UNEC-in 28 tələbəsi 6 ölkənin
aparıcı universitetində təhsillərini davam etdirəcək
Türkiyənin
müxtəlif universitetlərinin tələbələri UNEC-in müasir tədris prosesi və İKT-nin
imkanlarından istifadə ilə tanış olacaqlar
Ölkəmizdə həyata keçirilən davamlı və dayanıqlı inkişaf siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır.
Bu baxımdan, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli strategiya (2003-2012-ci illər)”, bu strategiyanın icrasının ilkin mərhələsini nəzərdə tutan Prezidentin 2005-ci il sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülüb. Azərbaycan üçün təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamətlərdən biri sayılır. Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra addımlar atılıb. İKT-nin geniş tətbiq edilidiyi ali təhsil ocaqlarından biri də Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC). İKT-nin imkanlarından geniş şəkildə istifadənin nəticəsidir ki, UNEC xarici təhsil ocaqları ilə fəal əməkdaşlıq edir.
Sakarya Universiteti ilə
əməkdaşlıq
UNEC və Türkiyənin Sakarya Universitetinin birgə hazırladığı “Soy ağacının Genç Dalları” adlı layihə Türkiyə Respublikasının Başbakanlık Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı tərəfindan qəbul edilib. Layihə çərçivəsində UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin iki müəllim və dörd tələbəsindən ibarət nümayəndə heyəti iyulun 18-də Sakarya Universitetinə səfər edib. Dörd gün davam edən səfər müddətində UNEC nümayəndə heyəti Sakarya Universitetinin rektoru, professor Muzaffar Elmas, professor müəllim-heyəti və yerli bələdiyyə rəhbərliyi ilə görüşlər keçirib, eləcə də İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı evini ziyarət ediblər. Layihənin davamı olaraq, Sakarya Universitetinin iki müəllim və dörd tələbəsindən ibarət nümayəndə heyəti avqustun 15-də UNEC-ə səfər edib. Sakarya Universitetinin “Erasmus+”, “Farabi” və “Mevlanə” proqramları koordinatoru Nesrin Kenarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Ş.Bayramov və dekan Fərrux Tuzcuoğlu ilə görüşüb. Görüşdə universitetlər arasında mövcud əməkdaşlığın genişləndirilməsi, xüsusilə də “Erasmus+” və “Mevlanə” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, qeyd olunan proqramlar üzrə birgə layihələrin hazırlanması barədə razılıq əldə edilib.
Yeni tədris ili üçün
professor-müəllim
və tələbə mübadiləsi
Eyni zamanda
UNEC ilə Türkiyə
Respublikasının universitetləri
arasında imzalanan proqram protokolları əsasında həyata keçirilən “Mevlana Mübadilə Proqramı”
çərçivəsində
2016-2017-ci tədris ilində
professor-müəllim və
tələbə mübadiləsi
üçün nəticələr
elan edilib. Nəticələrə
əsasən, bu il UNEC-in 22 tələbəsi
bu proqram çərçivəsində Türkiyənin nüfuzlu
ali təhsil müəssisələrindən olan Yıldız Texnik Universiteti, Səlcuk Universiteti, Anadolu Universiteti, İzmir Katip Çelebi Universiteti, Gazi Universiteti, Sakarya Universiteti, Kastamonu universitetlərində
təhsil almaq hüququ qazanıb. Həmçinin bu il ötən
illərə nisbətən
Türkiyənin müxtəlif
universitetlərindən proqram
çərçivəsində UNEC-ə
gələcək tələbələrin
sayında da artım olub. Belə ki, bu
il 11 tələbə
UNEC-in tədris prosesində
iştirak edərək,
müasir tədris prosesi, İKT-nin imkanlarından istifadə ilə tanış olacaqlar. Eyni zamanda proqram çərçivəsində UNEC-in 6 müəllimi uğurlu nəticə göstərərək
təcrübə keçmək
üçün İstanbul
Universiteti, Səlcuk Universiteti, Akdeniz Universiteti və Sakarya Universitetindən dəvət alıb. Mübadilə proqramında iştirak
edən müəllim
və tələbələrin
bütün xərcləri
Türkiyə Yüksek
Öğretim Kurulu tərəfindən ödəniləcək.
Proqramı uğurla başa
vuran müəllim və tələbələrə
sonda “Mevlana Mübadilə Proqramının”
sertifikatları təqdim
ediləcək. Tələbələrin əldə etdikləri kreditlər UNEC tərəfindən
müvafiq qaydada tanınacaq. Qeyd edək ki, Türkiyə
Respublikası tərəfindən
maliyyələşdirilən və türkdilli ölkələrin ali təhsil müəssisələri arasında
professor-müəllim və
tələbə mübadiləsinin
həyata keçirilməsini
nəzərdə tutan
“Mevlana Mübadilə
Proqramın” da UNEC son
iki ildə fəal iştirak edir. “Mevlana Mübadilə Proqramı”
UNEC tələbələri və professor-müəllim
heyəti üçün
Türkiyənin qabaqcıl
universitetlərində təhsil
almaq və təcrübə keçmək
imkanı təqdim edir. UNEC rektoru,
professor Ədalət Muradov
“Erasmus+”, “Mövlanə” və
ikili diplom mübadilə proqramları
çərçivəsində Avropa və Türkiyə universitetlərində
təhsillərini davam
etdirəcək UNEC tələbələri
ilə görüşüb.
Rektor tələbələri təbrik
edərək, onlara təhsillərində uğurlar
arzulayıb və tövsiyələrini verib.
Mübadilə proqramlarının əhəmiyyətindən danışan
rektor bildirib ki, burada əsas
məqsəd yüksəkkeyfiyyətli
təhsilin və beynəlxalq təcrübənin
öyrənilməsidir. Tələbələrin Azərbaycanı təhsil alacaqları ölkədə layiqincə
təmsil edəcəklərinə
əmin olduğunu bildirən rektor, onlara həmin ölkələrin tarixini,
mədəniyyətini öyrənməyi
də tövsiyə edib. Eləcə də sosial
tədbirlərdə aktiv
iştirak etməyə
çağırıb. Tələbələr xaricdə təhsil
üçün onlara
yaradılan şəraitə
görə minnətdarlıqlarını
bildiriblər. Qeyd
edək ki, 2016-2017-ci tədris ilinin payız semestrində beynəlxalq mübadilə
proqramları çərçivəsində
UNEC-in 28 tələbəsi Fransa, Türkiyə, Rumıniya, Niderland, Cənubi Koreya və Polşanın aparıcı universitetlərində
təhsillərini davam
etdirəcək. Universitetdə
müasir İKT-nin tətbiqinə daha bir nümunə Azərbaycan Dövlət İqtisad Universitetinin
“UNEC Biznes Məktəbi”
ilə İsveçrənin
Cenevrə şəhərində
fəaliyyət göstərən
Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (UBIS) birgə
ikili magistr dərəcə proqramları
həyata keçirməsidir.
Proqramlar “UNEC biznes məktəbi”nin MBA layihəsi çərçivəsində
tətbiq olunur. İkili magistr dərəcə proqramları çərçivəsində
diplomların verilməsi
nəzərdə tutulur.
UBIS tərəfindən biznesin
idarə edilməsi
(BBTU MBA), beynəlxalq əlaqələr
(MA-IR), bank işi və
maliyyə ixtisasları
üzrə təhsil alan tələbələr
magistr (MSBF) dərəcəsi
alırlar. UNEC-UBIS ikili magistr dərəcə
proqramı üzrə
ümumilikdə 15 fənn
(48 ABŞ kreditinə ekvivalent),
o cümlədən UNEC-də
10 fənn (30 ABŞ kreditinə
ekvivalent), UBIS tərəfindən
5 fənn (15 ABŞ kreditinə
ekvivalent) tədris olunur və bir tədqiqat işi (3 ABŞ kreditinə
ekvivalent) hazırlanır.
UBIS tərəfindən keçiriləcək
beş fənnin
dördü Bakıda
(hər fənn 1-2 həftəlik formatda), biri isə Cenevrədə
(1 həftəlik intensiv
formatda) təşkil edilir.
Anar Miriyev
Palitra.-2016.-27 avqust.-S.11.