Sərgi işgüzar münasibətlərin qurulmasına kömək edir

 

Alpay Özçeviz: “4G sisteminə keçid üzrə işlər Türkiyədə Azərbaycandan tez başlasa da, Azərbaycanda bu sistemə keçid Türkiyədən daha tez baş verib”

 

Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları sərgisi başa çatdı. Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, İsrail, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkət iştirak edirdi ki, onların 40 faiziBakutel” sərgisinin daimi eksponentləri idi. Şirkətlər öz məhsullarını təqdim edərək müəyyən nəticələr əldə etdilər. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.

 

Ev üçün təhlükəsizlik sistemləri

Sərgi iştirakçılarından biri “ABV Limited” şirkəti idi. Şirkətin korporativ satış üzrə meneceri Araz Məmmədov bildirib ki, bu ilBakutel” sərgisində sistem təhlükəsizliyi sahəsində ixtisaslaşmış “ABV Limited” şirkəti öz tərəfdaşı - “Günko Endüstriyel Sistemler San. Tic. Ltd. Şti” şirkəti ilə müştərək ekspozisiya təşkil edib. “Günko” şirkətinin məhsul çeşidləri arasında anbarservis otaqları üçün stellajlar, kommutasiya panelləri (“patç-panel”) və lokal şəbəkələr üçün avadanlıqlar yer alır: “Bizim müştərək stenddə ziyarətçilərə akkumulyatorlar, kabellər, lokal şəbəkələr üçün avadanlıqlar, marşrutizatorlar, video-müşahidə kameraları və digər məhsullar təqdim edildi. Biz bütün peşəkar ziyarətçiləri - İT mütəxəssisləri, şirkətlərin satınalma şöbələrinin nümayəndələri və başqalarını öz stendimizdə görməkdən məmnun olduq. Qonaqlar bizim fəaliyyətimiz və təklif etdiyimiz avadanlıqlar, eləcə də tərəfimizdən təqdim edilən servis müqavilələri barədə tam məlumat əldə edə biliblər. Sərgi ziyarətçilərinin fəallığına gəldikdə isə bu da tədbirin yekununda əlverişli nəticələrin əldə ediləcəyinə zəmanət verirdi. “Bakutel” sərgisi buya digər xidmətlərin təchizatçı və istehlakçıları arasında görüşlərin keçirməsinə və danışıqların aparmasına, eləcə də işgüzar münasibətlərin qurulmasına kömək edir”.

 

Yüksək texnologiyalı (“ağıllı”) ev sisteminin inteqrasiyası

“Full Enterprise Corporation” (Çin) şirkətinin satış meneceri Ceyni Çju isə bildirib ki, adıçəkilən şirkət artıq 30 ildən çoxdur ki, bazarda fəaliyyət göstərir: Bizim şirkətBakutelsərgisində debüt edib. Şirkət İT texnologiyalarının işlənib hazırlanması üzrə ixtisaslaşır yüksək texnologiyalı (“ağıllı”) ev sistemlərinin, eləcə multimedia məhsullarının istehsalı ilə məşğuldur. Stenddə ziyarətçilərin nəzərinə datçiklər, dəyişdirici açarlar, işıqlandırma cihazları, elektrik açarlar, kameralar, təhlükəsizliyin təmin edilməsi vasitələri yüksək texnologiyalı ev sisteminə birləşdirilmək üçün nəzərdə tutulan digər avadanlıqlar təqdim olundu. Bizim avadanlıqlar, sistemlər evlərdə, hotellərdə, restoranlarda, sənaye müəssisələrində digər obyektlərdə istifadə oluna bilər.

Fikrimizcə, sərginin eksponentləri arasında olmaqda məqsəd Azərbaycan bazarında şirkətin fəaliyyətinin idarə olunması ilə yanaşı, brendimizin istehsal etdiyimiz məhsulların yerli bazarda təşviqi oldu. Həmçinin biz şirkətimizi bu ölkədə layiqincə təmsil edə biləcək yerli tərəfdaşlar tapmaq istəyirik. Biz “Bakutel 2016” sərgisindən razıyıq - bu sərgi qarşımızda böyük imkanlar açır biz Azərbaycan bazarında bütövlükdə regionda uğurlu fəaliyyət göstərəcəyimizə ümid edirik”.

 

Sərgi hər il böyük fayda gətirir

 

Sərgi iştirakçılarından biri “Global Security Sistemsşirkəti oldu ki, şirkətin icraçı direktoru Faiq Əsədullayevin sözlərinə görə, adıçəkilən şirkət texniki təhlükəsizlik mühafizə vasitələri üzrə texniki təchizat xidmətləri sahəsində bazarda zəngin təcrübəsinə malikdir: “GSS” şirkətinin təklif etdiyi məhsullar Avropanın aparıcı istehsalçılarının bir sıra yanğın-mühafizə siqnalizasiyası, peşəkar videomüşahidə, girişə nəzarət vaxtının uçotu, eləcə kommunikasiya avtomobilləri parketmə sistemləri kimi müxtəlif vasitə sistemlərin bütün xüsusiyyətlərini özündə əks etdirir. Stendimizdə ziyarətçilərə bu günlərdə metalaxtaran cihazlar, turniketlər, müşahidə kameraları, girişə nəzarət sistemləri idarəetmə panelləri kimi təkliflər təqdim edildi. Biz çoxillik fəaliyyətimiz ərzində zəngin peşəkar təcrübə toplamış, uğurlu işgüzar əlaqələr qurmuşuq. Müştərilərimiz arasında “Baku White City ”, “Kapital Bank”, ARDNŞ, “Lukoil Azerbaijan”, “APIK group” digər şirkətlər yer alır. Biz, demək olar ki, hər ilBakutelsərgisində iştirak edirik bu marketinq aksiyaları həmişə uğurlu olur. Bu sərgidə yeni potensial müştərilərlə işgüzar görüşlər keçirmiş danışıqlar aparmışıq. Bizə müasir təhlükəsizlik video-müşahidə sistemi avadanlıqları üzrə ilkin sifarişlər verilib. Biz gələcəkdə öz fəaliyyətimizi genişləndirmək, yaxın xarici ölkə bazarlarına daxil olmaq niyyətindəyik bu perspektiv möhkəm əsaslarla dəstəklənir, belə ki, sərgi bizə öz strategiyamızı formalaşdırmağa kömək edir”.

 

Texniki inkişafa xidmət edən innovasiyalar

Baktelecomşirkətinin Xətai Telefon Qovşağının internet xidməti bölməsinin rəhbəri Elçin Rzayev isə bildirib ki, təşkilatBakutelsərgisinin daimi iştirakçısı kimi hər il xeyli sayda ziyarətçini öz məhsul xidmətləri ilə sevindirib: “Texniki inkişaf xidmətindəki innovasiyalarBaktelecomşirkətində zamanın göstəricisinə çevrilib. Bizim stend bu günlərdə “GPON” texnologiyasının reklam edilməsi üzrə informasiya mərkəzinə çevrilib. Bu texnologiya Bakı şəhərində kommersiya individual istifadəçilər üçün optik-lif xidmətlərinin köməyi ilə müasir rabitə modelini sərfəli şərtlərlə təklif edir. Hazırda optik lif böyük informasiya axınının uzaq məsafələrə ötürülməsi üçün ən perspektivli vasitə hesab edilir. Optik lifli internet üçün elektrik daşıyıcı dalğaları yaratmaq məqsədi ilə işıq impulslarından istifadə edilir məlumatları çox yüksək sürətlə ötürmək üçün bundan istifadə etmək olar. Optik lifli internetin üstünlüyü məlumatların çox yüksək sürətlə ötürülməsi, siqnal gecikməsinin, demək olar ki, olmaması, videomüşahidəyə qoşulma imkanı, İP-telefoniya, interaktiv yayım, optik lifli kabellərin uzaq məsafələrə çəkilməsinin mümkünlüyü pulsuz texniki dəstək kimi cəhətlərdir.

Bizim şirkətin inkişaf perspektivləri arasındaağıllı evsisteminin istifadəyə hazır şəkildə layihələndirilməsi yer alır. Bu sərgilər, şübhəsiz ki, həm bu genişmiqyaslı tədbirin təşkilatçı iştirakçılarına, həm çoxsaylı peşəkar ziyarətçilərə böyük fayda gətirir. Biz artıq öz həmkarlarımız potensial müştərilərimizlə uğurlu görüşlər keçirmişik”.

 

Gələn il bizi böyük sıçrayış daha çox fəallıq gözləyir!

Sərgi iştirakçısı olanKomtelşirkətinin regional meneceri Alpay Özçeviz bildirib ki, TürkiyəninKomtelşirkəti ardıcıl olaraq altı ildir ki, “Bakutelsərgisində iştirak edir: “Biz rabitə operatorları üçün binalarda siqnal repiterlərini quraşdırırıq onlar son alıcı ilə birbaşa əlaqədə olmur. Bizim layihələr arasında “JW Marriott”, “Absheron”, “Fairmont”, “Jumeirah Beach Bilgahhotelləri, “Crystal Hall” konsert zalı digərləri yer alır. Biz aparıcı yerli “GSM” operatorları, eləcə nəhəng inşaat şirkətləri ilə əməkdaşlıq edirik.Komtelşirkəti Azərbaycandakı biznesini inkişaf etdirərək hər il ənənəviBakutelsərgisində hesabat müddəti ərzində əldə edilmiş nailiyyətlərini nümayiş etdirir. Biz bazardakı mövqeyimizi qorumaq, bu çətin vaxtda öz müştərilərimizin yanında olmaq üçün əlimizdən gələni edirik.

Deyə bilərəm ki, sərgi çərçivəsində həmkar tərəfdaşlarımızla apardığımız söhbətlər əminlik yaratdı ki, gələn il bizi böyük sıçrayış daha çox fəallıq gözləyir. Bizim şirkət tərəfindən reallaşdırılmış “SOCAR Tower” yeni ofis binasının da daxil olduğu layihələrə yeni maraqlı təkliflər əlavə olunub. Azərbaycanda biznes çox dinamikdir. Məsələn, 4G sisteminə keçid üzrə işlər Türkiyədə Azərbaycandan tez başlasa da, Azərbaycanda bu sistemə keçid Türkiyədən daha tez baş verib. Sərginin ilk günündə bizim stendi Türkiyənin nəqliyyat, gəmiçilik kommunikasiya naziri Əhməd Arslanla yanaşı, Azərbaycan Respublikasının Rabitə Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ziyarət etdi biz onlarla maraqlı danışıqlar aparmışıq. TürkiyəninTurksellTurksatkimi nəhəng rabitə operatorlarının təqdim olunduğu Türkiyə milli stendinin sərgidə iştirakı ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etdiyini göstərir”.

Nigar Abdullayeva

Palitra.-2016.-7 dekabr.-S.11.