Türkiyədə Azərbaycan multikulturalizmi fənninin tədrisinin monitorinqi aparılıb

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təsis olunduğu vaxtdan bəri yerli xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir. Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının onun davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

BBMM-in mətbuat xidmətindən bildiriblər ki, Türkiyənin Kayseridəki Ərciyəs Universitetində dekabrın 16-da Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqini BBMM-in baş məsləhətçisi Sevinc Mürvətqızı aparıb. Monitorinq zamanı Sevinc Mürvətqızı Ərciyəs Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini sözügedən universitetdə tədris edən Qafar Mehdiyev fənnin dinləyicisi olan tələbələr iştirak ediblər.

Sonda tələbələrin Azərbaycan multikulturalizmi modelinə, mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif sualları cavablandırılıb.

 

Tural

Palitra.-2016.-22 dekabr.-S.13.