Baş katib Houlin Jhao: “Azərbaycanda İKT sahəsində tərəqqi müşahidə olunur

 

İKT-nin digər sahələrə təsiri də özünü göstərir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində dəstək verilirbu sahənin inkişafı hökumətin gündəmindədir”

 

Bakıda İKT Həftəsi davam edir. Bir neçə gündür davam edən "Bakutel-2016" Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları sərgisi çərçivəsində bir sıra tədbirlər keçirilir. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmağa ehtiyac duyduq. “Bakutel-2016” sərgisi çərçivəsində reallaşan tədbirlərdən biri də “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans oldu.

 

Əşyaların interneti”nin inkişafı vacibdir

 

Rabitə Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huaweişirkətinin sponsorluğu ilə “Bakutel-2016” sərgisi çərçivəsində keçirilənƏşyaların İnterneti. Növbəti nəsiladlı konfransdaHuawai”, “SAP”, “Microsoft” “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının mobil operatorların nümayəndələri iştirak edirdi. Konfransda qeyd edilib ki, “Əşyaların internetiDünya İqtisadi Forumunun qiymətləndirməsində dünyanı dəyişdirəcək texnologiyalar arasında ilk sıralarda yer alır bu texnologiyaların yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend olacağı proqnozlaşdırılır. Məlumat verilib ki, bəzi ölkələr artıq bu istiqamətdə milli strategiya, fəaliyyət planları qəbul ediblər, dövlətlər tərəfindən bu sahədə elmi tədqiqatlara ayrılan vəsaitlər artırılır, startapları bu işə cəlb etmək üçün qrantlar ayrılır, güzəştli kreditlər verilir, eyni zamanda gələcəyin kadrları hazırlanır.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jhao isəƏşyaların internetisahəsində əsas inkişaf perspektivləri haqda danışıb.Bakutelsərgisində ötən illərdə iştirak etdiyini vurğulayan baş katib hər il burada iştirak edən şirkətlərin tərkibinin zənginləşdiyini, sərgiyə, xüsusən, Avropa ölkələrindən yeni şirkətlərin qatıldığını diqqətə çatdırıb: “Bizim region İT sahəsində ən dinamik inkişafa yol açan region hesab olunur. Son illər yalnız bu regionda deyil, bütün dünyada mobil telefon satışı dövriyyəsinin artımının şahidi oluruq”. Son 10 ildə bu sahədə yaxşı göstəricilərin əldə olunduğunu deyən BTİ rəsmisi bu baxımdan, “Əşyaların interneti”nin inkişafının vacibliyini önə çəkib. H.Jao qeyd edib ki, mobil şəbəkə cihazların inkişaf etdirilməsində səylər artırılmalıdır. Baş katib Azərbaycanın bu sahədə düzgün istiqamət seçdiyini diqqətə çatdırıb: “Azərbaycanda İKT sahəsində tərəqqi müşahidə olunur İKT-nin digər sahələrə təsiri özünü göstərir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində dəstək verilir bu sahənin inkişafı hökumətin gündəmindədir”.

Regional Rabitə Birliyinin (RRB) icraçı direktoru Nurudin Muhitdinov RRB ölkələrindəƏşyaların internetiilə bağlı vəziyyət haqda məlumat verərək, bu sahənin gələcək inkişafı üzrə perspektiv gözləntilərdən söz açıb.

TədbirdəHuawai” , SAP “Cisco” şirkətlərin nümayəndələri çıxış edərək, sahənin inkişafı üzrə təcrübə fikirlərini paylaşıblar.

Qeyd edək ki, iki gün davam edən tədbir çərçivəsində “İKT strategiyası Əşyaların İnterneti”nə dair Planlar”, “Əşyaların İnternetiMühiti Marketinq Təhliliilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunub. Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma biznes inkişaf strategiyaları müzakirə olunub.

Eyni zamanda forumdaağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.

 

“İKT-nin inkişaf səviyyəsi hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır

 

"Bakutel-2016" Beynəlxalq Telekommunikasiya İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində keçirilən tədbirlərdən biri Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) Azərbaycan Respublikası Rabitə Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli İşçi Qrupun 4-cü iclası oldu. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan Özbəkistanın rabitə administrasiyalarının, həmçinin RRB- müşahidəçi statusuna malik olan Əfqanıstan, Bolqarıstan, Latviya, Litva, Sloveniyanın rabitə administrasiyalarının, "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı "EUTELSAT" hökumətlərarası təşkilatının nümayəndə heyətləri iştirak edib.

İclasda RRB-nin üzvü olan ölkələrin rəqəmsal bazarının formalaşdırılması üçün əsaslar mexanizmlərə, proqram təminatı bazarında inhisarın ləğv olunmasına dair təkliflərin hazırlanması, "Elektron hökumət"in inkışafı istiqamətində əməkdaşlıq RRB-nin üzvü olan dövlətlərdə sosial əhəmiyyətli elektron xidmətlərin göstərilməsi üçün əsasların işlənməsi müzakirə olunub.

Eyni zamanda, internetin idarə olunması məsələlərində RRB üzvlərinin əməkdaşlığı, Data mərkəzlərinin qarşılıqlı əlaqələri, yeni informasiya ehtiyatlarının formalaşması istifadəsi, İKT sahəsində elmi kadr ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələlərində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutan tədbirdə Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov çıxış edərək, informasiya cəmiyyətinin rolundan söz açıb: "Bu gün İKT-nin inkişaf səviyyəsi hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır". O bildirib ki, ölkədə həyata keçirilən İKT siyasəti Azərbaycana qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir: “Azərbaycan rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatımızın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir".

"RRB ölkələrində rəqəmli bazarın əsasları mexanizmlərinin formalaşması üçün təkliflərin hazırlanması haqda" mövzusunda məruzə ilə çıxış edən rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, rəqəmli bazar bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual məsələdir. Azərbaycanın bu sahədə Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən addımlar atdığını deyən nazir müavini ölkəmizdə İKT sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr əldə olunan nəticələr haqda məlumat verib.

Belarus Respublikasının rabitə informasiyalaşdırma naziri Sergey Popkov "İnformasiya resurslarının formalaşdırılması istifadəsi" mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəsində bununla bağlı həyata keçirilən işlər, o cümlədən ümumilikdə İKT sahəsinin vəziyyəti barədə məlumat verib.

Rusiya Federasiyasının rabitə kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov "İnternetin idarəetmə məsələlərində RRB iştirakçılarının əməkdaşlıq üzrə yanaşmaları" adlı məruzəsində sahə üzrə həlli vacib məqamlara toxunub. Qeyd edilib ki, internet transmilli resurs olaraq açıq olmalıdır, eyni zamanda internet infrastrukturunun idarəedilməsi modelinin təkmilləşdirilməsi istiqamətində tədbirlərə ehtiyac var.

Daha sonra Rusiya Federasiyasının Rabitə Kütləvi Kommunikasiyalar Nazirliyinin departament direktoru Vladimir Averbax "2020-ci ildə Rusiyada Elektron hökumət" layihəsi, bu sahədə strateji plan məqsədlərlə bağlı iştirakçıları tanış edib. İclasın gündəliyinə daxil olan digər mövzular üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb müvafiq qərarlar qəbul edilib.

 

Nigar Abdullayeva

Palitra.-2016.-2 dekabr.-S.11.