“İKT olmadan elm və təhsildə, o cümlədən psixologiyada gözlədiyimiz nəticəni əldə etmək mümkün deyil”

 

“Psixoloqlar kompüter bacarığından istifadə etməklə praktik məsələləri həll edirlər. Psixoloji eksperimentlərin nəticələrinin interpretasiyasını, adaptasiya, oyundistansiyon testləşmənin həyata keçirilməsi, psixoloji proseslərin riyazi modelləşdirilməsi, psixodioqnostik metodların İKT vasitəsi ilə istifadəsi psixologiya sahəsində önəmli proseslərdəndir”

 

Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. Hazırkı şəraitdə təhsilin inkişafı müasir texnologiyasız mümkün deyil. Elə bu səbəbdən də informasiya kommunikasiya texnologiyalarının (İKT) təhsil sahəsinə transfer edilməsi və genişləndirilməsi prioritetə çevrilib. Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın əsas məqsəd və vəzifələrindən biri də əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu gün təhsil ocaqlarında psixologiya fənni tədris edilir. Psixoloq-pedaqoqlarımız da İKT-nin müsbət və mənfi amilləri ilə bağlı fikirlərini bildirirlər.

Layihə çərçivəsində müsahibimiz psixoloq- pedaqoq Ruhiyyə Rüstəmovadır:

- Psixologiyada İKT-nin rolunu necə görürsünüz?

- Müasir həyatda texnologiyanın inkişaf etdiyi bir dövrdə bütün sahələrdə olduğu kimi, psixologiya sahəsində də inkişafı informasiya texnologiyalarından istifadə etmədən inkişaf etdirmək mümkün deyil. İnkişaf üçün İKT bütün sahələrdə bir mühərrikə bənzəyir və yeniliklərin daha effektiv, müsbət nəticəli olmasına yardım edir. Bəzən psixologiyada İKT-dən istifadə etmək, məsələn, psixoloji testlər və nəticələri ikimənalı, müsbət və mənfi qiymətləndirilir. Digər elmi nəticələrlə İKT-dən əldə edilmiş nəticələr eyni olmur. Bu halda, əlbət ki, problemin həlli psixoloqun təcrübəsinə əsaslanaraq aradan qaldırılır. Müasir cəmiyyətdə mütəxəssislər böyük həcmli kütləvi informasiyanı texnologiya olmadan əldə edə bilməz. Əldə edilən elmi məlumatlar isə, hər bir psixoloqun işini effektivproduktiv edir. Nəhayətdə, İKT olmadan elm və təhsildə, o cümlədən psixologiyada gözlədiyimiz nəticəni əldə etmək mümkün deyil. Hətta “cəmiyyətin kompüterizasiyası” termini də təsadüfən yaranmayıb.

- Bu sahədə İKT-nin imkanlarından necə istifadə edirsiniz?

- Cəmiyyətin informatizasiyası psixoloqların da ənənəvi metodlardan fərqli olaraq müasir metodlara müraciət etməsinə şərait yaradır. Psixoloqlar kompüter bacarığından istifadə etməklə praktik məsələləri həll edirlər. Psixoloji eksperimentlərin nəticələrinin interpretasiyasını, adaptasiya, oyundistansiyon testləşmənin həyata keçirilməsi, psixoloji proseslərin riyazi modelləşdirilməsi, psixodioqnostik metodların İKT vasitəsi ilə istifadəsi psixologiya sahəsində önəmli proseslərdəndir. Belə ki, qeyd etdiklərimi gündəlik prosesində mən də istifadə edirəm. Testlərin qısa müddət ərzində əldə olunmuş nəticələri işin gedişatını sürətləndirir və eyni zamanda İKT qarşısında testlərə cavab verən hər bir kəs daha rahat, özünə inamlı səkildə suallara cavab verir.

- Bildirdiyinizə görə, Rusiya ilə Azərbaycan psixoloqları arasında “Webinar” kecirmisiniz. İki ölkə psixoloqları arasında bu cür videobağlantılar hansı imkanlar yaradır?

-Bu il Rusiya Federasiyası və Azərbaycan Respublikası psixoloqları arasında keçirdiyim “Webinar” qürurvericidir. Bu “Webinar” Rusiya Federasiyası “Matğ i Ditə” xeyriyyə fondunun psixoloqları və Azərbaycan Respublikası “Pozitiv Psixologiya Mərkəzi” arasında keçirildi. Mütəxəssislərinin zəngin fikir mübadiləsi hər iki ölkə psixoloqları üçün önəmli oldu. Videobağlantı zamanı verilən suallar, problemlərin həlli, fərqli metodlardan istifadə qaydaları, eyni zamanda “Webinar”a dəvət edilmiş xüsusi uşaqların valideynləri üçün də faydalı oldu. Sonda psixoloqlar hər iki tərəfdə sertifikatlarla təltif olundular. Düşünürəm ki, bu cür “Webinar”lar nəinki psixoloqlar arasında, bütün sahələrdə digər mütəxəssislər arasında da keçirilməlidir.

- Məktəbə hazırlaşan, inkişafdan qalan uşaqlar üçün İKT-dən necə yararlanırsınız?

- Azyaşlı uşaqların məktəbəqədər hazırlıq dövründə İKT-nin böyük rolu var. Nəinki ölkəmizdə, digər ölkələrdə də məktəbəqədər hazırlıq dövründə əksər valideynlər, o cümlədən inkişafdan qalmış uşaqların valideynləri xüsusilə uşaqların məktəbəqədər hazırlığı üçün onları xüsusi kurslara aparırlar. Müasir elmin inkişafı dövründə bütün kurslarda bilik əlbəttə ki, İKT-də istifadə edilməklə zənginləşdirilir. Xüsusi hazırlanmış slaydlar, fləşkartlar, saytlar vasitəsilə uşaqların bilik səviyyəsi gücləndirilir. Hazırda çalışdığım xeyriyyə cəmiyyətində autizm sindromlu uşaqlarla məşğul oluram. Bildiyimiz kimi son iyirmi il ərzində bu sindrom bütün dünyanı düşündürən bir problemdir. Maraqlıdır ki, hətta autizm sindromlu uşaqlar İKT-dən istifadə edərkən məmnuniyyətlə məşğələyə qoşulurlar, xüsusi hazırlanmış proqramlar onların əqli və zehni inkişafına müsbət təsir edir, eyni zamanda uşaqlarda sensoremosional diskomfort aradan götürülür, İKT vasitəsilə keçirilən məşğələlər zamanı autizm sindromlu uşaqlarda asanlıqla ətraf mühiti anlamaanaliz etmə bacarığı daha asanlıqla inkişaf edir.

- Gələcəkdə onların cəmiyyətə adaptasiyada İKT-nin hansı rolu var?

- İnternet bir tərəfdən bizim ən yaxın köməkçimiz, işimiz, əyləncəmizdir, digər tərəfdən isə bilirik ki, açıq havada gəzməyi, mütaliə etməyi, sağlam ünsiyyəti saatlarla monitor qarşısında oturub ətraf aləmdən tədric olmaqla əvəzləyirik. Kompüter qarşısında oturan ən kiçik uşaqda belə, hər düymədə hansı sirr gizlənib marağı yaranır və beləliklə, beş dəqiqə yarım saata, yarım saat bir saata və beləliklə bütün günün əyləncəsinə düymələri basmaq çevrilir. O zamana qədər ki, uşaq azyaşlıdır internetdən istifadə böyüklərin gözündə əyləncəli görünür. Sonralar isə, uşaq internetdən düzgün istifadə etmir problemi valideynlərin qlobal probleminə çevrilir. İlk növbədə valideyn bilməlidir ki, kompüter qarşısında başını qatışdırdığı uşağın onurğa sütununda problemlər yaranır, saatlarla başını aşağı əyib oturması qan dövranı sistemini pozur. Bunun qarşısını almaq üçün ən azı hündürlüyü idarə edilə biləcək oturacaq əldə etmək lazımdır. Azyaşlı uşağın öz yaşına uyğun olmayan saytlara daxil olması böyük psixoloji travmalara səbəb olur. İnsanlarla ünsiyyət azlığı nitqin zehnin inkişafına mənfi təsir göstərir. Nəzərə alsaq ki, müasir dövrün İKT- tələbi böyük olduğu üçün mənfi təsirləri qədər müsbət təsirləri gizlədə bilmərik. Belə ki, uşaqlar dövrümüzün tələbi olan kompüter biliklərinə yiyələnir, bir çox dilləri internet vasitəsilə öyrənirlər, müxtəlif onlayn dərslərin iştirakçıları olaraqdan bilik əldə edirlər, bütün dünya haqqında məlumatları internet vasitəsilə əldə edirlər. Müsbət mənfini alaraq hər bir valideyn sadəcə, uşağın internetdən düzgün istifadə qaydaları ilə tanış olmalı həyata keçirməlidir.

- Psixoloji baxımdan İKT-dən, məsələn, telefon, kompüterdən istifadə hansısa problemlər yaradırmı?

-Dövrümüzün ən böyük problemlərindən biri mobil telefonlarından hədsiz çox istifadə edilməsidir. Yenə qaçılmazdır ki, uşağın tələbi ilə onlara alınan yaşlarına uyğun olmayan ağıllı telefonlardır, bu halda yenə günahkar kimdir sualının cavabını axtaran valideyn yaş dövrünə uyğun olaraq telefondan istifadə qaydalarına məhdudiyyət qoymalıdır.

 

Nigar Abdullayeva

Palitra.-2016.-30 avqust.-S.11.