Səhnəmizin və kinomuzun
“Qaynana”sına həsr edilən kitabın təqdimatı keçirilib
Dünən Azərbaycan Teatr
Xadimləri İttifaqında
(ATXİ) teatr və kino sənətimizin görkəmli nümayəndəsi,
Dövlət mükafatı
laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə
həsr edilmiş “Ömrün səhifələri”
kitabının təqdimat
mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, ATXİ-nin sədri, Xalq Artisti, professor Azərpaşa
Nemət N.Zeynalovanın
100 illik yubiley tədbirlərinin yüksək
səviyyədə qeyd
olunması ilə əlaqədar Prezident İlham Əliyevin
2016-cı il martın
17-də Sərəncam imzaladığını
bildirib. Sərəncama əsasən, ömrünün
60 ilindən çoxunu
bu sənətə həsr etmiş N.Zeynalovanın yubileyi münasibətilə mədəniyyət
müəssisələrində silsilə tədbirlərin
keçirildiyi diqqətə
çatdırılıb. Bildirilib ki, Azərbaycan teatr və kino
sənətinin görkəmli
nümayəndəsi, kinomuzun
və səhnəmizin
“Qaynana”sı N.Zeynalova
bənzərsiz sənəti
ilə milli mədəniyyət tarixinə
adını qızıl
hərflərlə həkk
etdirmiş sənətkarlardandır.
O, böyüklü-kiçikli, peşəsindən, vəzifəsindən,
dünyagörüşündən asılı olmayaraq hamı tərəfindən
eyni məhəbbətlə
sevilən, eyni hərarətlə qarşılanan
səhnə ustası
idi.
Xalq artistləri - Hacı İsmayılov, İlham Namiq Kamal, Arif
Quliyev, Ramiz Məmmədov, Ağakişi
Kazımov, Canəli Əkbərov, o cümlədən
rejissor Məhərrəm
Bədirzadə, kinoşünas,
Əməkdar İncəsənət
Xadimi Aydın Kazımzadə və digər çıxış
edənlər N.Zeynalova
haqqında xatirələrini
bölüşüblər. Qeyd olunub ki, Nəsibə
xanım qüdrətli
sənətkar kimi parlaq yaradıcılıq
yolu keçib və yüksək fitri istedadı sayəsində Azərbaycan
mədəniyyət salnaməsində
silinməz iz qoyub. Onun milli teatr səhnəsində və
ekran əsərlərində
insan təbiətinin mürəkkəbliklərini məharətlə
canlandırdığı silsilə
xarakterlər özünün
dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı
ilə seçilən
nadir sənət inciləridir.
Görkəmli sənətkarın həyatı
barədə danışan
natiqlər bildiriblər
ki, N.Zeynalova Azərbaycan televiziyasında
onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda,
intermedialarda çıxış
edib, həmçinin
“Azərbaycanfilm”in çoxlu
ekran əsərlərində
çəkilib. Kino obrazları içərisində N.Zeynalovanın
Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli
xala (“Bəyin oğurlanması”) rolları
daha canlı və daha şöhrətlidir.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının
məsul katibi, teatrşünas, kitabın
müəllifi Aidə
Qafarova kitabın ərsəyə gəlməsində
göstərdikləri köməyə
görə Mədəniyyət
və Turizm Nazirliyinə və mərhum sənətkarın
ailəsinə minnətdarlığını
bildirib. Təmsil etdiyi qurumun dünyasını dəyişmiş
görkəmli sənətkarlara
həsr etdiyi altıncı kitabın
“Elm və təhsil” nəşriyyatında nəfis
tərtibatla, üç
dildə çapdan çıxdığını deyən A.Qafarova bildirib ki, 132 səhifəlik kitabda görkəmli sənətkara
təqdim olunan fəxri mükafatlar, yubileylərinin keçirilməsi
haqqında Sərəncamlar,
ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə görüşlərini,
rayonlara səfərlərini,
afişalarını və
ailə üzvlərini
əks etdirən 50-dən
çox şəkli yer alıb.
Təqdimat mərasimində sənətkarın
keçdiyi ömür
yolu, yaratdığı
rollar videomateriallar vasitəsilə bir daha iştirakçılara
təqdim edilib.
Sonda mərhum sənətkarın
nəvəsi Nəsibə Əsgərova kitabın müəllifinə,
tədbirin təşkilatçılarına və
iştirakçılarına ailəsi adından minnətdarlığını
bildirib.
Mahmud
Palitra.-2016.-20 dekabr.-S.13.