BANM-in Prezident təqaüdçüsü:
“Ən böyük arzum
nanotexnalogiya sahəsində kəşfə
imza atmaqdır”
Bakı
Ali Neft Məktəbinin
(BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin
“BANM-in prezident təqaüdçülərinə
10 sual” layihəsində sualları BANM-in Proseslərin
avtomatlaşdırılması mühəndisliyi
ixtisasının I kurs tələbəsi Aysu Həmidli cavablandırır:
- Zəhmət olmasa, özünüz
haqqında ətraflı məlumat verin.
- Mən Həmidli Aysu Natiq qızı 3 iyul 1999-cu ildə Şəki şəhərində anadan olmuşam. 2005-ci ildə Şəki şəhər liseyində təhsil almağa başlamışam. İkinci sinifdən dördüncü sinfə qədər ibtidai təhsilimi Bakı şəhəri 132 saylı orta məktəbdə almışam. 8-ci sinfə qədər təhsilimi 225 saylı orta məktəbdə davam etdirmişəm. 9-cu sinifdən etibarən təhsilimi Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyində davam etdirərək 2016-cı ildə liseyi əla qiymətlərlə bitirmişəm. 2007-2012-ci illərdə Bakı şəhəri K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbində skripka ixtisası üzrə təhsil almışam və məktəbi qırmızı diplomla bitirmişəm. 2012-ci ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş musiqi yarışmasında birinci yerə layiq görülmüşəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- Ailə üzvlərim və müəllimlərim imtahandan öncə mənə çox böyük mənəvi dəstək oldular. Onların sayəsində mən imtahana psixoloji olaraq tam hazır idim və heç bir tərəddüd etmədən imtahanı uğurla başa vurdum.
- Nə qədər bal topladınız?
- İmtahandan 685 bal toplamışam.
- Niyə məhz BANM-i seçdiniz?
- Azərbaycanda güclü
təhsil verən universitetlərdən biri olduğu üçün
və gələcəkdə
işlə təmin olunma şansına görə BANM-i seçdim.
- Ailənizin oxumağınızdakı
rolu haqqında nə demək istərdiniz?
- Orta məktəbə getdiyim ilk illərdən bəri ailə üzvlərim hər zaman mənə dəstək olublar. Ailəmlə mənim fikir
və arzularımın
üst-üstə düşməsi
mənim nailiyyətlərimə
səbəb olub.
- Ən böyük
arzunuz nədir?
- Ən böyük
arzum nanotexnologiya sahəsində böyük
bir kəşfə imza atmaq və
Azərbaycanı bu sahə üzrə inkişaf etdirməkdir.
- İxtisasınız
haqqında nə demək istərdiniz?
- Proseslərin avtomatlaşdırılması
bir çox sahələrdə tətbiq
olunur və hal-hazırda Azərbaycanda
bu sahə üzrə təhsil alan mühəndislərə
çox böyük ehtiyac duyulur.
- Hobbiniz nədir?
- Kitab oxumaq, çünki
mənim fikrimcə, kitab oxuyaraq insan sadəcə yeni məlumatlar əldə etmir, həmçinin özünü
kəşf edir. Skripka çalmaq, çünki musiqidən zövq almağın ən yaxşı yolu mənim üçün budur.
- Başqa hansı maraqlarınız
var?
- Ən böyük
marağım yapon dilini tam öyrənməkdir
və bunu öyrənməkdə məqsədim
texnologiya sahəsində
en qabaqcıl ölkələrdən
biri olan Yaponiyada təhsilimi davam etdirməkdir.
- Hansı janrda kitabları oxuyursunuz?
- Bir çox janrlarda kitablar oxuyuram, ancaq ən çox üstünlük verdiyim elmi fantastika janrına aid olan kitablardır.
Nigar
Palitra.-2016.-15 dekabr.-S.13.