Sərgi müxtəlif texnologiyaların nümayişinə imkan yaradıb

 

Lin Aypinq:

“Sərgi beynəlxalq biznes, xarici təşkilatlarla tanışlıq və sıx əməkdaşlığın qurulması, tərəfdaşlıq və dostluq münasibətlərinin yaradılması baxımından mühüm platformadır”

 

Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları sərgisi başa çatdı. Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, İsrail, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkət iştirak edirdi ki, onların 40 faiziBakutel” sərgisinin daimi eksponentləri idi. Şirkətlər öz məhsullarını təqdim edərək müəyyən nəticələr əldə etdilər. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.

 

Honeywell” şirkətinin məhsulları böyük maraq doğurub

Sərgi iştirakçılarından biri olanHoneywell” şirkətinin Türkiyə və Mərkəzi Asiya regionlarında biznesin inkişafı üzrə meneceri Hakan İkiz bildirib ki, öz stendlərində “Honeywell” şirkətinin mobil kompüterləri və ştrix-kod skannerlərini təqdim ediblər: “Bütün dünyada məşhur olan bu şirkətin məhsulları mühafizə və təhlükəsizliyi təmin edir, insanlara rabitədə olmağa, əməkdaşlıq etməyə və biznesin səmərəliliyini artırmağa kömək edir. Biz beynəlxalq “Bakutel” sərgisində debüt edirikbizim iştirakımız yeni tərəfdaş axtarışı və bu brendin Azərbaycan bazarında tanınma səviyyəsini artırmaqla bağlıdır. Bizim üçün sənaye sektoru çox maraqlıdır. “Honeywell” şirkətinin əsas istehlakçıları anbar, istehsalat, sənaye, satış xidməti və servislərin nümayəndələri və başqalarıdır. Sərgi alman planlarının reallaşdırılması üçün səmərəli platformadır. Sərginin ilk günündə biz artıq yerli bazarda bizim tərəfdaş və dilerimiz ola biləcək şirkətlərlə tanış olduq. “Honeywell” şirkətinin məhsulları sərginin qonaq və iştirakçılarının böyük marağına səbəb olub”. Düşünürəm ki, sərgi nəticəsində biz bir sıra faydalı tanışlıqlar qura və şirkəti tam həcmdə tanıda biləcəyik”.

 

“Cisco CMX”, “Lancope

“Firepower” sistemlərinin

üstünlükləri

Eurodesignşirkətinin layihə rəhbəri Fərid Nadirov isə bildirib ki, adıçəkilən şirkət İT xidmətləri, sistem inteqrasiyası, İT konsaltinq layihələrin idarə edilməsi sahələrində ixtisaslaşıb: “Biz artıq bir neçə dəfəBakutelsərgisində iştirak etmişik. “Cisco” brendinin premium tərəfdaşı kimi, biz öz stendimizdə bu dünyamiqyaslı istehsalçının bir neçə həll variantını təqdim etdik. Beləliklə, Bakı Ekspo Mərkəzinin ərazisində şirkətimiz 17 nöqtədə yüksək sıxlıqlı “Wi-Fi” internet şəbəkəsini təmin edib bu şəbəkə eyni anda mindən artıq istifadəçinin internetə daxil olmasına imkan verir. Sərginin bütün ziyarətçiləri şəbəkədən pulsuz istifadə edə bilirlər. Real vaxt üzrə internetdən istifadə statistikası bizim stenddə quraşdırılmış monitorlarda əks olundu. Biz bu üsulla yüksək səviyyəli mühafizə təhlükəsizliyi, eləcə fəal (profilaktik) monitorinqi təmin edən korporativ şirkətlər ictimai təşkilatlar üçün qəza vəziyyətlərini aradan qaldırmağa imkanı verən “Cisco CMX”, “Lancope “Firepower” kimi yeni sistemlərin üstünlüklərini ilk dəfə nümayiş etdirdik. Bu həll variantları şəbəkə infrastrukturunu tam vahid mərkəzdən idarə etməyə, proqram prosesləri müdaxilənin qarşısının alınmasının üzərində təkmilləşdirilmiş nəzarəti həyata keçirməyə imkan verir. Biz 20 ildən artıq müddət ərzində İKT bazarının aparıcı iştirakçılarını bir araya gətirənBakutelsərgisində öz təcrübəmizi uğur tarixçəmizi biznes-menecerləri, sənaye peşəkarları texnologiyaya bağlı olan bütün insanlarla bölüşməkdən məmnun olduq”.

 

Sinamşirkətinin ən aktual məhsulları

Sərginin digər iştirakçısı olanSinamşirkətinin prezidenti Elçin Əliyev deyib ki, “Bakutelsərgisinin daimi iştirakçısı kimi, adıçəkilən şirkətbuludsistemi üzrə həll variantlarının provayderi qismində çıxış edir: “Biz “elektron hökumətüçün informasiya sistemlərinin səmərəli şəkildə layihələndirilməsini həyata keçiririk. Stendimizdə həll variantları şəbəkəsi ən aktual məhsullar barədə məlumatlar təqdim edildi, belə ki, “SERP” sistemi pilot layihə rejimindən sənaye təyinatlı istismar mərhələsinə keçib büdcədən maliyyələşən müəssisələrə idarə edilən uçot mühasibat işlərini icra etməyə imkan verir. Azərbaycanın interaktiv xəritəsi - “GoMaptanınmış həll variantına inteqrasiya edilmiş yeniGoAZməhsulu reallıqla tamamlanmış servisi təqdim edir. Bu sistemin işləməsi üçün müvafiq tətbiqi mobilqacet”ə yükləmək kifayətdir. İstifadəçi xəritədəki hər hansı obyektin üzərinə basmaqla, həmin obyekt haqqında ətraflı məlumat əldə edə bilər.

“TIMS” sistemi şirkətimiz tərəfindən (o cümlədən Qırğızıstanda) fəal şəkildə təbliğ olunan xəzinə üçünbuludsistemi üzrə həll variantıdır. Şirkətin yeni həll variantları arasında hökumət üçün pilot istismar rejimində olan “SESDA” elektron sənəd dövriyyəsi sistemi yer alır. “ASAN xidmətüçün yeni layihə - yeni doğulmuş uşaqlar üçün onları bütün həyatı boru müşayiət edəcək şəxsi identifikasiya nömrəsi təqdim edilir. Bizim məqsədimiz şirkətin məhsullarını təkcə Azərbaycanda deyil, eləcə xarici ölkələrdə - Yaxın Şərq, Afrika Mərkəzi Asiya (Əfqanıstan, İraq, Tacikistan, Tanzaniya s.) ölkələrində təbliğ etməkdir. Biz “Bakutelsərgisini öz dostlarımızdan ibarət olan klub hesab edirik burada hər il müxtəlif ölkələri təmsil edən müştəri tərəfdaşlarımızla görüşmək, onlarla ünsiyyət qurmaq, habelə sənayedəki təmayülləri izləmək imkanı əldə edirik”.

 

Optik kabellərin əlli növü

“STP” şirkətinin mətbuat katibi Rustam Allahverdiyev isə bildirib ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoloji parkların yaradılması sahəsində ilk nümunə unikal kompleks kimi özündə 17 zavodu 25-dən artıq istehsal platformasını birləşdirir burada ən son texnoloji nailiyyətlər innovativ həll variantları ilə vəhdət tapır: “Biz “Bakutelsərgisində bir sıra yeni məhsulları təqdim etdik. Ötən ilin sonlarında STP Cənubi Qafqaz regionunda ilk dəfə olaraq optik kabellərin istehsalına start verib. Əgər biz ötən il optik kabellərin üç növünü təqdim etmişdiksə, bu il siqnalizasiya, telekommunikasiya, yanğınsöndürmə digər sistemlər üçün optik kabellərin əlli növünü sərgi ziyarətçilərinin diqqətinə çatdırdıq. Bundan başqa, biz sistem otaqları üçün dolab qutular təklif edirik. Nəhayət, ilk dəfə olaraq öz stendimizdə müxtəlif terminallar informasiya kioskları, Gömrük Komitəsinin sifarişi əsasında hazırlanmış elektron növbə sistemləri, elektron bəyannamələrin verilməsi üçün terminallar digər məhsulları təqdim etdik. Biz sərgidə yeni tərəfdaşlar, optik kabellər, elektron terminallar bizim digər məhsullarımızın istehlakçıları ilə tanış olmaq niyyətindəydik. Bakutelsərgisi öz işinə başladığı ilk gün ərzində bizi maraqlandıran təşkilatlarla görüşlər keçirmək onlarla əlaqələr qurmağa imkan verib”.

 

Antenaların geniş çeşidi

Sərgi iştirakçısı olan “BBT Antennas Inc” şirkətinin satış üzrə meneceri Lin Aypinq qeyd edib ki, “BBT Antennas” şirkəti Çində antenaların peşəkar etibarlı istehsalçılarından biri kimi tanınır: “Biz “Bakutelsərgisində ilk dəfə olaraq öz geniş məhsul çeşidimizi - “Wi-Fi”, “WiMAX”, “3G”, “LTE”, “VHF/UHF”, “GPS” digər şəbəkələr üçün telekommunikasiya antenalarımızı təqdim etdik bu antenalardan baza stansiyalarında simsiz rabitə sahələrinin yaradılmasında istifadə etmək olar. Biz telekommunikasiya avadanlıqlarının istehsalçıları inteqratorları ilə görüşlər keçirməkdə maraqlıyıq. Biz Azərbaycanda satış bazarı açmaq niyyəti ilə öz məhsullarımız barədə məlumat vermək, yerli şirkətlərlə münasibətlər qurmaq yeni müştərilər qazanmaq istəyirik. Bundan başqa, əminik ki, beynəlxalqBakutelsərgisi bizim maraq dairəmizə daxil olan regionun digər ölkələrinin nümayəndələri ilə görüşlər keçirmək danışıqlar aparmağa imkan verir. Sərgi beynəlxalq biznes, xarici təşkilatlarla tanışlıq sıx əməkdaşlığın qurulması, tərəfdaşlıq dostluq münasibətlərinin yaradılması baxımından mühüm platformadır”.

 

Yerli innovasiyaların böyük potensialı

“R.İ.S.K.” şirkətinin meneceri Ruslan Novruzov qeyd edib ki, şirkət “Bakutel- 2016” sərgisində onun öz təkmilləşdirmələrinə və tərəfdaşları - dünyanın aparıcı İT avadanlığı istehsalçılarının texnologiyalarına əsaslanan qabaqcıl həll variantları nümayiş etdirib. Bu ekspozisiyada əsas diqqət yüksək ixrac potensialına malik olan və artıq bütün dünyada qəbul edilən yerli innovativ həll variantlarına yönəldilib. Məsələn, bizim stenddə dünyanın iyirmidən çox ölkəsində yaxşı tanınan və səmərəli və təhlükəsiz aeronaviqasiyanı təmin edən “PANDA” markalı proqram tətbiqləri kompleksi təqdim olunub. Ziyarətçilər “Wi-Fisimsiz rabitəsini istehlakçıların üstünlük verdiyi məhsulların təhlil olunmasının və istehlakçılarla qarşılıqlı əlaqələrin güclü vasitəsinə çevirən, getdikcə daha böyük populyarlıq qazanan innovativWandaFi” texnologiyası ilə tanış olublar.IT-Expertise” (İT sahəsində peşəkar təcrübə) sahəsində həll variantları paketi regionda həyata keçirilən bir sıra ən böyük infrastruktur layihələrində artıq tətbiq olunub. “R.I.S.K.” şirkəti öz tərəfdaşları ilə birlikdə təhlükəsiz və böyük yüklüWi-Fi” şəbəkələrinin təşkil edilməsi üçün nəzərdə tutulan həll variantları silsiləsini və məlumat nəqli şəbəkələrinin təhlükəsizliyi və səmərəsinin yüksəldilməsinə yönəldilən ən yeni məhsulları təqdim edir. “R.I.S.K.” şirkətinin stendini ziyarət edən insanların bu həll variantlarını sınaqdan keçirməsi və sınaqların təcrübi nəticələri ilə tanış olması, habelə bizim şirkətin texniki mütəxəssislərindən ekspert tövsiyələri, eləcə də məsləhət alması üçün əla imkan yaradıldı”.

 

Nigar Abdullayeva

 

Palitra.-2016.-9 dekabr.-S.11.