“Bakutel-2016” sərgisində Azərbaycan
hansı məhsulları nümayiş etdirdi
Ziyarətçilər sərgi
çərçivəsində bir çox yerli şirkətlərlə
tanışlıq imkanı qazandılar
Bakıda
keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları sərgisi başa
çatdı. Həmin sərgidə ölkəmiz layiqincə
təmsil olundu və kifayət qədər
yerli şirkət iştirak
etdi. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.
Sumqayıt Texnologiyalar Parkının “Bakutel-2016” sərgisində yeni məhsulları
Sumqayıt Texnologiyalar Parkı (STP) “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirib. Sumqayıt Texnologiyalar Parkından verilən məlumata görə, “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində STP stendində quraşdırılmış monitorlarda texnoparkın tərkibində fəaliyyət göstərən 17 zavod və 25-dən artıq istehsal sahəsi haqqında videoçarx vasitəsilə ziyarətçilərə müəssisə haqqında geniş məlumat verilib.
Artıq üçüncü dəfədir bu sərgidə iştirak edən STP ən son məhsullarının təqdimatını keçirib. Müəssisənin Kabel Zavodunun ötən ilin sonunda istehsalına başladığı 50 növdə fiber-optik, LAN, rabitə, siqnal kabellərini, həmçinin ödəmə və növbə terminallarını, informasiya köşklərini nümayiş etdirib. Sərgidə təqdim olunan yeniliklərdən biri də gömrük bəyannamələrinin hazırlanması üçün STP-nin istehsalı olan terminaldır. Sərgidə iştirak edən ziyarətçilərə STP və məhsulları haqqında ətraflı məlumatlar verilib, istehsalat barədə təşviqat materialları təqdim olunub. Stend hər kəs tərəfindən böyük maraqla qarşılanıb.
“Bakcell” özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirib
“Bakcell” şirkəti XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel-2016) sərgisində özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirib. Hər il olduğu kimi, bu il də şirkət öz stendində müxtəlif guşələr təşkil edib. “Ulduzum”, “Bakcell Bussiness”, “Nomrem.bakcell. com”, “Virtual reallıq”, “Bakcell arena”, “PES2017 yarışması”, “Applab” və “Sür@” guşələrində təqdim olunan yeniliklər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Regionun ən böyük tədbirlərindən biri hesab edilən “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il ölkənin telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayıb. Bu il 20 illiyini qeyd edən “Bakcell” şirkəti ənənəvi qaydada bu önəmli tədbirdə iştirak edib. Beynəlxalq nüfuzlu “Bakutel”də iştirak bizə öz məhsul və xidmətlərimizi nümayiş etdirmək və yeni tərəfdaşlıqların qurulmasında mühüm rol oynamaqla yanaşı, abunəçilərimizlə birbaşa ünsiyyət üçün tam fərqli şərait yaradıb. Sağlam rəqabət üçün özünəməxsus biznes-platformaya çevrilmiş bu tədbir hər il olduğu kimi, bu il də yüksək səviyyədə keçib, iştirakçılar və ziyarətçilər üçün məhsuldar olub”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
Qeyd edək ki, “Bakcell” şirkəti hər il “Bakutel” sərgisində iştirak edir və ziyarətçilərə öz xidmət və məhsullarını nümayiş etdirməklə yanaşı, onlar üçün müxtəlif əyləncələr təşkil edir.
Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını sürətləndirəcək
Sərgidə nümayiş olunan digər pavilyonlara gəldikdə isə onlardan biri “Elektron hökumət”lə bağlı idi. 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 89 qurumun elektron xidmətlərini birləşdirir. Hazırda portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. İndiyə qədər “Elektron hökumət” portalı vasitəsilə müraciət edənlərin sayı 34 milyonu ötüb. Ümumi xidmətlərə müraciət sayının 46 faizi bu ilin 11 ayında qeydə alınıb. Gündəlik müraciətlərin sayı isə 50 mindən çoxdur. Artıq mobil telefon vasitəsilə də portalda olan xidmətlərdən istifadə etmək mümkündür. Portalın elektron ödəmə sistemi də yaradılıb. Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi elektron imza sertifikatı ilə təmin olunacaq.
Digər stend ölkəmizə məxsus ilk regional Data Mərkəzi
ilə bağlı olub. TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini
şərtləndirən sertifikatlaşdırma
prosesi uğurla tamamlanıb. Data Mərkəzi Azərbaycanda
İKT sahəsinin inkişafını,
həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək,
innovasiyaya şərait
yaradacaq və dövrümüzün ən
müasir texnologiyası
hesab olunan bulud texnologiyalarının
dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. Burada rabitə
və telekommunikasiya sahəsində həyata keçirilən işlər
barədə də geniş məlumat verilib. Stend barədə o məlumat
da verilib ki, respublika üzrə magistral və lokal şəbəkənin
müasir standartlarla yenidən qurulması üçün “Milli genişzolaqlı şəbəkə”
layihəsinin icrasına
başlanıb. Layihə
çərçivəsində 8 min 150 kilometr magistral və 70 min kilometrə qədər abunə xətlərinin çəkilməsi
və nəticədə
1600-dək yaşayış məntəqəsinin yeni nəsil İP şəbəkəsinə
qoşulması planlaşdırılır
ki, bu da
hər kəsin genişzolaqlı internet xidmətlərindən
istifadə edə bilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait
yaradacaq.
Yeni yaradılan
“Şəbəkə” xidmət
mərkəzlərinin stendi
ilə bağlı bildirilib ki, rabitə xidmətlərinin
bir mərkəzdən
göstərilməsi məqsədilə
ilk olaraq Bakı şəhərində çoxfunksiyalı
xidmət mərkəzlərinin
qurulması üzrə
işlərə başlanılıb. Bu şəbəkə
vasitəsilə Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata
keçirilən bütün
xidmətlərin vahid
mərkəzdən göstərilməsi
planlaşdırılır ki, bununla da
əhalinin telekommunikasiya,
internet, poçt və
digər rabitə xidmətlərindən istifadəsinə
geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə
zamanı vaxt itkisinin qarşısı alınacaq.
Yeni yerüstü stansiya peykdən təsvirlərin
daha sürətli və etibarlı şəkildə birbaşa
alınmasını mümkün
edib
“Azerkosmos” ASC-nin stendinə gəldikdə isə ziyarətçilərə məlumat verilib ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. 2013-cü ilin iyunundan etibarən kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” vasitəsilə dünyanın 18 ölkəsindəki müştəri bazası ilə peykin tutumlarının 75 faizinin ödənişli əsaslarla satışına nail olunub. Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın yerüstü avadanlığı Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılıb. Yeni yerüstü stansiya peykdən təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bu ilin sentyabrından “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” peyki də tamamilə yerli mütəxəssislər tərəfindən idarə olunur. Artıq ölkəmizdəki bir sıra dövlət orqanları və özəl qurumlar ilə peyk təsvirlərinin satışına dair müqavilələr imzalanıb, yerli bazarla yanaşı, xaricdə satışların artırılması məqsədilə intensiv danışıqlar aparılır. Bildirildi ki, ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin SSL şirkəti tərəfindən istehsalı və “Ariannespace” şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Sərgidə nümayiş olunan stendlərdən biri də “Azərpoçt”un stendi idi. Bu qurumun 2 ofisi “Şəbəkə” üçün rekonstruksiya edilib və bu mərkəzlərdə istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Telekommunikasiya və poçt xidmətlərindən başqa, aviabiletlərin satışının təşkilinin də nəzərdə tutulduğu bu mərkəzlərdə vətəndaşlara yüksək xidmət göstərilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Yüksək Texnologiyalar üzrə Tədqiqat
və İnkişaf Mərkəzi ilə
tanış olarkən ziyarətçilərə daxili və xarici
işıqlanma üçün texnologiya əsasında LED lampalarının
yandırılması, pilot layihələrin
həyata keçirilməsi, işıq parametrlərinin, həmçinin
marketinq
parametrlərinin təyin edilməsi, ayda
1500-2000 LED lampası hazırlamağa imkan
verən istehsal sahəsinin
yaradılması, Azərbaycanda və xüsusən Bakı
şəhərində işıqlanma sistemlərində
istifadə olunan mövcud
lampaların işıq korpuslarını dəyişmədən
daha qənaətcil və ekoloji
təmiz LED işıqlanma sistemləri ilə əvəzlənməsi
istiqamətində görüləcək işlər barədə
məlumat verilib.
Nigar Abdullayeva
Palitra.-2016.-6 dekabr.-S.11.