Türk dünyasına körpü olmağa çalışırıq”

 

İmdat Özcan: “Azərbaycanın müstəqil bir dövlət olması üçün daim dua edərdim”

 

Bu yaxınlarda Türkiyənin “Radyo yeşil KaradenizradiosundaTürkün nəfəsində Azərbaycan səsi” verilişinin yayımına başlanılması qardaş ölkə mediasının ölkəmizə diqqətinin bariz nümunəsidir. Hər halda, bu verilişin yayımında “Radyo yeşil Karadenizin rəhbərinin də Azərbaycan segisi az rol oynamır. Radionun qurucusu və rəhbəri İmdat Özcan qəzetimizə müsahibəsində Azərbaycana sevdalı olmasını bir daha nümayiş etdirdi.

 

-Öncə özünüz haqqında məlumat verməyinizi istərdik.

-Mən İmdat Özcan 56 yaşındayam və Türkiyənin Rize şəhərində anadan olmuşam.Türkiyə Böyük Millət Məclisində Baş Məclisin işçisiyəm. Beynəlxalq Radioçular Birliyinin (IRU - RADEV ) idarə heyətinin üzvü və Türkiyə İnternet Radioları Komissiyasının başçısıyam. Həmçinin Türk Hərəkatı mənsubuyam. Türkçü, türk milliyyətçisiyəm və istəyim türk dövlət və millətini dünyaya tanıtmaqdır.

-Radionuzda əvvəllər Azrbaycanla bağlı verilişlər olubmu?

-“Radyo yeşil Karadeniz” 16 ildir 24 saat dayanmadan türk xalq musiqisi proqramlarında Azərbaycana aid mahnılarla davamlı olaraq yayımlanmaqdadır. Mahnılardan əlavə, ermənilərin etdikləri soyqırımı mövzularında canlı yayımlarımız olubolmaya da davam edəcək.

-Sizi Azərbaycana bağlayan nədir?

- Mən 1970-ci illərdə Təhsil və Mədəniyət dərnəkərində türk dövlətlərinin mədəniyyəti ilə bağlı davamlı məlumat alırdım. O tarixlərdə qısa dalğa frekansından Rusiya Kommunist Partiyasının Azərbaycandan yayımlanan proqram və mahnılarını dinlərdim və Azərbaycanda yaşayan siz qardaşlarımızın müstəqil bir dövlətdə olmalarına dua edərdim. Amma ən əhəmiyyətlisi biz ayrı-ayrı yerlərdə yaşayan qardaş türk millətiyik. Bizi bağlayan qanımız, soyumuzdur. İnanclar mənə maraqlı deyil. Dünyanın harasında olursa olsun, hansı dinə, inanca mənsub olursa olsun, mənim üçün vacib olan qan, irq qardaşlığıdır. Necə deyərlər, ağlasa, qardaş ağlar, gerisi yalan ağlar.

-Azərbaycanın tanıtımı ilə əlaqədar hansı işlər görürsüz?

-“Radyo yeşil Karadeniztürk dünyasının, türk millətinin səsi olması üçün çalışmalara imkanlarımızla və əlimizdə olan məlumat və sənədlərlə Azərbaycanın mədəniyyət və milli dəyərləri mövzusunda canlı yayımlanan proqramlarını xalqımıza təqdim etdik. Türk ellərindən öz türkçələriylə proqram edə biləcək türk dünyası sevdalılarıyla əlaqəyə keçərək “Radyo yeşil Karadeniz” yayım mərkəzlərini qurmaya başladıq. Azərbaycanla bağlı proqram və yayımları azərbaycanlı qızımız Vüsalə Novruzluya həvalə edərək Sakarya bölgəmizdən yayımlarımıza başladıq. O, radio aparıcısı olaraq yetisdirilərək Azərbaycanı çox istiqamətli dünyaya tanıdaraq türk millətinə xidmət etmiş olacaq. Ayrıca Azərbaycan ilə əlaqədar canlı yayım proqramlarını da radiomuzun rəhbərlik quruluş başçısı Fatma Çengiz xanım etməkdədır və etməyə də davam edəcək. Bizlər “Radyo yeşil Karadenizolaraq türk dünyasına körpü olmağa çalışırıq. Türklər bu körpüdən, inşallah, istifadə edəcəklər. Bizim üçün önəmli olan Azərbaycan mədəniyyətini, erməni soyqırımı və işğalını dilə gətirmək, tanıtdırmaq və eşitdirməkdir. “Radyo yeşil Karadenizolaraq əlimizdə nə imkan varsa, istifadə edəcəyik, türk millətinin ortaq səsi olacağıq. Bu bizim türklük, qardaşlıq vəzifəmizdir.

-Azərbaycana gəlmək istərdinizmi?

-1992-1995-ci illərdə bir necə köhnə Sovet respublikalarına getdimgördüm. Təbii ki, müasir Azərbaycanı təkrar görmək istərdim.Türkiyə Böyük Millət Məclisində vəzifəm bitdikdən sonra, inşallah, ilk gedəcəyim yer qardaş Azərbaycan olacaq.

-Qarabağ həqiqətləri, xüsusilə Xocalı soyqırımı Türkiyə mediasında kifayət qədər təbliğ edilirmi?

-Bildiyimiz kimi, Türkiyədə türk dünyası ilə bağlı iki telekanal yayımlanmaqdadır. İnsanlara daha təsirli, daha artıq çatdıra bilmək üçün türk dünyası ilə əlaqədar olaraq yayımda olan tv-lərin çox olması lazımdır. Radio olaraq internet üzərindən yayım edən tək radioyuq və nümunə olmaya çalışırıq. Qarabağ hadisələri başda olmaqla Azərbaycanla bağlı xəbərlər yazılı mediada son zamanlarda yaxşı izlənilib anbaan internet üzərindən insanlara təqdim edilməkdədir. Qəzetlər, tv-lər, sadəcə, hadisənin olduğu tarixlərdə dilə gətirilir. Vizual media bu mövzularda çox geridə qalmaqdadır. Siyasətdə bir az daha türklük şüuru ön plana çıxarsa, bu mövzulardakı xəbərlər də çoxalacaq. Media sahiblərinin tutum və düşüncələri çox önəmlidir. Türkçülük şüuru meydana gəlməyincə bu mövzularda çox az xəbər ediləcək

-Nədənsə, Türkiyə mediasında erməni yalanlarına qarşı az yazılar verilir. Sizcə, bunun səbəbi nədir?

-Türkiyədə erməni yalanlarına qarşı sənədlərə çox tutarlı cavab verəcək elm adamları, tarixçilərimiz var. Amma çox təəssüf ki, yazılı və ya vizual media bu mövzulara çox laqeyddir. .Türk dünyasına bir az daha maraq göstərsələr, əsasən, önəmli məsələlər davamlı olaraq gündəmə gələrdi. Ümumilikdə qəzet və internet mediasında yazarlar yazılarıyla gündəmə gəlməkdədirlər. Xəbər portallarında xəbər dəyəri olmaqdadır. İnsanlarımız da bu mövzularda daha həssas deyil və izlənmə nisbəti çox olan tv-lərdə türk dünyası və türklüklə bağlı yayım saatlarının coxaldılması lazımdır.Türkiyədə vizual medianın tam müstəqil olduğuna tam olaraq inanmıram.

-Türkiyə və Azərbaycan jurnalistlərinin türk düşmənçiliyinə qarşı birlikdə necə hərəkət etməsi lazımdır?

- Türk düşmənliyinə qarşı ortaq rəftar etməli, eyni düşünərək davamlı gündəmdə saxlamaları lazımdır. Həmçinin birlik və bərabərlik içində sağlam bir həmrəylik göstərməliyik. Türk dünyasının milli mövzularında ortaq rəftar etmələri çox vacibdir. Azərbaycan-Türkiyə jurnalistləri tək ürək olaraq kütlələrə səslərini çatdırmalıdırlar. Dövlətlərimiz ayrı ola bilər. Bu bizim üçün çox əhəmiyyətli deyil. Əhəmiyyətli olan tək vücud kimi hərəkət etməyimizdir. Türk dünyasını tanımayınca türk millətlərinin də problemlərini bilmərik. Vizual media ortaq nəşrlərlə bu problemləri, bu çətinlikləri davamlı müzakirəyə gətirib xalqı maarifləndirməli, yazılı mediada da bu mövzular davamlı jurnalistlər tərəfindən xəbər şəklində xalqımıza göstərilməlidir. Əgər iki dövlət, bir millətiksə, bunu bu cür ifadə ediriksə, jurnalistlərimiz də türk düşmənləri mövzusunda davamlı olaraq tək səs olmalıdırlar.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-1 dekabr.-S.7.