Sumqayıt Kimya Sənaye
Parkında istehsal olunacaq
məhsullar Avropa və MDB ölkələrinə
ixrac ediləcək
UNEC-in professor-müəllim
heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov və universitetin professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olub. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı
ilə reallaşdırılan
səfər zamanı
əvvəlcə Sumqayıt
Kimya Sənaye Parkının ofisində görüş keçirilib,
SKSP-də görülən
işlər barədə
məlumat verilib, təqdimat keçirilib.
Bildirilib
ki, Sənaye və Sosial zonalardan ibarət olan və ümumi
ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkının yeraltı və yerüstü infrastrukturu dövlət büdcəsi
tərəfindən maliyyələşdirilir.
Hazırda sənaye parkında
geniş infrastrukturun və müasir sosial zonanın yaradılması istiqamətində
işlər davam etdirilir. Qonaqların nəzərinə çatdırılıb ki,
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa
zaman keçməsinə
baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri
əsasında cəlb
edilmiş investisiyaların
həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək.
İnfrastruktur işləri ilə
yanaşı, sənaye
parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər
davam etdirilir. Vurğulanıb ki, Sumqayıt
Kimya Sənaye Parkının ərazisində
500 tələbənin təhsil
ala biləcəyi Peşə
Tədris Mərkəzi
fəaliyyət göstərəcək.
Yaxın
zamanlarda Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi
və növbəti tədris ilindən fəaliyyətə başlaması
nəzərdə tutulur.
Eyni zamanda sənaye parkında 3 təcrübə
emalatxanası tikiləcək.
Mərkəzdə təhsil alanların
əldə etdikləri
biliklərin təcrübədən
keçirilməsi üçün
emalatxanalarda lazımi
şərait yaradılması
nəzərdə tutulur.
Görüşdə Sumqayıt Kimya
Sənaye Parkının
rezidentləri və onların istehsal edəcəkləri məhsullar,
eləcə də Mingəçevir, Qaradağ
və Pirallahı sənaye parkları haqqında məlumatlar qonaqların diqqətinə
çatdırılıb. Qeyd olunub ki,
sənaye parkının
rezidentlərinin qeydiyyatı
“bir pəncərə”
sistemi ilə həyata keçirilir və rezidentlər 7 il müddətinə mənfəət, əmlak
və torpaq vergilərindən, həmçinin
idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə
ƏDV-dən və gömrük rüsumundan azaddır. Bütün bunlar isə
investisiya layihələrini
daha səmərəli
edir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri
tərəfindən istehsal
olunacaq müxtəlif
sənaye məhsulları,
o cümlədən polipropilen,
yüksək sıxlıqlı
polietilen, şüşə
lövhələr, ferroərintilər,
yüksək təzyiqə
davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə
ixracı nəzərdə
tutulur. Sonra qonaqlar sənaye parkının ərazisində
aparılan tikinti işləri, parkın ilk
rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri,
“SOCAR Polymer” layihəsi çərçivəsində
görülən işlərlə
yaxından tanış
olublar. Bildirilib ki, “Azertexnolayn”ın
zavodlarında polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edir və artıq
ümumi istehsalın
75%-ni ixrac edib. Müəssisədə 700 nəfər işlə
təmin olunub. “SOCAR Polymer” MMC tərəfindən
isə sənaye parkının ərazisində
polipropilen zavodunun tikintisi davam etdirilir. Sumqayıt şəhər sakinlərinin
tikinti işlərinə
cəlb edilməsinə
xüsusi önəm verilir. Layihənin investisiya dəyəri
750 mln. ABŞ dollarıdır. “SOCAR
Polymer” layihəsi son 40 ildə
bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya
sənayesində həyata
keçirilən ilk belə
layihədir. Ümumiyyətlə,
2017-ci ildə SKSP-də
yüksək təzyiqə
davamlı fitinqlər
və digər məhsullar istehsal edəcək “MST Engineering Services”, tikinti məhsulları və qatqılarını
istehsal edəcək Silisium və Kalsium İstehsalat Müəssisəsi, yüksəkkeyfiyyətli
sintetik və yarısintetik sürtgü
yağları istehsal edəcək “Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edəcək “Aqrokimya Azərbaycan” müəssisələri fəaliyyətə
başlayacaq. 2018-ci ildə
isə polipropilen və yüksək sıxlıqlı polietilen
istehsal edəcək
“SOCAR Polymer”, ferroərintilər istehsal edəcək “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”
və Float texnologiyası
əsasında şüşə
lövhələr istehsal
edəcək “AzerFloat”
müəssisəsi fəaliyyətə
başlayacaq. Bu müəssisələrdə
ümumilikdə 700-dən çox
yeni iş yerləri yaradılacaq. Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlıq zamanı SKSP ilə UNEC arasında əlaqələrin
yaradılmasının əhəmiyyəti
qeyd edilib və bu əməkdaşlığın
hər iki tərəf üçün
faydalı olacağı
vurğulanıb, universitetin
tələbələrinin Sumqayıt
Kimya Sənaye Parkına səfərlərinin
təşkilinə, sənaye
parkının Peşə
Tədris Mərkəzi
ilə əməkdaşlığına,
SKSP ilə birgə elmi tədqiqatların həyata keçirilməsinə
dair fikir mübadiləsi aparılıb.
Anar Miriyev
Palitra.-2016.-8 dekabr.-S.7.