Əcnəbilər üçün “Azərbaycan dili” dərsliyi

 

Bu, ölkəmizdə bir ilk və dərslik sahəsində yenilik sayıla bilər

 

Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi  ilə əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi (Bakı, 2016) işıq üzü görüb. Bu ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış dərslik hesab oluna bilər. BDU-nun xarici tələbələrlə üzrə dekanı, dosent Gülheyran Rəhimova, alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanmış dərslik təkcə nəfis tərtibatı ilə yox, həm də innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə diqqəti cəlb edir.             Kitabın həmmüəlliflərindən biri, BDU-nun alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva müxbirimizlə söhbətində kitabın az bir zaman kəsiyində böyük maraq döğurduğunu bildirmişbu nəfiş nəşrin həyata vəsiqə almasında SOCAR rəhbərliyinin qayğısını xüsusi qeyd edib.

Müasir standartlara cavab dərslik yeni kommunikativ metodla hazırlanıb. Kitab müəlliflərinin uzun illər boyu bu sahədə qazandığı təcürbələr göstərir ki, Azərbaycan dilinin bu üsulla tədrisi təkcə dilin öyrənilməsinə deyil, həm Azərbaycanın tarixi mədəniyyəti ilə tanışlığa da geniş imkan yaradır. Bu cür təqdimat öz növbəsində dilin mənimsənilməsini xeyli dərəcədə asanlaşdırır.

Kitabın sonunda Azərbaycan dilinin qrammatikasının ayrıca verilməsi dərsliyin daha bir orijinallığını ortaya qoyur. Maraqlıdır ki, hər bir dərsin qrammatik materialına baxmaq üçün sonda səhifəsi göstərilməklə qeydlər verilir eyni zamanda burada hər modula uyğun sözlük öz əksini tapır.

Dərsliyin daha bir yeniliyi uğuru ayrıca tərtib olunmuş "İş dəftəri"nin təqdimatı ilə bağlıdır. "İş dəftəri"ndə dilin rahat mənimsənilməsi üçün praktik tapşırıqlar verilir bu tapşırıqlar məzmun etibarilə Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən məişət həyatından tutmuş bütün sahələri əhatə edir. Bu da dil öyrənənin hazırlıq səviyyəsini daha da artırır, onun məntiqli rabitəli nitq vərdişlərinə yiyələnməsinə yardımçı olur. Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video audio materiallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə anlama bacarıqlarını formalaşdırmağa xidmət edir.

Nəfis tərtibatda əhatəli şəkildə hazırlanmış, metodik tələblərə günümüzün tələblərinə cavab verən belə bir dərsliyin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə yayımlanmasına ehtiyac var. 25 illik müstəqillik tarixində böyük bir inkişaf yolu keçən ölkəmizin dövlət dili olan Azərbaycan dilinin xarici dil kimi tədrisinə xidmət edən "Azərbaycan dili" dərsliyinin nəşri bu sahədə yeni bir uğur olmaqla, həm əcnəbilərə Azərbaycan dilini öyrənməkdə yaxından kömək edəcəkdir.

 

MAHMUD

Palitra.-2016.-28 dekabr.-S.13.