Balakəndə tütünçülüyün
və bağçılığın inkişafı təşviq
olunur
Şəki-Zaqatala
iqtisadi rayonunda fəaliyyət göstərən 43 sahibkara 400
min manat güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
“Palitra”ya bildirilib ki, bu istiqamətdə növbəti tədbir -
sahibkarlığın güzəştli kreditləşdirilməsi
məsələlərinə dair işgüzar forum
dekabrın 2-də Balakən rayonunda keçirilib. İşgüzar
forumda sahibkarlara
güzəştli kreditlərin alınması mexanizmi
barədə məlumat verilib,
Balakəndə həyata keçirilməsi məqsədəuyğun
hesab olunan nümunəvi
layihələr təqdim olunub,
sahibkarların investisiya layihələri
maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Balakən
rayonunun iqtisadi
potensialının reallaşdırılması məqsədilə
prioritet hesab olunan iri
taxılçılıq, intensiv
bağçılıq, tütünçülük
və cins heyvandarlıq təsərrüfatlarının,
çörək istehsalı və meyvə emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya
layihələrinin təqdimatı keçirilib,
kiçikhəcmli investisiya layihələrinin
ümumi dəyərinin 100%-dək
hissəsinin dövlətin güzəştli kreditləri
hesabına maliyyələşdiriləcəyi bildirilib,
sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar
paylanıb. İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktorunun müavini Arif Vəliməmmədov bildirib
ki, 2016-cı ilin
ötən dövrü ərzində
2300-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi
məqsədilə 155,4 milyon manat güzəştli kredit
verilib. Bu kreditlərdən
istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması 6900-dən çox
yeni iş yerinin yaradılmasına imkan
verir. Qeyd edilib ki, ümumilikdə,
indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya
layihəsinin maliyyələşdirilməsinə 98 milyon manat güzəştli
kredit verilib. Tədbir
çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət
göstərən 43 sahibkara 400 min manat güzəştli
kredit verilib. Verilən
kreditlər, əsasən, heyvandarlıq,
arıçılıq, bağçılıq təsərrüfatlarının,
çörək, su və meyvə
şirələri istehsalı sahələrinin
inkişafına yönəldiləcək. Bu
kreditlərin reallaşdırılması hesabına 60-a
yaxın yeni iş yerinin açılması mümkün
olacaq. Forum çərçivəsində Balakən rayonunda güzəştli kreditlər
hesabına yaradılmış bağçılıq təsərrüfatlarına
baxış keçirilib. Ümumilikdə,
son illər müasir suvarma sistemlərinin tətbiqi ilə 22
bağçılıq və tingçilik
təsərrüfatının yaradılmasına 27,5 milyon manat güzəştli
kredit verilib.
Anar
Palitra.-2016.-3 dekabr.-S.10.