“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun
vurulub
Sahib Məmmədov:
“İ ndiyədək
ölkəmizdə 4500-dən çox gənc
sahibkara 307,9 milyon manat güzəştli kredit
verilib, bu kreditlər
hesabına 14200-dən çox yeni iş yerləri
yaradılıb”
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat,
Gənclər və İdman nazirliklərinin,
Prezident yanında Gənclər Fondunun, Prezident yanında
Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri,
biznes inkubator
iştirakçıları və Xaçmaz
şəhərində fəaliyyət göstərən
gənc sahibkarlar və menecerlər iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Prezidentin rəhbərliyi ilə ölkədə
sahibkarlığın inkişafı, biznes
mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin
gücləndirilməsi və onların hüquqlarının
etibarlı müdafiəsi istiqamətində həyata
keçirilən islahatlar barədə məlumat
verib. Nazir müavini ölkədə gənclərin
məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə,
gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə
daim diqqət və qayğının
göstərildiyini vurğulayıb. Bildirilib ki,
gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
indiyədək ölkəmizdə 4500-dən çox
gənc sahibkara 307,9 milyon
manat güzəştli kredit
verilib, bu kreditlər
hesabına 14200-dən çox yeni iş yerləri
yaradılıb. Biznes inkubatorların yaradılması gənclərin
sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas
mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz
Regional İnkişaf
Mərkəzində yaradılmış biznes
inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının
dəstəklənməsinə, məşğulluğun
artırılmasına, eləcə də iqtisadi
rayonun inkişafına töhfə verir. Son illər ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq
ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin
keçirilməsinin gənclərin sahibkar
kimi formalaşmasında mühüm
rol oynadığı və bu işlərin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, bu
cür tədbirlərdən olan "İdeyadan biznesə
doğru” müsabiqəsinin keçirilməsində
məqsəd biznes inkubator
iştirakçılarının sahibkarlıq təşəbbüslərinin
dəstəklənməsi, yeni biznes və məşğulluq
imkanlarının yaradılması, gənclərin perspektivli və innovativ biznes ideyalarının
müəyyən edilməsi və onların həyata
keçirilməsinin stimullaşdırılmasıdır. İqtisadiyyat Nazirliyinin,
"ASAN Xidmət"in, Gənclər Fondunun
nümayəndələri və digər
iştirakçılar gənclərə göstərilən
diqqət və qayğının artdığını, gənclərin
yaradıcılıq və məşğulluq təşəbbüslərinin
daha da genişləndiyini
qeyd ediblər. Sonra Quba-Xaçmaz
Regional İnkişaf
Mərkəzində fəaliyyət göstərən biznes inkubator
iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi
məqsədi ilə elan olunmuş
“İdeyadan biznesə doğru”
müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib.
Biznes inkubatorun 19
iştirakçısına təlimlərdə fəal
iştiraklarına görə sertifikatlar verilib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində
fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları
iştirakçılara təqdim edilib.
Cavidan
Palitra.-2016.-21 dekabr.-S.10.