Müəllimlərə İKT biliklərinin verilməsi istiqamətində davamlı görülür

 

İKT üzrə bilikləri effektiv qavrayan müəllimin daxilində yaradıcılığa meyil artır

 

Məlum olduğu kimi, təhsil sisteminin informasiyalaşdırılması prosesində müəllim əsas yer tutur. Təhsilin informasiyalaşdırılmasının müvəffəqiyyəti məhz müəllimin İKT sahəsində biliklərinin səviyyəsindən onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Maraqlıdır ki, Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində pedaqoji hazırlığın komponenti üzrə atılan addımlar tam olaraq dünya müəllimlərinin İKT üzrə biliklərinin artırılması istiqamətində müşahidə edilən islahatlarla da eynilik təşkil edir.

Müəllimlərə İKT üzrə biliklərin verilməsiMədəd Azərbaycantəşkilatı tərəfindən həyata keçirilir. Qeyd edək ki, “Mədəd Azərbaycan”nın missiyası dövlət qulluqçuları, biznes vətəndaşların peşəkar inkişafı üçün öyrənmə prosesində innovasiya təhsil imkanları təklif etməkdir. Mədəd Azərbaycan” 1999-cu ildə təsis olunub 2000-ci ildə rəsmi qeydiyyata alınıb. 17 ildən artıq yerli beynəlxalq təcrübəyə malik olanMədəd Azərbaycanyaradıcı konstruktiv yanaşmaya əsaslanaraq Azərbaycan Respublikasında təhsilin, İKT-nin, sosial-iqtisadi sahənin, səhiyyə sektorunun inkişafına töhfəsini verib.

Mədəd Azərbaycanmüvəffəqiyyətlə müstəqil varlığını təsis edib təhsilin inkişafı, İKT-nin təhsilə tətbiqi, təhsil müəssisələrinin yenidənqurma işləri tikintisi, yerli icmaların inkişafı, səhiyyə xidmətləri, sahibkarlığın inkişafı kimi sahələrdə müxtəlif istiqamətli yaradıcı, faydalı davamlı proqramlar həyata keçirib.

 

Müəllimlərin maraqlarını təbliğ etmək üçün necə bilik innovasiya mərkəzinə çevrilmək olar?

2005-ci ildən etibarənMədəd AzərbaycanTəhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının beş istiqamətindən birini yerinə yetirmək məqsədilə Təhsil Nazirliyi ilə tərəfdaşlıq edir. 2013-cü ilə olan göstəricilərə görə, “Mədəd Azərbaycantəşkilatının həyata keçirdiyi fəaliyyət nəticəsində ölkənin 39 rayonundan olan 100 000-dən çox təhsil səhiyyə işçisi həmçinin sahibkarların peşəkarlıq səviyyəsi bacarıqları təkmilləşdirilib.

Mədəd Azərbaycantəşkilatının əsas məqsədləri bunlardır: hökumətlərin milli elektron təşəbbüslərini məsləhət ekspertiza yardımı ilə təmin etmək üçün etibarlı təşkilat, məsləhətçi təlim tərəfdaşı olmaq; yerli biznesi təhsil peşəkar inkişaf sahəsində innovativ imkanlar məsləhətlər ilə təmin etmək üçün etibarlı tərəfdaş, məsləhətçi ekspert olmaq; beynəlxalq korporasiyaları yerli təmsilçi təhsil bazarı mütəxəssisi xidmətləri ilə təmin etmək üçün etibarlı, şəffaf institusional tərəfdaş olmaq; müəllimlərin maraqlarını təbliğ etmək üçün bilik innovasiya mərkəzinə çevrilmək; öz əməkdaşlarına peşəkar inkişafı, yaradıcı mühiti səmərəli təcrübəni təklif edən dinamik dəyərverən təşkilata çevrilməkdir.

Müasir informasiya kommunikasiya texnologiyaları təhsil sahəsindən başlayaraq iqtisadi inkişaf sahəsinə qədər bütünMədəd Azərbaycan”ın proqramlarının əsas dayağıdır. Mədədtəşkilatı Azərbaycanın təhsil sisteminə innovativ tədris həll yollarını təqdim edən ilk milli təşkilatdır. Məktəblərin Şəbəkələşdirilməsi Layihəsi çərçivəsindəMədəd Azərbaycantəşkilatı Azərbaycanın yeni texnoloji kurikulumun anlamasını artırmaq məqsədilə orta məktəbləri kompüter avadanlığı internetə çıxış imkanı ilə təmin edib.

Ümumiyyətlə, “Mədəd Azərbaycan”ın informasiya texnologiyalarının təkmilləşdirilməsi proqramları hədəf icmalarda imkanlarını artırdı məktəb ictimai kitabxanaları canlı icma inkişafı institutlarına çevirməklə onların fəaliyyətlərini yenilədi. Hal-hazırda, “Mədəd Azərbaycanölkə üzrə ictimai kitabxanalarda yerləşən yerli icmalar üçün İnternetə pulsuz çıxış kompüter kursları təmin edən 10 İcma İnformasiya Resurs Mərkəzini idarə edir.

 

Müəllimlərə sinif otaqlarında XXI əsr öyrənmə üsullarını istifadə etmək üçün imkan yaradılır

"Mədəd Azərbaycan" təşkilatı təhsil sahəsində informasiya kommunikasiya texnologiyalarının istifadəsini tətbiq edir. Bu, müəllimlərə sinif otaqlarında XXI əsr öyrənmə üsullarını istifadə etmək üçün imkan yaradır. Təşkilatın fəaliyyəti ölkənin təhsil sistemində texnologiya uğurlu beynəlxalq təcrübədən istifadənin inkişafında mühüm rol oynayır. "Mədəd Azərbaycan" məktəblərdə açıq öyrənmə mühiti yaratmaqla müəllimlərə ən yaxşı innovativ təcrübələri tədqiq etmək üçün yardım edir. Bu mühit aşağıda qeyd olunan yollarla yaranır: müzakirə fikir mübadiləsini tətbiq etmək məqsədilə sinif otaqlarını konstruktiv təhsil mühitinə çevirmək; şagirdlərin müsabiqələrdə, əməkdaşlıqda komanda işində iştirak etməyə cəlb olunması; interaktiv öyrənmə vasitəsilə sosial liderlik qabiliyyətlərin inkişafı; “öyrənmə davamlı əməkdaşlıq qarşılıqlı əlaqə əsasında idarə olunan sosial prosesdir” - ideyasını formalaşdırmaq.

Mədəd Azərbaycantəşkilatı müxtəlif hədəf qrupları üçün genişmiqyaslı inkişafa dəstək layihələri vasitəsilə texniki yardım edir. Təşkilat sosial, iqtisadi ekoloji aspektləri nəzərə alaraq, öz hədəf icmalarının mühüm problemlərini həll etmək məqsədi ilə kompleks yanaşma təklif edir. Fəal vətəndaş iştirakını həvəsləndirərək, “Mədədinkişaf istiqamətində birgə yanaşmanı təmin etmək üçün yerli ekspertiza məsləhət vasitələrini istifadə edir. Təşkilatın inkişaf yardımı istiqamətinin əsas formaları bunlardır: qabaqcıl texnoloji təcrübələri tətbiq etmək, təhsil imkanlarını təmin etmək, maliyyə mənbələrinə marketinq xidmətlərinə çıxışı təmin etmək, yerli əhali arasında fövqəladə yardım üçün çoxsahəli layihələrin təmin olunması.

“Mədəd Azərbaycan”ın müəssisə inkişafı proqramları, əsasən, şimal-şərqi Azərbaycanda cəmlənib. “Mədəd” İcma İnformasiyaBiznes İnkişaf Mərkəzlərlərində (İİBİM) keçirilən sahibkarlıq təlimləri və biznes konsultasiyaları vasitəsi ilə yerli fermerləri, kiçikorta sahibkarları (KOM) dəstəkləyir. Bu mərkəzlərin köməyi ilə təşkilat benefisiarlara mövcud bazar tələblərinə cavab vermək üçün yüksək keyfiyyətli yerli məhsulların təchizatını təmin etməkdə yardım edir, sahibkarlar arasında işgüzar əlaqələri stimullaşdırır, yerli istehsalı təşviq edir, maliyyə əldə etmək üçün imkan yaradır və biznes təlimləri keçirir. "Mədəd Azərbaycan"nın fəaliyyəti nəticəsində 3000-dən artıq insan mütəmadi olaraq İİBİM xidmətlərindən istifadə edir və artırılan gəlir barədə hesabatlar təqdim edir.

“Mədəd” təşkilatından verilən məlumata görə, müəllimlər üçün treninqləri 250 nəfər təlimçi və inzibati heyət aparır. “İntel”, “Relief International”, “Microsoft”, HP, BMT-nin İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq edən “Mədəd” müəllimlərin İKT üzrə biliklərinin təkmilləşdiriləsi üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirib. Azərbaycanda təhsil sahəsində çalışanların İKT üzrə biliklərinin artırılması üçün beynəlxalq tədris proqramları bazasında “Müəllimlərin peşəkar səviyyəsinin təkmilləşdirilməsi”, “İntel-gələcək üçün təhsil”, “Pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT-nin təhsildə tətbiqi və idarəetmə sistemləri üzrə maarifləndirilməsi”, “Elektron məktəb” kimi kurikulumlar hazırlanıb və təlim prosesi məhz onlar əsasında qurulub. Dövlət proqramı çərçivəsində təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsi Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 90 təlim mərkəzi vasitəsilə keçirilir.

İKT üzrə bilikləri effektiv qavrayan müəllimin daxilində yaradıcılığa meyil artır və treninq vasitəsilə stimullaşdırılan bu proses müəllimin davamlı olaraq peşəkar inkişafı üçün zəmin yaradır.

Fuad Hüseynzadə

 

Palitra.-2016.-10 dekabr.-S.11.