BANM-in Prezident təqaüdçüsü:
“Qəbul imtahanında bu balı
toplamağı arzulayırdım”
“BANM-in Prezident təqaüdçülərinə
10 sual” layihəsində sualları BANM-in Proseslərin
avtomatlaşdırılması mühəndisliyi
ixtisasının I kurs tələbəsi Nigar Əhmədova
cavablandırır:
- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən 1999-cu ildə Göycay rayonunun Ləkçıplaq kəndində anadan olmuşam. 2005-ci ildə Ləkciplaq kənd 1 saylı orta məktəbində birinci sinfə getmişəm və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Hazırda I kurs tələbəsiyəm. Prezident təqaüdçüsüyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- İmtahana hazırlıq dövründə adətən çox stressli olurdum və imtahana son bir həftə qalmış daha çox həyəcanlı idim. Səbəbini bilməsəm belə, imtahan və ondan əvvəlki gün heç bir həyəcan və stress yox idi. Sadəcə olaraq, fikirləşirdim ki, səhər qəbul imtahanı deyil, adi bir sınaqdır.
- Nə qədər
bal topladınız?
- Qəbul imtahanında 690 bal topladım və əslində, bu balı toplamağı arzulayırdım.
- Niyə məhz BANM-i seçdiniz?
- İxtisasım üzrə
ən yaxşı təhsil verən ali təhsil
müəssisəsi kimi
məhz BANM-i gördüyüm üçün
buranı seçmək
qərarına gəldim.
- Ailənizin oxumağınızdakı
rolu haqqında nə demək istərdiniz?
- Ailəmin oxumağımda
həm mənəvi, həm də maddi cəhətdən çox böyük əməyi olub. Hər zaman ailəm mənə oxumağımla
bağlı dəstək
verib.
- Ən böyük arzunuz nədir?
- Ən böyük
arzum ixtisasıma yaxşı yiyələnmək
və ingilis dilini yaxşı öyrənməkdir. Əminəm ki, bu arzumu BANM-də gerçəkləşdirə biləcəm.
-İxtisasınız
haqqında nə demək istərdiniz?
- İxtisas haqqında
onu qeyd etmək istərdim ki, çox çətin, maraqlı və istedad tələb edən sənətdir. İnanıram ki, gələcəkdə
bu ixtisas sahiblərinə indikindən
daha çox ehtiyac və tələbat olacaq.
- Hobbiniz nədir?
- Maraqlı formada olan qələmləri toplamağı və saplardan müxtəlif geyimlər toxumağı xoşlayıram.
- Başqa hansı maraqlarınız
var?
- Bədii əsərləri
oxumağı və kinoya baxmağı çox xoşlayıram.
- Hansı janrda kitabları oxuyursunuz?
- Əgər kitab
maraqlıdırsa, mənim
üçün janrın
fərqi yoxdur. Ən çox sevdiyim kitab isə Cek Londonun “Martin İden” əsəridir. Bundan basqa, Xalid
Huseyninin “Min möhtəşəm
günəş”, ”Cərpələng uçuran
“ əsərlərini çox
xoşlayıram.
Nigar
Palitra.-2016.-7 dekabr.-S.13.