Humanist pedaqogika
üzrə II beynəlxalq
konfrans keçirilir
Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) təhsilin
keyfiyyətinin yüksəldilməsi,
şəffaf və obyektiv təhsil mühitinin yaradılması,
maddi-texniki bazanın və elmi-pedaqoji kadr potensialının gücləndirilməsi, universitetin
tədris-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi
məqsədilə islahatların,
mütərəqqi təşəbbüs
və ideyaların, müxtəlif layihələrin
həyata keçirilməsi
ilə yanaşı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə
və tətbiq edilməsinə də xüsusi diqqət yetirilir. Bu baxımdan
ADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin
(RHPM) birgə təşkilatçılığı
ilə universitetdə
21-25 dekabr 2016-cı il
tarixlərində Humanist pedaqogika
üzrə “Təhsildə
mənəvi-əxlaqi dəyərlər:
harmonik şəxsiyyətin
inkişafı” mövzusunda
keçirilən II beynəlxalq
konfrans-seminar diqqətəlayiqdir.
Qeyd edək ki, tədbir
21-22 dekabr tarixində
Humanist pedaqogika üzrə
oxuları və 23-25 dekabr tarixlərində keçiriləcək beynəlxalq
seminarı ehtiva edir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov
beynəlxalq konfrans-seminarı
giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb.
Rektor bildirib ki, Təhsil
Nazirliyinin dəstəyi
ilə keçirilən
bu tədbir pedaqoji ictimaiyyət üçün mühüm
əhəmiyyət kəsb
edir. Müasirliyə
və yeniliyə xidmət edən, universitet, institut və təhsil idaredən qurumların rəhbərlərinin, millət
vəkillərinin, pedaqojiyönümlü
ali təhsil müəssisələrinin, pedaqoji
kolleclərin, paytaxtımızda,
eləcə də respublikamızın müxtəlif
bölgələrində fəaliyyət
göstərən bir
çox ümumi təhsil məktəblərinin
direktorlarının və
müəllimlərinin, məktəbəqədər
təhsil müəssisələrinin
müdirlərinin, tərbiyəçilərinin,
bu sahənin tanınmış mütəxəssislərinin,
təhsil ekspertlərinin
iştirak etdiyi bu beynəlxalq konfrans-seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə
ediləcək. Qeyd edib ki, seminar və humanist pedaqogika üzrə oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi,
psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının
akademiki, Beynəlxalq
Humanist Pedaqogika Assosiasiyasının
prezidenti, yazıçı
Şalva Aleksandroviç
Amonaşvilidir. Tədbirdə həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli
pedaqoq-alimlərinin təqdimatlarının
dinlənilməsi nəzərdə
tutulur. Novator pedaqoq Şalva
Amonaşvili öz təcrübəsini və
uşaqlara olan dərin, təkrarolunmaz sevgisini və biliyini cəlbedici və virtuoz formada dinləyicilərlə
bölüşəcəkdir. Şalva Amonaşvilinin müəllif seminarında
humanist pedaqogikanın əsaslarının
dərindən öyrənilməsi,
humanist pedaqogikanın və
şəxsiyyətyönümlü prinsiplərin təcrübi
yanaşması, müasir
dünyamızda az da olsa
rast gəlinən, yüksək səviyyəli
şəxsiyyətlərlə ruhlandırıcı ünsiyyət
təklif edilir. Seminarın proqramı dərin fəlsəfi və psixoloji şərtləri,
dərs vermək sənətini, dərsdə
qiymətləndirmə fəaliyyətini
və dərsdə ünsiyyəti əhatə
edir. Humanist pedaqogikanın
əsasını şagirdlərə
yönəlmiş nəcib
və alicənab insanın tərbiyəsi,
uşağın mənəvi
və əxlaqi cəhətdən inkişafı,
təhsil alanda yaradıcılığa və
xeyirxah işlərə
istiqamətləndirən təfəkkürün
inkişaf etdirilməsi,
uşağın həyatda
öz seçimləri
və azadlığına
məsuliyyət daşıyaraq
hüquqlarını qoruması,
öz xalqının və bəşəriyyətin
əsrlərə söykənən
dəyərlərini qoruması,
qiymətləndirməsi və
Vətənini sevməsi
prinsipləri təşkil
edir. Seminar iştirakçılarda
öz şagirdlərini
şəxsiyyət kimi
formalaşdırmaq və
inkişaf etdirmək,
təhsil alanlarla ahəngdar münasibətlər
qurmaq, onları başa düşmək, təhsil alanların istedadlarının aşkar
olunmasında və ətrafda baş verən mənfi halların öhdəsindən
gəlməkdə onlara
köməklik göstərmək,
təhsil alanlar üçün nümunəvi
şəxsiyyət, hami,
dost olmaq, uşaqları
şəxsiyyət kimi
qəbul etmək bacarıqlarını formalaşdırır.
Çıxış edən ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov qeyd
edib ki, dekabrın 25-dək davam edəcək tədbirdə
təhsil işçiləri
Beynəlxalq Humanist Pedaqogika
Assosiasiyasının prezidenti
və humanist pedaqogikanın
ideya müəllifi Şalva Amonaşvilidən
ustad dərsləri almaqla yanaşı, Gürcüstan Beynəlxalq
Humanist Pedaqogika Mərkəzinin
prezidenti, psixoloq Paata Amonaşvilinin təqdimatını da dinləyəcəklər.
Tədbirdə çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Fazil Mustafa,
təhsil ekspertləri
professor Şahlar Əsgərov,
professor Əjdər Ağayev,
Bakı Şəhəri
üzrə Təhsil İdarəsini müdiri Məhəbbət Vəliyeva,
Qazaxstanın dövlət
fondu nəzdində Milli Elmi-Praktik Təhsil və Sağlamlıq Mərkəzi
“Bobek”in İnsanın
Harmonik İnkişafı
İnstitutunun direktor müavini Luiza Çubatova, Kalininqrad şəhər 49 saylı
liseyin rəhbəri, pedaqoji elmlər namizədi, Humanist Pedaqogika
Cəngavəri, “Ürək
və Qızılgül
qulluqçusu” nişanının
laureatı İqor Kirşin, Sankt-Peterburqdakı
Ümuminsan Dəyərləri
İnstitutunun filial direktoru,
Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü,
psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşinin, “Valideyn qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri,
Rusiya Federal Məclisi
Dövlət Dumasının
Təhsil Komitəsi sədrinin birinci müavini, Humanist Pedaqogika
Cəngavəri, “Ürək
və Qızılgül
qulluqçusu” nişanının
laureatı Klara Mansurova və başqaları belə beynəlxalq konfrans-seminarların
təhsilin inkişaf etdirilməsi, ölkələr
arasında elmi-mədəni
əlaqələrin genişləndirilməsi,
qabaqcıl dünya təcrübəsinin öyrənilməsi
və mübadiləsi
baxımından mühüm
əhəmiyyət kəsb
etdiyini vurğulayaraq iştirakçılara uğurlar
arzulayıblar.
Tədbirdə “Müəllimin himni” səsləndirilib.
Akademik Şalva
Amonaşvili çıxış
edərək humanist ideyalara
xidmət edən bu beynəlxalq konfrans-seminarın yüksək
səviyyədə təşkil
edilməsinə görə
ADPU-nun rəhbərliyinə təşəkkür edib,
humanist pedaqogika ilə
bağlı fikir və mülahizələrini
iştirakçılarla bölüşüb. Sonra konfrans
öz işini 6 bölmədə davam etdirib. Qeyd edək ki, beynəlxalq seminarın və oxuların sonunda iştirakçılara
sertifikatlar təqdim ediləcək.
Nigar
Palitra.-2016.-22 dekabr.-S.10.