naftalan, Qəbələ, Quba, Şəki digər gözəl yerlərimiz haqqında məlumatlandırmaq istəyirəm. Amma əlimin altında heç bir vəsait yoxdur. Burdan əlaqədar təşkilatlara səslənirəm. Bizə ən azından bukletlər göndərsinlər. Biz Azərbaycanı lazımı səviyyədə təbliğ edək.

-Azərbaycanın Kanadada tanınmasında bu festivalda iştirakınızın kimi rolu oldu?

-Bütün gördüyümüz işlərin sonunda sevindirici hallar yaranırdı ki, ilk dəfə olaraq Kanadada belə bir festivalda Azərbaycanı məhz elə bizim əməyimizin sayəsində tanıdılar. onlarla insanın Azərbaycana, onun təbiətinə o qədər marağı artmışdı ki, onların hamısı gələn yayı mütləq bu gözəl ölkəni gedib ziyarət etmək istədiklərini bildirdilər. Bizdən viza haqda, oradakı qiymətlər haqda, otel s. xidmətlər haqda maraqlanırdılar. Hətta bir nəfər Fransada yaşayan bir dostunun Azərbaycana gedib orada dağ rayonların birində, ucqar bir kənddə 3 ay qalıb yaşadığını söylədi. Bu müddətdə onun dağlarda qoyun otardığını, qaldığı kəndin əsrarəngiz gözəlliyindən böyük zövq aldığını söylədi. dostunun təəssüratından ilhamlanan o insan gələn yay Azərbaycana getməyi planlaşdırdığını söylədi.

Belə festivalda iştirak etməklə bu il ilk uğura imza atdım. 4 gün ərzində Azərbaycanın dövlət bayrağı Monreal şəhərində dalğalandı. Milli musiqi rəqslərimiz Azərbaycan bayrağı altında ifa olundu. Azərbaycanı, onun adını belə, tələffüz etməyi bacarmayan, ümumiyyətlə, bu günə qədər bu ölkənin varlığından belə, xəbəri olmayan yüzlərlə insana Azərbaycanımızı layiqincə tanıtdıq. ilk tanışlıqdan sonra bu gözəl diyarı ziyarət etmək istəyən insanları görəndə, 3 aylıq böyük zəhmətimin, həyəcanımın, hədər olmadığına şad oldum. Yağışlı havaya, fiziki yorğunluğa, həyəcana baxmayaraq, Vətənimi layiqincə təqdim etdiyim üçün çox xoşbəxtəm. Azərbaycanımın tarixini, bu gününü, uğurlarını tükənməz sevgi böyük fəxrlə bizi ziyarət edənlərə təqdim etdik.

-Sizə bu işdə Kanadadakı soydaşlarımız hər hansı dəstək göstərdilərmi?

-Bildiyiniz kimi, hər bir uğurun arxasında tək bir insan əməyi olmur. Bu 4 gün ərzində mənə də dəstək olan əziz və çox dəyərli dostlar oldu. Fürsətdən istifadə edib festivalda mənimlə birgə böyük zəhməti olaneyni zamanda maddi dəstəyi olan dostlarımıza dərin minnətdarlığımı bildirəm. Məsud Əliyev, Kəmalə Əliyeva, Gündüz Əliyev, Natella Yəhyayeva, Gülnar Qasımova, Könül Əliyeva, Təranə Səmədova, Vüsalə Əhmədova və digər həmyerlilərimizin 4 gün ərzində böyük əməyi və maddi dəstəyi oldu. Həsən AbbasiEsmira Şirməmmədovanın adını xüsusi ilə qeyd etməliyəm. Bu vətənpərvər insanların böyük əməyi, maddi dəstəyi üçün xüsusi təşəkkür edirəm. Esmira xanım mənimlə birgə böyük həyəcan yaşadı. Həsən Abbasinin köməyi olmasa idi, mənim üçün bu ağır və çox məsuliyyətli işi layiqincə yerinə yetirmək çox çətin olardı.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-26 avqust.-s.6.