“Bakutel-2016” sərgisi dünya
mətbuatında geniş
işıqlandırıldı
İtaliya qəzeti
“Bakutel-2016”-nı Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi
adlandırıb
Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başa çatdı. Həmin sərgi bir sıra xarici ölkələrin KİV-lərində geniş işıqlandırıldı. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin məlumatları oxucuların diqqətinə çatdırırıq.
Sərgi Azərbaycanın regionda telekommunikasiya və informasiya texnologiyaları biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir
Prezident İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib. “Euronews” telekanalı dövlətimizin başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb. Reportajda “Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan “Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin informasiya texnologiyaları istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır. Reportajda bildirilir ki, artıq 22-ci dəfə keçirilən “Bakutel” sərgisində bu il təxminən 20 ölkəni təmsil edən 200-dən çox şirkət, həmçinin 7 aparıcı korporasiya iştirak edir. Burada yalnız fikir deyil, eyni zamanda, ideya mübadiləsi aparılır. Süjetdə Prezident İlham Əliyevin sərgidə iştirakı xüsusi vurğulanır. Dövlətimizin başçısının sərginin iştirakçılarını, təşkilatçılarını və qonaqları salamladığı diqqətə çatdırılır. Prezident İlham Əliyev “Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək. Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri - sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, informasiya texnologiyaları sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və informasiya texnologiyaları biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir. Reportajda bildirilir ki, “Bakutel” sərgisində videooyunlar və virtual reallıqla bağlı sahələr üstünlük təşkil edir. Sərgi çərçivəsində “WorldShop” realiti market fəaliyyət göstərir. Burada, həmçinin telekommunikasiya şəbəkəsi, simsiz rabitə, peyk rabitəsi və onunla bağlı texnologiyalar, informasiya texnologiyaları sahəsində ofis texnologiyaları, həmçinin 4G və 5G formatında mobil texnologiyaların ekspozisiyaları var. Reportajın müəllifi sərginin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edərək deyir: “İnformasiya texnologiyaları məhsullarının yeniliklərinin nümayişi üçün mühüm platforma olan “Bakutel” həm region, həm də bütün dünya üçün möhkəm işgüzar əlaqələrin qurulduğu əsas biznes meydançası statusunu qazanıb”.
İtaliyanın
“L’opinione” qəzeti “Bakutel”
sərgisindən yazıb
“Bakutel-2016” XXII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransına həsr olunan digər məqalə İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” adlı məqalə dərc edilib. Beynəlxalq tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi adlandırır. D.Letisiya tədbirin telekommunikasiya sahəsində aparıcı şirkətlərin öz məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaratmaqla yanaşı, yeni fikir və təcrübənin bölüşülməsi üçün platforma olduğunu bildirir. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla, bir sıra Avropa dövlətlərindən, ümumilikdə, 200-dən çox şirkətin qatıldığını qeyd edir. Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə də danışılır.
Habelə bildirilir ki, İtaliya-Azərbaycan ticarət palatası rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən italyan şirkət və təşkilatlarını bu tədbirdə iştiraka təşviq edib. Məqalədə “Bakutel”in yerli şirkətlərin öz məhsullarını xarici bazarlara çıxarmaq üçün şərait yaratdığı da qeyd olunur.
Jurnalist “Bakutel-2016”nın təqdim etdiyi yeni layihələr arasında görmək qabiliyyətini itirmiş uşaqlar üçün audiokitabxana və muzey materialların rəqəmsal saxlanılması layihələrinin xüsusi maraq doğurduğunu vurğulayır. Məqalədə, həmçinin Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyi diqqətə çatdırılır.
“Bakutel-2016”
Türkiyə mətbuatında
“Bakutel-2016” səgisi Türkiyənin də bir sıra KİV-lərində geniş işıqlandırıldı. Onlardan biri kimi “haberler.com” saytı “Bakutel-2016” sərgisinə geniş yer ayırdı. “Türk Telekom International`a BAKUTEL 2016`da Büyük İlgi” başlıqlı yazıda göstərilirib ki, “Türk Telekom International”, Azərbaycanda təşkil edilən 22-ci “Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edib. “Türk Telekom International” öz təklifləri ilə ziyarətçilərin böyük marağına səbəb olub.
“Türk Telekom”un beynəlxalq rabitə və məlumatların fəaliyyətlərinə cavabdeh olan “Türk Telekom International”, sərgiyə qatılaraq iştirakçı təşkilatlar üçün xüsusi təqdimat keçirib. Texnologiya dünyasının qabaqcıl şirkətlərinin qatıldığı, xüsusilə Avrasiya bölgəsinə məxsus və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənən sərgi çərçivəsində əhəmiyyətli danışıqlar reallaşdırılıb.
“Türk Telekom”un beynəlxalq gücünün önə çıxdığını yazan saytda göstərilir ki, sərginin açılış günü Prezident İlham Əliyev, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan da “Türk Telekom International”ın stendini ziyarət ediblər.
Sərgidə nazir Ahmet Aslan və nazir Ramin Quluzadə, eləcə də digər səlahiyyətli şəxslərin iştirakı ilə keçirilən görüşlərdə “Türk Telekom” un rəhbərliyi ilə başlanan və "fiber ipək yolu" olaraq tanınan TASİM (Trans-Avrasiya Super İnformasiya şoses) layihəsinin ən qısa müddətdə həyata keçirilməsi mövzusunda razılığa gəliblər.
“Bakutel-2016”da “Azin Telecom”un baş direktoru Leyla Məmmədova ilə İnformasiya Texnologiyaları və Əlaqə Təşkilatının (BTK) başçısı Ömər Fatih Sayan, BTK üzvləri ilə “Türk Telekom” un Topdan Müştəri İş bölümünün başçısı Yavuz Yıldırımın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasındakı rabitə keyfiyyətinin daha yüksək səviyyəyə qaldırılması üçün danışıqlar aparılıb.
“Türk Telekom International”un icraçı direktoru Mehmet Toros bildirib
ki, “Bakutel” ilə əlaqədar
qiymətləndirməsində "Türk
Telekom”un beynəlxalq topdan rabitə və məlumatların infrastruktur satış və marketinq
fəaliyyətlərindən məsul şirkəti olaraq hədəfimiz, şirkəti gələcəkdə
ölkəmizi bölgənin məlumat mənbəyi
etməkdir: “40 min kilometri
keçən fiber-optik xarici
şəbəkəmiz ilə Türkiyənin Avropa
ilə Asiya arasında bir
telekommunikasiya körpüsü
və məlumatların qovşağı halına gəlməsi
və qlobal mövqeyini
daha da gücləndirməsi
üçün
çalışırıq. Bizim üçün
Avrasiya bölgəsindəki potensial və mövcud
beynəlxalq müştərilərlə görüşmək
və yeni imkanlar əldə
etmək üçün əhəmiyyətli
bir platforma olan “Bakutel-2016”`da önemli görüşlər keçirərək
fərqli ölkələrdəki yeni əməkdaşlıq
imkanlarını müzakirəyə qoyduq.
“Türk
Telekom International”, Türkiyənin gücünü qlobal arenada göstərməyə
davam edəcək”.
Sərgi
ziyarətçiləri, “Türk
Telekom International” stendində, şirkətin Orta və Şərqi Avropa, Türkiyə, Orta Şərq və Qafqaz bölgələrini də
əhatə edən
40-dan çox ölkədə
operatorları, alternativ
daşıyıcıları, mobil operatorları, kabel TV şirkətləri,
internet xidməti təmin
edənlər və digər təşkilatların
müştərilərinə təqdim etdiyi məhsullar haqqında məlumat əldə etmə fürsəti tapdı. “Türk
Telekom International” sərgi boyunca
beynəlxalq iştirakçıların
maraq mərkəzi oldu.
Nigar Abdullayeva
Palitra.-2016.-13 dekabr.-S.11.