“İKT və Açıq Hökumət
anlayışları bir-birləri ilə sıx paralellik təşkil edən amillərdir”
Anar Sarıyev: “Vətəndaşların
elektron resurslardan istifadə etməklə daha səmərəli
və keyfiyyətli xidmət əldə edirlər”
Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının tətbiq sayəsində
ASAN idarəçilik sisteminin qurulması ilə bir sıra müsbət nəticələr əldə olunub.
Bu, korrupsiyaya qarşı mübarizə işində də özünü göstərir. Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev bu mövzuda suallarımızı cavablandırıb.
- Azərbaycan
dövləti idarəçilik praktikasında müasir
informasiya kommunikasiya
texnologiyalarına nə dərəcədə yer
verir?
-Bu gün ölkəmiz uğurla aparılan iqtisadı inkişaf dinamikası ilə nəinki regionun, hətta dünyanın ən qabaqcıl dövlətinə çevrilmişdir. Bu inkişaf iqtisadi-sosial sahədə, həmçinin dövlət quruculuğu və idarəçiliyi sahəsində də özünü göstərib. İnkişaf edən və qloballaşan dünyanın ayrılmaz tərkib hissəsi olan Azərbaycan dövləti öz idarəçilik praktikasında müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan yeni kreativ idarəçilik və xidmət sahələri yaradıb. Bu addımlar ölkədə bürokratik əngəllərin aradan qaldırılmasına və vətəndaş - məmur münasibətlərinin yeni bir müstəviyə çatmasına gətirib çıxarır.
-ASAN idarəçilikdə
İKT nə kimi rol oynayır?
-Müasir informasiya kommunikasiyalar dövründə
hüquqi və konstitusiya islahatlarının
aparıldığı bir
zamanda yeni iqtisadi şəraitdə yeni idarəetmə mexanizmləri işlənib
hazırlanır. Bu cür yeni dövlət
idarəetmə mexanizmlərindən
biri də ASAN idarəetmə mexanizmidir.
Bu yeni idarəetmə
sistemi müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan
beynəlxalq təcrübənin
öyrənilməsi ilə
yeni idarəetmə üsullarını inkişaf
etdirən bir forma və modeldir. Bu gün ASAN idarəçilik
dedikdə operativlik, yüksək səviyyəli
xidmət, peşəkar
kadr heyəti nəzərdə tutulur.
İnformasiya kommunikasiya texnologiyaları
olmadan bu idarəçilik sisteminin
formalaşdırılması özü-özlüyündə mümkünsüzdür. Dünyada gedən qloballaşma tendensiyaları hər bir sahədə olduğu kimi, dövlət idarəçiliyi
sahəsində də
öz təsirini göstərir. Artıq öz
səmərəliliyini itirən
köhnəlmiş idarəetmə
mexanizmləri daha yeni və səmərəli
idarəetmə üsulları
ilə əvəz olunur. Bu yeni
yaradılmış imkanlar
sayəsində vətəndaşlara
daha keyfiyyətli xidmət göstərilir,
onların zamanlarının
səmərəsiz yerə
itirilməsinin qarşısı
alınır. Həmçinin şəffaflığın artırılmasına
və neqativ halların azaldılmasına
şərait yaradır.
-Siz QHT olaraq bu istiqamətdə
hansı işlər görürsüz?
-Bu baxımdan bir neçə tədbir və layihəmiz olub. Son olaraq isə Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə “Açıq hökumətin təşviqində
ASAN idarəçilik” layihəsini
keçirmişik.
Layihənin əsas məqsədi
regionlarda maarifləndirmə
işinin artırılması,
“Açıq hökumətin
təşviqinə dair
2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı”nına dair təşəbbüslərdə
Asan idarəçiliyin
təbliği, korrupsiyaya
qarşı mübarizə
üzrə qanunvericiliyin
əhali arasında təşviqi, bu sahədə regiondakı vətəndaş cəmiyyəti
institutlarının, KİV-lərin, özəl sektorun rolunun artırılması, vətəndaş
– məmur münasibətlərinin
minimuma endirilməsi üsullarının təbliğidir.
-Korrupsiyaya qarşı mübarizədə
vətəndaş həmrəyliyi
hansı səviyyədədir?
-Ölkə Prezidenti
İlham Əliyevin dəfələrlə vurğuladığı
kimi, bütün imkanlardan istifadə edib çalışmalıyıq
ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə
sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Sosial ədalətin təmin edilməsi üçün
yaradılan yeni idarəçilik ənənəsi,
əslində, məsələlərə
operativ, şəffaf,
yüksək səviyyəli
xidməti özündə
cəmləşdirən bir
idarəçiliyi özündə
təzahür edir.
Bəzən yerli icra orqanlarında bütün müasir tələblərə cavab
verən idarəçilik
qurulsa da, vətəndaşlar bir çox hallarda ya bu barədə
az məlumatlıdırlar,
ya da ki,
ümumiyyətlə, məlumatsızdırlar.
Məlumatsızlığın aradan qaldırılmasında
vətəndaş həmrəyliyi
və maarifləndirmə
işi başlıca rol oynamalıdır və bu işdə
də bizlərin üzərinə çox
böyük məsuliyyət
düşür. Biz vətəndaş cəmiyyəti
institutu nümayəndələri
kimi onu qeyd etmək istərdik ki, həyata keçirdiyimiz layihəmizin əsas məqsədi yerli icra orqanlarında ASAN idarəçiliyin təşviq
edilməsi və yerli əhalinin yaradılmış imkanlardan
səmərəli istifadəsinə
nail olmaqdır. Layihənin
səmərəliliyi və
effektivliyini nəzərə
alaraq təşkilatımızın
Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edən,
ASAN idarəçiliyin təşviqini
ən mükəmməl
səviyyədə həyata
keçirən və
inzibatçılıqda vətəndaş-məmur
münasibətlərinin yüksək
səviyyədə qurulmasını
təmin edən yerli icra strukturları
ilə regionlarda tədbirlər keçirmişik.
- Layihə çərçivəsində hansı rayonlarda tədbirlər keçiribsiz?
-Layihə çərçivəsində
ilk tədbirimiz İsmayıllıda
oldu. Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdə
Açıq hökumətin
təşviqinə dair
2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planına dair təşəbbüslərdə ASAN idarəçiliyin təbliği
layihəsinin əsas mahiyyəti barədə məlumat verildi.
Bu mövzuda daha bir tədbirimiz Qəbələ rayonunda baş tutdu. Tədbirdə Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi kimi məsələlər müzakirə olundu. Hər iki tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, korrupsiyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətlər də aparıldı.
-Elektron
vasitələrin tətbiqi korrupsiyanın
qarşısının alınmasına nə dərəcədə
kömək olur?
-Korrupsiya özü özlüyündə ictimai-sosial bir bəladır və onun qarşısının alınması istiqamətində ölkəmizdə beynəlxalq standartlara cavab verən hüquqi normativ baza yaradılıb, həmçinin lazımi infrastruktur bazası formalaşdırılıb. Ölkədə şəffaflığın artırılması və təmin olunması istiqamətində yeni yaradılmış xidmət sahələri, xüsusi olaraq “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, həmçinin Açıq Hökumətin Təşviqinə dair Dövlət Proqramı, Elektron hökumətin formalaşdırılması bu sahədə irəliləyişlərin olmasına gətirib çıxarıb. Artıq vətəndaşlar elektron resurslardan istifadə etməklə daha səmərəli və keyfiyyətli xidmət əldə edirlər. Bu da həm neqativ halların aradan qaldırılmasına gətirib çıxarır, həm də vətəndaşların dövlət idarəetmə mexanizmlərinə inam və etibarını möhkəmləndirir.
-İKT-nin
tətbiqi Açıq hökumətin təşviqini
hansı formada asanlaşdırır?
-İnformasiya kommunikasiya texnologiyaları və Açıq
Hökumət anlayışları bir-birləri ilə sıx
paralellik təşkil edən amillərdir.
Elektron xidmətlərin bazasının genişliyi və resursların əlçatan
olması yeni yaradılmış xidmət
sahələrində vətəndaşlarımıza göstərilən
xidmətləri asanlaşdırır. Sevindirici
haldır ki, ölkəmizdə bu istiqamətdə səmərəli işlər
həyata keçirilir. Artıq bu gün Azərbaycan öz intellektual məhsulu
olan “ASAN xidmət” modelini
beynəlxalq arenaya çıxarır və
bir çox ölkələr
bu modeli öyrənməyə
və öz ölkələrinin idarəçiliyində
tətbiq etməyə səy göstərirlər. Bu da ölkəmizin
dövlət idarəçiliyi sahəsində yeni mexanizmlərin tətbiqi sahəsində dünya miqyasında qabaqcıl ölkələrdən
olmasının göstəricisidir.
Fuad Hüseynzadə
Palitra.-2016.-28 dekabr.-S.11.