“Gənclərimiz dövlətçiliyimizin
güclənməsinə xidmət etməlidirlər”
Aslan Mehdiyev: “Gənclərimizin
dövlət müstəqilliyimizin möhkəmləndirilməsində,
elm, təhsil və mədəniyyətimizin inkişafında
rolunu artırmaq üçün mühüm tədbirlər
həyata keçirilir”
Hər bir insanın cəmiyyət qarşısında öhdəlikləri var. Bu öhdəlikləri yerinə yetirmək üçün insan yalnız özü üçün deyil, eyni zamanda ictimaiyyət üçün çalışmalıdır. Elə müsahibimiz Aslan Mehdiyev də 70 illik ömrünün təxminən 50 ilini məsul vəzifələrdə çalışmaqla vətənə, dövlətə və xalqa xidmət edib. O, bu gün Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun nüfuzlu ziyalısı kimi cəmiyyətə olan mənəvi borcunu ödəməkdədir. Bu cür insanların həyatı və fəaliyyəti gənclərimiz üçün örnəkdir. Yubiley ərəfəsində Aslan müəllimlə görüşüb gənclərə öz tövsiyəsini verməsini istədik.
-Aslan
müəllim, 70 illik ömrünüzün,
demək olar ki,
yarım əsrini əmək fəaliyyəti ilə məşğul
olubsuz. Bu uzun illərin fəaliyyəti sizi
hələ yormayıb?
- Uzun illər məsul vəzifələrdə çalışmışam. Mən müharibə həyatı da görmüşəm. Həyatın hər bir üzünü görmüşəm. Amma heç vaxt yorulmamışam. Doğma vətənimə, dövlətimə xidmət etməyi hər şeydən üstün tutmuşam. Tale elə gətirib ki, mən ulu öndər Heydər Əliyevlə görüşmüşəm. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı, qurucusu kimi, bütün mənalı həyatını xalqımızın xoşbəxt gələcəyinə sərf edib. Mən ulu öndərin qayğısını hələ gənclik illərindən hiss etmişəm. Qismət elə gətirib ki, mən ulu öndərlə ilk dəfə 27 yaşımda - 1974-cü ildə görüşmüşəm. O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində olan Heydər Əliyev şəxsən məni qəbul etdi və onun təşəbbüsü ilə məsul vəzifəyə göndərildim. 1978-ci ildə ikinci görüşümüz oldu və 25 dəqiqə söhbət etdik. Üçüncü görüşümüz isə 1982-ci ildə baş tutub. Həmin il Heydər Əliyev Füzuli rayonuna gəlmişdi. Horadiz dəmir yolu stansiyasında onu qarşıladıq. Zəhmətkeşlərlə görüşən ulu öndər bizimlə də geniş söhbət etdi. Bu görüşlər zamanı Heydər Əliyevin neçə qayğıkeş, həssas, vətənpərvər insan olduğunu bir daha hiss etdim. Həmin hadisə həyatımın ən yaddaqalan qiymətli anları idi. Uzun illər ulu öndərin rəhbərliyi altında müxtəlif məsul vəzifələrdə çalışmışam. Müasir Azərbaycan cəmiyyətinin qurucusu Heydər Əliyevin fəaliyyəti qədirbilən xalqımız tərəfində həmişə yüksək qiymətləndirilib. Əminliklə demək olar ki, hazırda Azərbaycanın mövcudluğu, inkişafı və tərəqqisi bu dövlətin Heydər Əliyev tərəfindən yaradılmış özülünün kifayət qədər möhkəmliyi ilə bağlıdır. Ulu öndər Azərbaycanın ən ağır dövrlərində ölkəni çox ciddi təhlükələrdən xilas edə bilib. O, müstəqil Azərbaycan dövlətini qurub, müasir Azərbaycan cəmiyyətini formalaşdırıb, cəmiyyətimizin əsas dəyərlərini müəyyənləşdirib və həmin dəyərlər bu gün müasir dövlətimizin inkişafının əsas təməl prinsipləri kimi öz missiyasını yerinə yetirir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
-Siz
alnıaçıq, üzüağ gəlib
bu yaşa
çatıbsız. İndiki zamanda 70 il az yaş deyil.
70 il sağlam yaşamaq üçün
insan əsas nəyə diqqət etməlidir?
- Bilirsiniz, insan, taleyini özü müəyyənləşdirmir. Peşəsindən asılı olmayaraq,
hər bir insan, ilk növbədə
özünə və
işinə hörmət
etməli, sevməlidir.
Bütün işlərin başında
isə məsuliyyət
durur. İnsanda məsuliyyət və
Tanrıya bağlılıq
olsa, o, məqsədinə
çatar.
Mən Allaha bağlı olan insanam. Əlimdən gəldiyi qədər
insanlara yaxşılıq
etməyə çalışıram.
Bəlkə də buna görə yaradan məni heç vaxt darda qoymayıb.
İnsanlarda daha çox
düzgünlük, dürüstlük
kimi xüsusiyyətləri
dəyərləndirirəm. Mənim üçün başlıca
şərt xeyirxahlıqdır.
Xeyirxahlığa üstünlük verirəm. Rəhbər vəzifələrdə işlədiyim müddətdə
ölkədə vəziyyət
heç də yaxşı deyildi. Xaos, özbaşınalıq. Mən Füzuli
rayonunda İcra Hakimiyyətinin başçısı
vəzifəsində işlədiyim
vaxtlar çətin illər idi. Rayon cəbhə xəttində
yerləşdiyindən, demək
olar ki, birbaşa hadisələrin
içində idim.
Erməni millətçiləri yaranmış vəziyyətdən
istifadə edərək
torpaqlarımızı ələ
keçirməyə başlamışdılar.
Ölkədə gərginlik hökm
sürürdü. Xalq Cəbhəsi
təzə yaranmışdı,
Ali Sovetdə isə müxtəlif adlar altında bloklar fəaliyyət göstərirdi.
Bir sözlə, 1988-91-ci illər
Azərbaycan üçün
çox keşməkeşli
olub. O illərdə
baş verən səsli-küylü hadisələrin
bilavasitə iştirakçısı
olmuşam. Həmin vaxtlar çoxlu
stress, sarsıntı keçirmişəm.
Bu, mənə çox pis təsir etfmişdi.
Bu gün dövlətimiz etibarlı əllərdədir. Ümummilli lider ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı, Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi.
Onu da deyim ki, gənclik illərində idmana böyük marağım var idi. Voleybol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvü olmuşam. Bu müddətdə bir sıra yarışlarda iştirak edib medallar qazanmışıq. İndi də sağlamlığımı qorumaq üçün yüngül idman hərəkətləri edir, səhərlər qaçıram. İdman insanı cavan saxlamağa kömək edir.
-Bir
ağsaqqal olaraq gənclərə
tövsiyəniz nədir?
-Bizim gənclərimiz çox gözəl dövrdə yaşayırlar. Dövlətimiz tərəfindən onlar üçün hər bir şərait yaradılıb. Gənclərimizin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında rolunu artırmaq üçün dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Qoy gənclərimiz ağsaqqalların bilik və bacarıqlarından, zəngin həyat təcrübəsindən, potensialından faydalansın, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət etsinlər. İstərdim ki, gənclərimiz hər zaman Prezidentin ətrafında toplaşsın, eləcə də Onun yürütdüyü siyasəti dəstəkləsinlər.
Mənim gənclik dövrümdə belə
şərait yox idi. Özümüz idmanla məşğul
olmaq üçün
avadanlıqlar düzəldirdik. Amma indi vəziyyət başqa cürdür. İndi nəinki paytaxtda,
respublikamızın əksər bölgələrində Olimpiya mərkəzləri inşa
olunaraq, xalqın istifadəsinə verilib. Şükürlər olsun
ki, idmançılarımız mötəbər
yarışlarda Azərbaycanın idman
şərəfini layiqincə təmsil edirlər. Mən
də gənc olmaq istəyirəm (gülür).
Fuad Hüseynzadə
Palitra.-2016.-27 dekabr.-S.10.